Thursday, May 19, 2011

`Youth party` / Live Rock Music

"Azad Gənclik" Təşkilatı sizi 29 may saat 18:00-da "The Rock club"da baş tutacaq "Youth Party"-yə dəvət edir. Party`də "Sıfırın altında" və başqa sürpriz rock qruplar iştirak edəcək. Əylənmək, problemlərdən uzaqlaşmaq, ən əsası rock musiqi dinləmək və möhəşəm həftəsonu keçirmək istəyirsinizsə, "Youth Party" tam sizlikdir. Həm də iştirak edərək gənc qrupları tanıya, onlara dəstək ola bilərsiz. 

Wednesday, May 18, 2011

Aqşin Yeniseylə mühazirə

"Azad Gənclik" Təşkilatı sizi 21 may saat 19:00-da gənc şair Aqşin Yeniseyin təqdimatında "Tale və Yaradıcılıq" mövzusunda interaktiv mühazirəyə dəvət edir. Mühazirə Azad Fikir Universitetində keçiriləcək.

Tədbir bütün iştirakçılara açıqdır, giriş sərbəstdir. Maraqlanan dostlarınızı da dəvət edə bilərsiniz.

Məkan:

Monday, May 16, 2011

"Qəzet oxumaq" aksiyası || FOTO


Malakan bağında "Qəzet oxuma" aksiyası
"Azad Gənclik" Təşkilatı aprelin 1-də şəhərin mərkəzində "Qəzet oxuma" aksiyası keçirib. Malakan bağında keçirilən aksiyada təşkilatın üzvləri ilə yanaşı bloqqerlər, aktivistlər iştirak edib. Aksiyanın keçirilməsində məqsəd qəzetə, jurnala marağı artırmaq, həmçinin Azərbaycanda təzyiqlər altında olan müstəqil mətbuata dəstək göstərməkdir. 

Qeyd edək ki, "Azad Gənclik" Təşkilatı belə aksiyaları davamlı keçirir. Çünki ölkədə qəzetlərin yayımına, ümumi fəaliyyətlərinə problemlər yaradılır, təzyiqlər edilir. Biz "Azad Gənclik" Təşkilatı olaraq ölkədə müstəqil mətbuatın inkişafını istəyirik. Həmçinin, vətəndaşların ölkədə baş verən hadisələr haqqında gündəlik informasiya əldə etməsində maraqlıyıq.  Ona görə bu cür aksiyalarla mətbuata dəstəyimizi nümayiş etdirir, insanların qəzetə marağını artırmağa çalışırıq. 

"Kitab oxuma" aksiyası || FOTO



"Azad Gənclik" Təşkilatı 29 yanvarda metroda "Kitab oxuma" aksiyası keçirib. Əsas məqsəd insanlara kitab oxumanı təlqin etmək, əvvəllər vətəndaşlarımızda olan kitab oxuma mədəniyyətinin, vərdişinin yenidən geri qaytarılmasıdır. Həmçinin insanların metroda və digər nəqliyyat vasitələrində boş vaxtlarını kitab oxumaqla daha səmərəli keçirə biləcəklərini nümayiş etdirmək olub. Bir saat ərzində  40-dan artıq gənc metronun stansiyalarında, vaqonlarda kütləvi kitab oxuyublar. 

Qeyd edək ki, "Azad Gənclik" Təşkilatı bu tipli aksiyaları davamlı edir. Çünki ümumilikdə ölkədə mütaliənın səviyyəsi aşağıdır və məqsəd insanların, əsas da gənclərin diqqətini, fikrini mütaliəyə yönəltməkdir.

Foto: Mehman Hüseynov

Azad Gənclik Təşkilatı “Korrupsiyanın gənc düşmənləri” kampaniyasına başlayıb


Son bir ayda Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizəyə başladığını elan edib və müxtəlif nazirliklər, dövlət qurumları, yüksək vəzifəli şəxslər bu istiqamətdə ciddi tədbirlər həyata keçirildiyini bəyan edir. Bundan öncə də cəmiyyətimiz korrupsiyanın ölkəmizdə ciddi kök atmasını ağrı ilə müzakirə edirdi. Vətəndaş cəmiyyəti təmsilçiləri, siyasi qurumlar, mətbuat, mütəxəssislər, beynəlxalq şəffaflıq təşkilatları bu problemlə bağlı haray çəkir, ölkəmizin bundan dəhşətli dərəcədə əziyyət çəkdiyini və inkişafdan geri qaldığını önə çəkirdilər.