Monday, May 28, 2012

"Business & Human Rights Resource Center"-in növbəti araşdırması// Eurovision Song Contest sponsorlarına


Business & Human Rights
Resource Center
Müstəqil, Beynəlxalq qeyri-kommersiya təşkilatı

Press reliz


Avroviziya Mahnı Müsabiqəsi: Sponsor şirkətlərin bəziləri Azərbaycanda insan hüquqlarının pozulması ilə əlaqədar narahatlıqlara məhəl qoymur?

London, 23 May 2012 – Bu şənbə, finalı Azərbaycanda olacaq Avroviziya Mahnı Müsabiqəsi davam etdikcə, tədbirə sponsorluq edən bəzi şirkətlər, Azərbaycanda insan hüquqlarının pozulması ilə əlaqədar narahatlığa reaksiya verməkdən imtina edirlər.

Business & Human Rights Resource Center (Biznes və İnsan Hüquqları Araşdırma Mərkəzi) Avroviziya 2012-nin rəsmi sponsoru və ya partnyoru olan (və ya milli nümayəndəliklərin sponsor və ya portnyoru olan) 7 şirkətlə əlaqə saxlayıb. Mərkəz hər bir şirkətə Avroviziya 2012-nin insan hüquqlarının pozulması ilə əlaqədar olan narahatlıçılığın güclü olduğu ölkədə, Azərbaycanda keçirilməsi üzrə fikirlərini öyrənməyə çalışıb.

Azərbaycan hökümətinin insan hüquqlarının geniş və sistematik pozulması halları illər boyu yerli hüquq müdafiyəçiləri, Amnesty İnternational və Human Rights Watch tərəfindən məruzə edilmişdir. Son zamanlar hesabatlarda qeyd edilir ki, Avroviziya keçirilən saraya yolun düzəldilməsi ilə əlaqədar insanlar evlərindən məcburən çıxarılıb və tədbirdən öncə “etirazçıların səsinin kəsilməsi” ilə əlaqədar qəsdlər edilib.

Avroviziya 2012-nin sponsorları olan aşağıdakı üç Azərbaycan şirkətindən insan hüquqlarının pozulması ilə əlaqədar məlumat ala bilmədik:

Azad Gənclik Rəsulzadəni andı, bayramı qeyd etdi

Novxanı qəsəbəsi, Rəsulzadənin heykəli
28. 05. 2012
28 may Azərbaycanın Müstəqillik Günüdür. Bu gün Azad Gənclik Təşkilatı müstəqilliyin banilərindən olan M. Ə. Rəsulzadənin Novxanı qəsəbəsindəki heykəlini ziyarət edib və müstəqilliyin ildönümünü qeyd edib. 
Hər bir vətəndaşın bayramını təbrik edir və demokratik respublikanın bərpa olunmasını arzu edirik! 

Friday, May 18, 2012

Xarici turistlərə gizli kameralarla bağlı müraciətimizə hotellərdən cavab

Arxiv

7 HOTELDƏN GİZLİ VİDEO CAVABI

Biznes və İnsan Haqları Resurs Mərkəzi Eurovision 2012 mahnı yarışı günlərində Bakıda fəaliyyət göstərən hotellərdə otaqlara gizli kameralar yerləşdirilməsi haqda iddiaları araşdırıb.

Bu ilin martında Azad Gənclik Təşkilatı Bakıya gələcək turistlərə müraciət edərək, onları hotel otaqlarında sekslə məşğul olmaqdan çəkinməyə çağırıb. Təşkilat qeyd edib ki, Azərbaycanda hökumət onu tənqid edənlərin qaldıqları yerlərə kamera quraşdırıb sonradan onları həmin videolarla təhdid edir.

Biznes və İnsan Haqları Resurs Mərkəzi Azərbaycanda fəaliyyət göstərən 7 böyük hotel şəbəkəsinə müraciət edərək onlardan bu mövzuda fikirlərini soruşub.

Sunday, May 13, 2012

"For a moment freedom" filminin nümayişi

"Kino Klubu" mayın 12-də Azad Fikir Universitetində növbəti nümayişini təşkil edib. Nümayiş olunan film İran əsilli Avstriya rejissoru Arash T.Riahinin "Bir an azadlıq üçün" (For a moment freedom) filmi olub.

İranda 1978-79-cu illərdə qurulan İslam Respublikasından qaçan 3 mühacir qrupun azadlıq mübarizəsindən bəhs edən film, real hadisələr əsasında çəkilib. Filmdə evli bir cütlüyün, Avstriyada valideynləri ilə görüşmək istəyən iki gənc dost və onların azyaşlı qohumlarının, son olaraq İrandakı həyata dözə bilməyib, Türkiyə sərhədlərini təhlükəli kürt bölgəsindən keçərək qaçmaqdan başqa çarələri olmayan iki kürdün hekayəsi əks olunub.
 
İran-İraq sərhədini keçərək Türkiyəyə gəlməyi bacaran bu mühacirlər burada viza almaqda problem yaşayır.

Sunday, May 6, 2012

Orxan A.Tanın təqdimatında "Balto" cizgi filmi || FOTO


“Kino Klubu” mayın 5-də VHP-nin akt zalında növbəti nümayişini təşkil edib.  Bu dəfəki nümayiş gənc aktyor Orxan A.Tanın təqdimatında  “Balto” cizgi filmi olub. 



Cizgi filmi real hadisələrə əsaslanan, Alyaskanın kiçik bir şəhərində xəstə uşaqları xilas etmək üçün dərman gətirən bir itdən bəhs edir. Belə ki, yarı qurd, yarı evcil köpək olan Balto, uşaqların həyatını təhdid edən amansız xəstəliyə qarşı öz dostları ilə mübarizəyə qalxır.


Baltonun dostları da özü kimi fərqlidir. Çünki onlar aid olduqları təbiəti inkar edərək Alyaskada yaşayırlar. Beləliklə, Balto və dostları şəraitin çətinliyinə baxmayaraq 600 millik yolu qət edərək xəstəliyin qarşısını almaq üçün lazım olan tibbi ləvazimatların gətirilməsini təmin edir və uşaqları xəstəlikdən xilas edirlər.