Martın 10-u VHP-nin akt zalında Azad Gənclik Təşkilatının "Kino Klubu" növbəti film nümayişi təşkil edib.
Facebook like
Showing posts with label film nümayişi. Show all posts
Showing posts with label film nümayişi. Show all posts
Saturday, March 10, 2012
Wednesday, January 4, 2012
İranda qadağan olunmuş filmin nümayişi - FOTO
![]() |
2011-ci ildə "Azad Gənclik" Təşkilatı son tədbirini həyata keçirib. Dekabrın ayının 29-da "Kino Klubu" növbəti film nümayişini təşkil edib. Bəstəkar Firudin Allahverdinin təqdimatında "Persepolis" filmi nümayiş olunub. Fransız İnstitutunda təşkil olunan tədbirdə əvvəl Firudin Allahverdi 1978-79-cu illər İran inqilabı ilə bağlı kiçik məruzə edib, film nümayişindən sonra müzakirə olub.
İran İnqilabi zamanı - 1978-79-cu illərdə və ondan sonrakı dövrdə baş verən hadisələrdən bəhs edən "Persepolis" animasiya filmidir. 2007-ci ildə İran əsilli Fransa vətəndaşı Marjane Satrapi və Vincent Paronnaud tərəfindən çəkilən film Fransa və ABŞ-ın birgə istehsalıdır. Film ilk dəfə 2007-ci ilin dekabrnda ABŞ-da nümayiş olunub.
"Persepolis" 2007-ci ildə "Kann Film Festivali"nda xüsusi mükafata, sonra isə Oskarın "Ən yaxşı animasiya filmi" naminasiyasına layiq görülüb.
Xatırladaq ki, filmin İran İslam Respublikasında nümayişi qadağandır.
Saturday, November 19, 2011
"Underground" filminin nümayişi
![]() |
| Underground |
Noyabrın 13-də Azad Gənclik Təşkilatının "Kino Klubu" növbəti film nümayişi təşkil edib. Gənc bəstəkar Firudin Allahverdinin təklifi və təddimatında məhşur serb rejissor Emir Kusturicanın "Underground" filmi nümayiş olunub. Filmdən əvvəl Firudin Allahverdi rejissorla, filmdəki hadisələrlə bağlı qısa məruzə edib.
Filmdəki hadisələr 1941-ci il Belqradda başlayır. Marko və Blanky adında iki əyləncəli həyat keçirən dost aktrisa olan bir qadına aşiq olurlar. Ancaq almanların Belqradı işğal etməsi bu günlərə son qoyur. Faşistlərə qarşı müdafiə olunmalarında razılaşan Marko və Blanky gizli silah istehsal etməyə qərar verirlər. Blanky və dostları yeraltında silah istehsal edəcək, Marko isə yuxarıda müharibənin gedişatını izləyəcək və bu silahları ehtiyacı olan müdafiəçilərə çatdıracaq. Ancaq yeraltını bir müddət sonra Marko şəxsi məqsədləri üçün istifadə etdiyi bir hala gətirir. Müharibənin çoxdan qurtarmasına baxmayaraq, yeraltında işləyən insanları gələcəkdə tamam başqa həyat gözləyir. Film II dünya müharibəsindən sonra 90-ci illərdəki Yuqoslaviyadakı hadisələrlə davam edir.
Tuesday, October 11, 2011
"Kino Klubu" Əli Əkbərin təqdimatında "Pis tərbiyə" filminin nümayişini keçirib || FOTO
| Yazıçı Əli Əkbər |
"Kino Klubu"nun film nümayişləri davam edir. Bu dəfə ki film nümayişi fərqli formatda təşkil edilib. Filmdən əvvəl filmlə bağlı məruzə olub, sonra nümayiş və diskussiya.
Oktyabrın 8-də "Kino Klubu" dünyaca məhşur ispan rejissoru Pedro ALMODOVARın "Pis tərbiyə" filminin nümayişini təşkil edib. Filmdən əvvəl yazıçı Əli Əkbər Almodovar və onun "Pis tərbiyə" filmi ilə bağlı məruzə edib.
“Pis tərbiyə” filmi 60-cı 80-ci illərdə kilsədə təhsil alan şagird İqnasionun həyatı haqqındadır. Film həmçinin İqnasioya ona təcavüz edən rahip Manolodan, məktəb illərində bu uşağın vurulduğu və qarşılıq gördüyü eşqin rahip tərəfindən hiss edilməsi ilə dini məktəbdən qovulan sinif yoldaşı Enrikedən və eyni zamanda İqnasionun həyatının belə gedişatından təsirlənən ailəsindən bəhs edir. Dolayısıyla pedofiliya və homoseksualimzdən bəhs edən bu film məhşur ispan rejissoru Pedro Almodovar tərəfindən 2004-cü ildə çəkilib.
Subscribe to:
Posts (Atom)

