Wednesday, December 28, 2011

84 dəfə təkrarlanan ifadə - "Siz Surkov propoqandasısız" - VİDEO

İnternet istifadəçiləri tərəfindən hazırlanmış
"Surkov propaqandası" loqosu
Rusiyada seçkilərlə bağlı ən çox baxılan video haqqında


"Afisha.ru" saytı Rusiyada "Qolos" seçki təşkilatnın sədri olan Qriqoriy Melkonyandan müsahibə alıb. Müsahibə son zaman Rusiyada ən çox baxılmış və müzakirəyə səbəb olmuş Youtube” videosu barədədi. 

NTV kanalının jurnalistləri "Qolos"un ofisinə "müsahibə" üçün gəldikləri zaman Qriqoriy jurnalistlərə müsahibə verməkdən imtina edib və 7 dəqiqənin içində 84 dəfə jurnalistləri "Surkov propoqandaçıları" adlandırıb.

Wednesday, December 21, 2011

Ai Weiwei: "Bir müddət sonra görürsən ki, sənin nəslin tapdalanır, sıxışdırılır"

Ai WeiWei - Çinli
"Təxminən 20 yaşlarında ölkəni tərk etməyi yeganə yol bilirsən"



Ai Weiwei Çin Kommunist Partiyasını qorxuya salan artist hesab edilir. 2011-ci ildən Hong Kongdan Pekinə getmək istəyən zaman polislər tərəfindən saxlanılır. Hara aparıldığı isə naməlum olaraq qalır. Dünyaca məşhur "Bird Nest" Stadionunun bədii məsləhətçi olan Weiwei həbsdə ikən 50 dəfə sorğu-suala çəkilir. Həbsinin siyasi motivli olduğunu iddia edən Ai 80 gün həbsdə saxlanıldıqdan sonra azad edilir. İnqilabçı şair atanın oğlu olan 54 yaşlı Ai, son illər Çin hakimiyyətini narahat edən əsas firqurlardan hesab edilir, sözünü çəkinmədən, qorxmadan deyir.

Wednesday, December 14, 2011

"Mənim bloqum ona görə var ki, KİV-də senzura var"

Aleksey Navalni
I YAZI

"Rusiyanın ən böyük problemi dövlətin mafiyaya çevrilməsidir"

Aleksey Navalni... Kimlərsə onu mikrobloqqer, kimlərsə aktivist, kimlərsə siyasətçi adlandırır. Navalni üçün bu çox da əhəmiyyətli deyil... Alekseyin əsas məqsədi korrusiyalaşmış, oğru və quldurlardan ibarət olan Vladimr Putin başda olmaqla onun komandasını Rusiyadan rədd etməkdir.

Ətrafındakılar ona "Rusiyanın gələcək prezidenti" deyə müraciət edir. O isə bunu gülüşlə zarafat adlandırır.

ABŞ-da çap olunan, dünyaca nüfuzlu Foreign Policy jurnalı bu yaxınlarda Aleksey Navalninin adını Anti-Putin Briqadasının lideri kimi göstərib.

Aleksey Navalni demək olar ki, hər yazısında, hər müsahibəsində, hər çıxışında Putini birbaşa oğru quldur adlandırır, onu rus xalqının sərvətlərini oğurlamaqda ittiham edir.

"Azad Gənclik" Təşkilatı Aleksey Navalniyin müsahibələrdən seçilmiş fikirləri oxucularla bölüşür:

Sunday, December 11, 2011

"Sarı Gəlin" romanının müzakirəsi və təkrar təqdimatı || FOTO // VİDEO

Əli Əkbər və Orxan Abdulla
Dekabrın 11-də   "Azad Gənclik" Təşkilatı VHP-nin akt zalında Əli Əkbərin yenicə çapdan çıxmış "Sarı Gəlin" romanın təkrar təqdimatını və ilk açıq müzakirəsini təşkil edib. Təqdimatda Əli Əkbər romanın sujeti, ordakı bəzi obrazlarla  bağlı fikirlərini   bildirib, romanın yazılma mərhələlərindən danışıb.

"Kitaboxuma" aksiyası - "Sarı Gəlin" || Fotolar

"Kitaboxuma" - "Sarı Gəlin"
Dekabrın 10-u  "Azad Gənclik" Təşkilatı növbəti "Kitaboxuma" flaşmobunu keçirib. Fəvvarələr meydanında keçirilən flaşmobda əsasən  kütləvi şəkildə Əli Əkbərin “Sarı Gəlin” romanı oxunub. Aksiyanın keçirilməsində məqsəd kitabı, ümumilikdə mütaliəni, “Sarı Gəlin” romanını kütləvi şəkildə oxumaqla isə, həm də xüsusi olaraq bu kitabı təbliğ etmək olub.

Bu dəfəki aksiyaya polis müdaxilə etməyib, sadəcə aksiyaçıları kənardan müşahidə etməklə kifayətlənib. Sadəcə flaşmobun sonunda, Axundov adına Milli Kitabxananın qarşısında toplu şəkil çəkdirildikdə sonra polis "toplaşmaq olmaz!" deyərək, iştirakçıları dağıtdıblar. Flaşmob insidentsiz başa çatıb.

Friday, December 9, 2011

"Senzura əxlaqsızlıqdır" || Əli Əkbər


Əli Əkbər
"Senzura əxlaqsızlıqdır"



Noyabrın 27-də “Twitterdə cavab verəcəm”in qonağı yazıçı, publisist Əli Əkbər olub. Yazıçı TWITTER sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.

"Sevdiyim yazıçı Seymur Baycan, bloqçu isə Bəhramdır"
"Mental dəyərlərdən danışanlara heç bir kitab kömək etməz"
"Rejim dəyişən kimi ədəbiyyat qəbristanlığı olan AYB dərhal ləğv olunmalıdır"
"Artuş və Zaur"a film çəkilməyini istəyərdim
"Seymur Baycan və Aygün Kazımova"
"Ən çox sevdiyiniz pornstar Peter North"

Sunday, December 4, 2011

"Kitab oxuma" aksiyası - "Fikir Sexi" || FOTOlar

Gənclər "Fikir Sexi"ni oxuyur

"Azad Gənclik" Təşkilatı dekabrın 4-də növbəti "Kitab oxuma" flaşmobunu keçirib.  Bu dəfə əvvəlki flaşmoblardan fərqli olaraq məqsəd  həm də "Fikir Sexi"  kitabının təbliği olub. Əvvəldən elan edilmişdi ki, gənclər özləri ilə "Fikir Sexi" kitabını gətirsinlər və o kitabı oxusunlar. Flaşmob birinci metronun İçərişəhər - Ulduz stansiyaları arasında vaqonlarda, sonra isə "Fəvvarələr Meydanı"nda davam edib. Təxminən 1 saat yarım davam edən flaşmoba "Tarqovı"da polislər müdaxilə edib, gənclərə kitab oxumağa imkan verməyiblər. Polislərin gəncləri "Fəvvarələr Meydanı"ndan uzaqlaşdırandan sonra Azad Gəncliyin üzvləri və digər gənclər Sahil bağında flaşmobu davam etdirib. 

Saturday, December 3, 2011

Əsgər ölümlərinə etiraz! || Foto

Gənclərin aksiyası
Dekabrın 3-də bir neçə gənclər təşkilatı paytaxtın mərkəzində - «Fəvvarələr meydanı»nda aksiya keçirib. Aksiyanın məqsədi 2011-ci ildə qeyri-döyüş şəraitində həlak olan əsgər ölümlərinə etiraz etmək olub. Gənclər «Əsgər ölümlərinə YOX!», «Şəhidlər ölməz, Vətən bölünməz!» şüarları səsləndirib, Azərbaycan himnini oxuyublar. «Azərbaycan» kinoteatrının qarşısından başlayan aksiya Nəsimi heykəlinə qədər davam edib. 

Friday, December 2, 2011

Metroda gedişhaqlarının artırılmasına etiraz || VIDEO

Dekabrın 1-də "Azad Gənclik" Təşkilatının üzvləri Elmlər Akademiyası metrosunun qarşısında metroda gedişhaqlarının artırılmasına etiraz olaraq səssiz aksiya keçiriblər. Təşkilatın üzvləri əllərində şüarlar tutaraq diləniblər. "Metromuz kasıblayıb 5 qəpik yardım edin", "Tağı Əhmədov üçün dilənirəm", "5-15-20-? Əəə bir-bir!", "Help me, İ need 0,05 man" şüarları yazılmış plakatlar tutublar. 

"Azad Gənclik" Təşkilatı olaraq metroda gedişhaqlarının qaldırılmasını pisləyirik. Son 2 ildə gedişhaqlarının 4 dəfə də artırılmasına baxmayaraq, tələbələrin təqaüdləri heç bir dəfə  artırılmayıb.