Sunday, September 25, 2011

"Kino Klubu"nun növbəti film nümayişi || Sinan Çetin - "Kağıt" || FOTO

Sentyabrın 25-də Azad Gənclik” Təşkilatının "Kino Klubu" VHP-nin akt zalında nöbvəti film nümayişini  təşkil edib.  Film 2011-ci ildə çəkilib və rejissoru, ssenari müəllifi Sinan Çetindir. Sinan Çetin bu filmində qadağalardan danışır. Rejissor film haqqında "mənasız qanunlar yaradanların heç vaxt mühakimə olunmamasını tənqid elədim" deyir: "Zeytun yeməyin qadağa olunması ilə insanların başına nə taxacaqlarının, nə geyinəcəklərinin qadağa olunması arasında fərq yoxdur". Filmdə

Saturday, September 24, 2011

Azad Gənclik Təşkilatının aksiyası || FOTO

Bəyanat oxunur
24 sentyabrda “Azad Gənclik” Təşkilatı İran səfirliyi qarşısında aksiya keçirib. Təşkilatın üzvləri səfirliyin önünə qərənfillər düzüb, plakat qaldırıblar. Plakatlarda “İnsan hüquqları başın sağ olsun”, “Human rights?“ şüarları yazılıb. Sonda səfirlik qarşısında bəyənat oxunub və səfirliə təqdim edilib. Aksiya insidentsiz başa çatıb və saxlanılan olmayıb.
Bəyanat
Urmiya gölunun qurumasına laqeyd münasibət göstərən, bu ekoloji problemlə bağlı heç bir tədbir görməyən İran hökuməti etiraz aksiyası keçirən azərbaycanlılara qarşı beynəlxalq hüquqa sığmayan, insanlıq adına ləkə gətirən,

Wednesday, September 21, 2011

Gənclər Üzeyir Hacıbəyovu andı || FOTO

Sentyabrın 18-də Azərbaycan akademik musiqisinin banisi, bəstəkar, ictimai xadim Üzeyir Hacıbəyovun 126 illiyi idi. "Azad Gənclik" Təşkilatının üzvləri dahi bəstəkarın 126 illiyi münasibəti ilə Azərbaycan Musiqi Akademiyasının qarşısında   Üzeyir bəyiin  heykəlinə gül qoymaqla onu yad ediblər.

Xatırladaq ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Şuşada anadan olub. 1899-1904-cü

Tuesday, September 20, 2011

"Azad Gənclik" İdarə Heyəti üzvlərinin sayını artırdı

 İH üzvlərinin sayı 7 oldu

Sentyabrın 18-də "Azad Gənclik" Təşkilatının İdarə Heyətinə elavə seçkilər keçirilib. Bir müddət əvvəl təşkilatın idarə heyyəti üzvlərinin sayını 5 nəfərdən 7 nəfərə artırmağı qərara almışdı. İdarə Heyətindəki bir boş və iki elavə yerə, yəni ümumilikdə 3 yerə seçkilər keçirilib. Təşkilatın 7 üzvü namizədliyini irəli sürmüşdü. Bunlar Şamxal Nəsibbəyli, Gülnar Xəlilova, Rəşad Talıblı, Təbriz Önər, Tural Mərdanlı, Orxan Abdulla və Emin İsmayıl idi. Səsvermə başlamamışdan Orxan Abdulla namizədliyini geri götürdüyünü bildirib. Səs vermə bitəndən sonra 

Monday, September 19, 2011

"Azad Gənclik" Təşkilatının növbəti filmi || FOTO

Film nümayişləri davam edir

Sentyabrın 18-də "Azad Gənclik" Təşkilatı növbəti film nümayişini təşkil edib. "Dalğa" ya da almanca "Die Welle" adlanan film Dennis Ganselin rejissorluğu ilə 2008-ci ildə çəkilib.  Film ssenarisi "The Third Wave" adlı real həyatda baş vermiş bir hadisədən danışan "Die Welle" adlı kitabdan götürülmüşdür. Filmin prodüsseri "Christian Becker", ssenari müəllifləri isə rejissior "Dennis Gansel" və "Peter Thorwarth"dır. Filmin baş rollarını "Jürgen Vogel", "Max Riemelt", "Jennifer Ulrich", "Jacob Matschenz" və "Frederick Lau" oynamışdır. Film satışa çıxdıqdan sonrakı 10 həftə ərzində 2,3 milyon insan izləmişdir. 

Sunday, September 11, 2011

"The Wall" filminin nümayişi - Foto



Sentyabrın 10-da "Azad Gənclik" Təşkilatı "The Wall" filminin nümayişini təşkil edib. Filmin nümayişində təşkilatın üzvləri iştirak edib. 
Film 1982-ci ildə rejissor Alan Parker tərəfində çəkilib. Rejissor Pink Floydun 1979-cu ildə çıxartdığı "The Wall" adlı albomundan sonra filmi çəkmək qərarı gəlir. Demək olarki filmdə dialoqlardan istifadə olunmayıb.


Film "The Wall" albomunun musiqilərindən ibarətdir. Baş rolda Bob Geldof oynayır. Film də albom kimi çox uğurlu alınır.
Film Pink Floydun "In The Flesh" konsertindən görüntülərlə başlayır. Sonra "The Thin Ice" və "Another Brick In The Wall" (1-ci hissə), 
Pinkin uşaqlığı və atasının 2-ci dünya muharibəsində ölümündən bəhs edilir. Divarda ilk kərpiclər burada qoyulur.
"The Happiest Days of Our Lives", "Another Brick in the Wall" (II hissə) Pinkin məktəb illərindən bəhs edir.




"Mother"də onu qoruyan ana,

Tuesday, September 6, 2011

"Azad Gənclik" Təşkilatı Twitter-də kampaniyaya başlayır

Məqsəd sosial şəbəkə istifadəçilərinin twitter-ə marağın artırılmasıdır 


"Azad Gənclik" Təşkilatı twitter-də yeni kampaniyaya başlayır. Kampaniyanın adı “Twitter-də cavab verəcəm”dir və kampaniya çərçivəsində müxtəlif fəaliyyət formaları müəyyən edilib. Fəaliyyət formaları olaraq müsahibələr, video-roliklər, müsabiqələr, sorğular və s. tədbirlərin həyata keçirilməsi planlaşdırılır. 


Hələlik həftədə bir dəfə cəmiyyətdə tanınan, maraqla qarşılanan, 
sosial şəbəkə istifadəçilərindən müsahibələr götürüləcək. Müsahibə twitter-də əvvəlcədən elan edilmiş bir vaxtda canlı təşkil ediləcək. Twitter istifadəçiləri müsahibə canlı suallar verəcək və müsahib onlara canlı TWITTERDƏ CAVAB VERƏCƏK.