Tuesday, November 22, 2011

"Twitter-də cavab verəcəm" davam edir || Orxan ATA

Orxan ATA
"Sözbaz adamlara seksual inqilab arzulayıram"


Noyabrın 17-də “Twitterdə cavab verəcəm”in qonağı aktyor, “Bulistan Group”un təsisçilərindən biri Orxan ATA olub. Orxan TWITTER sosial şəbəkəsində gənclərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.



 - Guy Ritchie, Lars von Trier və Bertolucci

 - Ən çox sevdiyim Azərbaycan filmi "Ölsəm bağışla" filmidir

 - Özümü daha çox aktyor kimi görmək istəyirəm


 - BulistanGroup daha ciddi mərhələyə keçib


 - Ən çətini teatrdı


 - Amerika bir nömrədi


Ziya Zamanli: Orxan, sən evdə harda yatırsan? (c)  
Orxan ATA: Xaladelnikdə

Məcid Həsənli: Salam. Özünüzü qısaca təqdim edin zəhmət olmasa
Orxan ATA: Bu millətə baba yox, ata lazımdı!

Davamı »

Saturday, November 19, 2011

"Underground" filminin nümayişi

Underground
Noyabrın 13-də Azad Gənclik Təşkilatının "Kino Klubu" növbəti film nümayişi təşkil edib. Gənc bəstəkar Firudin Allahverdinin təklifi və təddimatında məhşur serb rejissor Emir Kusturicanın "Underground" filmi nümayiş olunub. Filmdən əvvəl Firudin Allahverdi rejissorla, filmdəki hadisələrlə bağlı qısa məruzə edib. 

Filmdəki hadisələr 1941-ci il Belqradda başlayır. Marko və Blanky adında iki əyləncəli həyat keçirən dost aktrisa olan bir qadına aşiq olurlar. Ancaq almanların Belqradı işğal etməsi bu günlərə son qoyur. Faşistlərə qarşı müdafiə olunmalarında razılaşan Marko və Blanky gizli silah istehsal etməyə qərar verirlər. Blanky və dostları yeraltında silah istehsal edəcək, Marko isə yuxarıda müharibənin gedişatını izləyəcək və bu silahları ehtiyacı olan müdafiəçilərə çatdıracaq. Ancaq yeraltını bir müddət sonra Marko şəxsi məqsədləri üçün istifadə etdiyi bir hala gətirir. Müharibənin çoxdan qurtarmasına baxmayaraq, yeraltında işləyən insanları gələcəkdə tamam başqa həyat gözləyir. Film II dünya müharibəsindən sonra 90-ci illərdəki Yuqoslaviyadakı hadisələrlə davam edir. 

Sunday, November 13, 2011

"Yalansız yaşamaq" - SOLJENİTSIN

Aleksandr Soljenitsın

Bütün bunlarda heç də “onlar” günahkar deyil, hər şeydə biz özümüz günahkarıq!


Vaxt vardı cınqırımızı da çıxara bilmirdik. İndi artıq “samizdat” yazıb-oxuyuruq, institutların dəhlizlərinə yığışıb ürəyimizi boşaldırıq: “Gör nə oyundan çıxırlar, gör bizi hara sürükləyirlər?!”. Xarabalıq və yoxsulluq içində yerə-göyə sığmayan lovğalıq, vəhşi rejimlərin harda gəldi möhkəmləndirilməsi, vətəndaş müharibələrinin qızışdırılması… Kefləri istəsə, bizi öz əlimizlə (öz vəsaitimizlə) bəsləyib böyütdüyümüz Mao Tszedunun üstünə də göndərə bilərlər və gedərik – çarəmiz nədir? Kimi istəsələr həbs eləyirlər, sağ-salamat adamları dəlixanaya salırlar. İstədikləri oyunu çıxarırlar, bizsə acizik, gücsüzük. Axırımız çatıb, mənəvi ölüm artıq bizi yaxalayıb və fiziki ölüm də qapımızın ağzını kəsdirib: özümüzü də, övlad-uşağımızı da külə döndərməyə hazırdır, bizsə əvvəlki kimi hürkək-hürkək qımışır və dodaqaltı mızıldanırıq: