"Kino Klubu" fərqli formada film nümayişlərinə başlayır. Tədbirlərdə hansısa bir filmlə (hadisə, mövzu) bağlı bir nəfər ekspertin dəvət ediləcək. Ekspert mövzu ilə bağlı məruzə edəcək, sonra filmin nümayişi və nümayişdən sonra isə müzakirələr olacaq.
Facebook like
Showing posts with label gənclik. Show all posts
Showing posts with label gənclik. Show all posts
Sunday, October 9, 2011
Thursday, October 6, 2011
“Azad Gənclik” Təşkilatının ordudakı vəziyyətlə bağlı BƏYANATI
2011-ci ilin 10-cu ayında Azərbaycan ordusunda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 73-ə çatıb. 2001-ci ildən ordumuzda bu qədər əsgər ölümü olmayıb. Azərbaycan hakimiyyəti hər il hərbi büdcəni artırır və bu artımla fəxr edir. Hərbi büdcə artdıqca orduda ölən əsgərlərin sayı da artır. Son zamanlar tək ölüm hadisələri yox, orduda özbaşınalıq hadisələri də dəhşətli dərəcədə artıb. Bu hadisələrə görə Müdafiə Nazirliyi heç bir məntiqli, ciddi açıqlama vermir və məsuliyyəti öz üstündən atır.
Son əsgər ölümlərindən olan hadisə isə dəhşətli idi. Əsgər Eldar Novruzovun hərbi xidməti başa vurub qayıtmağına günlər qalmışdı. Lakin məlum hadisələrdən sonra əsgərin Türkiyəyə göndərilməsinin gecikdirilməsi onun ölümü ilə nəticələndi. Hətta Türkiyəyə göndərilməsi qərarı veriləndən sonra Eldar Novruzova iynə vurulması və bundan qısa bir müddət sonra əsgərin ölməsi də şübhəli məsələ olaraq qalır. Buna görə də Mərkəzi Hərbi Klinik Hospitalının rəhbərliyi və həkimləri məsuliyyət daşıyır.
Tuesday, September 20, 2011
"Azad Gənclik" İdarə Heyəti üzvlərinin sayını artırdı
İH üzvlərinin sayı 7 oldu
Sentyabrın 18-də "Azad Gənclik" Təşkilatının İdarə Heyətinə elavə seçkilər keçirilib. Bir müddət əvvəl təşkilatın idarə heyyəti üzvlərinin sayını 5 nəfərdən 7 nəfərə artırmağı qərara almışdı. İdarə Heyətindəki bir boş və iki elavə yerə, yəni ümumilikdə 3 yerə seçkilər keçirilib. Təşkilatın 7 üzvü namizədliyini irəli sürmüşdü. Bunlar Şamxal Nəsibbəyli, Gülnar Xəlilova, Rəşad Talıblı, Təbriz Önər, Tural Mərdanlı, Orxan Abdulla və Emin İsmayıl idi. Səsvermə başlamamışdan Orxan Abdulla namizədliyini geri götürdüyünü bildirib. Səs vermə bitəndən sonra
Wednesday, May 18, 2011
Aqşin Yeniseylə mühazirə
"Azad Gənclik" Təşkilatı sizi 21 may saat 19:00-da gənc şair Aqşin Yeniseyin təqdimatında "Tale və Yaradıcılıq" mövzusunda interaktiv mühazirəyə dəvət edir. Mühazirə Azad Fikir Universitetində keçiriləcək.
Tədbir bütün iştirakçılara açıqdır, giriş sərbəstdir. Maraqlanan dostlarınızı da dəvət edə bilərsiniz.
Məkan:
Monday, May 16, 2011
"Kitab oxuma" aksiyası || FOTO
"Azad Gənclik" Təşkilatı 29 yanvarda metroda "Kitab oxuma" aksiyası keçirib. Əsas məqsəd insanlara kitab oxumanı təlqin etmək, əvvəllər vətəndaşlarımızda olan kitab oxuma mədəniyyətinin, vərdişinin yenidən geri qaytarılmasıdır. Həmçinin insanların metroda və digər nəqliyyat vasitələrində boş vaxtlarını kitab oxumaqla daha səmərəli keçirə biləcəklərini nümayiş etdirmək olub. Bir saat ərzində 40-dan artıq gənc metronun stansiyalarında, vaqonlarda kütləvi kitab oxuyublar.
Qeyd edək ki, "Azad Gənclik" Təşkilatı bu tipli aksiyaları davamlı edir. Çünki ümumilikdə ölkədə mütaliənın səviyyəsi aşağıdır və məqsəd insanların, əsas da gənclərin diqqətini, fikrini mütaliəyə yönəltməkdir.
Foto: Mehman Hüseynov
Subscribe to:
Posts (Atom)



