Showing posts with label kino klubu. Show all posts
Showing posts with label kino klubu. Show all posts

Sunday, May 13, 2012

"For a moment freedom" filminin nümayişi

"Kino Klubu" mayın 12-də Azad Fikir Universitetində növbəti nümayişini təşkil edib. Nümayiş olunan film İran əsilli Avstriya rejissoru Arash T.Riahinin "Bir an azadlıq üçün" (For a moment freedom) filmi olub.

İranda 1978-79-cu illərdə qurulan İslam Respublikasından qaçan 3 mühacir qrupun azadlıq mübarizəsindən bəhs edən film, real hadisələr əsasında çəkilib. Filmdə evli bir cütlüyün, Avstriyada valideynləri ilə görüşmək istəyən iki gənc dost və onların azyaşlı qohumlarının, son olaraq İrandakı həyata dözə bilməyib, Türkiyə sərhədlərini təhlükəli kürt bölgəsindən keçərək qaçmaqdan başqa çarələri olmayan iki kürdün hekayəsi əks olunub.
 
İran-İraq sərhədini keçərək Türkiyəyə gəlməyi bacaran bu mühacirlər burada viza almaqda problem yaşayır.

Sunday, April 15, 2012

"Green Street Hooligans" filminin nümayişi

Aprelin 14-də Azad Gənclik Təşkilatının "Kino Klubu" növbəti film nümayişini təşkil edib. Lexi Alexanderin rejissorluğu ilə çəkilmiş "Green Street Hooligans" filmi təqdim edilib.



Filmdəki hadisələr Harvard Universitetində jurnalistika ixtisası üzrə təhsil alan Matt adlı tələbənin ətrafında cərayan edir. Belə ki, yanlış anlama səbəbilə oxuduğu universitetedən qovulan Matt İngiltərəyə bacısının yanına köçmək məcburiyyətində qalır. Burada o, qaynının "West Ham United" fanatı olan qardaşı - Ben ilə tanış olur. Futbol haqqında kiçikcik bir məlumatı belə olmamasına baxmayaraq qısa müddətdən sonra özünü "West Ham United" tərəfdar qrupu olan GSE-in ("Green Street Elite") içində tapır. Ben və yoldaşları ilə oyunlara getməyə və döyüşlərə qatılmağa başlayır. 

Wednesday, March 7, 2012

Kino Klubu: İbrahim Tatlısesin "Yalan" filmı

Fevralın 25-i Azad Gənclik Təşkilatının "Kino Klubu"nda İbrahim Tatlısesin baş rol oynadığı "Yalan" filmi yazıçı, publisist Seymur Baycanın  təqdimatında nümayiş olunub. 
VHP-nin akt zalında keçirilən tədbirdə əvvəlcə Seymur Baycan  kiçik məruzə edib, filmin nümayişindən sonra, film və həmin dövr haqqında ətraflı olaraq fikirlərini gənclərə çatdırıb. 

Wednesday, January 4, 2012

İranda qadağan olunmuş filmin nümayişi - FOTO

2011-ci ildə "Azad Gənclik" Təşkilatı son tədbirini həyata keçirib. Dekabrın ayının 29-da  "Kino Klubu" növbəti film nümayişini təşkil edib. Bəstəkar Firudin Allahverdinin təqdimatında "Persepolis" filmi nümayiş olunub. Fransız İnstitutunda təşkil olunan tədbirdə  əvvəl Firudin Allahverdi 1978-79-cu illər İran inqilabı ilə bağlı kiçik məruzə edib, film nümayişindən sonra müzakirə olub. 

İran İnqilabi zamanı - 1978-79-cu illərdə və ondan sonrakı dövrdə baş verən hadisələrdən bəhs edən "Persepolis" animasiya filmidir. 2007-ci ildə İran əsilli Fransa vətəndaşı Marjane Satrapi və Vincent Paronnaud tərəfindən çəkilən film Fransa və ABŞ-ın birgə istehsalıdır. Film ilk dəfə 2007-ci ilin dekabrnda ABŞ-da nümayiş olunub. 

"Persepolis" 2007-ci ildə "Kann Film Festivali"nda xüsusi mükafata, sonra isə Oskarın "Ən yaxşı animasiya filmi" naminasiyasına layiq görülüb. 
Xatırladaq ki, filmin İran İslam Respublikasında nümayişi qadağandır. 

Saturday, November 19, 2011

"Underground" filminin nümayişi

Underground
Noyabrın 13-də Azad Gənclik Təşkilatının "Kino Klubu" növbəti film nümayişi təşkil edib. Gənc bəstəkar Firudin Allahverdinin təklifi və təddimatında məhşur serb rejissor Emir Kusturicanın "Underground" filmi nümayiş olunub. Filmdən əvvəl Firudin Allahverdi rejissorla, filmdəki hadisələrlə bağlı qısa məruzə edib. 

Filmdəki hadisələr 1941-ci il Belqradda başlayır. Marko və Blanky adında iki əyləncəli həyat keçirən dost aktrisa olan bir qadına aşiq olurlar. Ancaq almanların Belqradı işğal etməsi bu günlərə son qoyur. Faşistlərə qarşı müdafiə olunmalarında razılaşan Marko və Blanky gizli silah istehsal etməyə qərar verirlər. Blanky və dostları yeraltında silah istehsal edəcək, Marko isə yuxarıda müharibənin gedişatını izləyəcək və bu silahları ehtiyacı olan müdafiəçilərə çatdıracaq. Ancaq yeraltını bir müddət sonra Marko şəxsi məqsədləri üçün istifadə etdiyi bir hala gətirir. Müharibənin çoxdan qurtarmasına baxmayaraq, yeraltında işləyən insanları gələcəkdə tamam başqa həyat gözləyir. Film II dünya müharibəsindən sonra 90-ci illərdəki Yuqoslaviyadakı hadisələrlə davam edir. 

Tuesday, October 18, 2011

"Enemy at the gates" filminin nümayişi || FOTO

"Kino Klubu"nda film nümayişləri davam edir. Bu həftə təqdim edilən film fransız rejissoru Jean-Jacques Annaud tərəfindən çəkilən "Qapıdakı düşmən" (Enemy at the Gates) filmidir. 


Oktyabrın 16-da "Kino Klubu" 2001-ci ildə çəkilmiş və  II Dünya Müharibəsi zamanı Stalinqrad döyüşündə iki düşmən syanperdən bəhs edən filmin nümayişi keçirib. Film Stalinqrad döyüşü zamanı şöhrəti hər yana yayılmış rus snayperi Vassili Zaitsevin qəhrəmanlığından bəhs edir. Düşmənlərini səssizcə aradan götürən Vasili qısa müddət sonra bu şöhrətinə görə özünü nasistlərin ən yaxşı snayperi olan mayor Koniq ilə döyüş meydanında görür. Filmdə həmçinin digər sovet hərbçisi Danilovun Vasilinin qəhrəmanlığından necə propoqanda vasitəsi kimi istifadə etdiyini və rus ordusunun əhvalını qaldırdığını göstərir. 

"Kino Klubu"nun film nümayişləri Vətəndaş Həmrəyliyi Partiyasının akt zalında təşkil edilir. 
Yer üçün VHP-yə təşəkkürümüzü bildiririk! 

Tuesday, October 11, 2011

"Kino Klubu" Əli Əkbərin təqdimatında "Pis tərbiyə" filminin nümayişini keçirib || FOTO

Yazıçı Əli Əkbər
"Kino  Klubu"nun film nümayişləri davam edir. Bu dəfə ki film nümayişi fərqli formatda təşkil edilib.  Filmdən əvvəl filmlə bağlı məruzə olub, sonra nümayiş və diskussiya.

Oktyabrın 8-də "Kino Klubu" dünyaca məhşur ispan rejissoru Pedro ALMODOVARın "Pis tərbiyə" filminin nümayişini təşkil edib. Filmdən əvvəl yazıçı Əli Əkbər Almodovar və onun "Pis tərbiyə" filmi ilə bağlı məruzə edib.


“Pis tərbiyə” filmi 60-cı 80-ci illərdə kilsədə təhsil alan şagird İqnasionun həyatı haqqındadır. Film həmçinin İqnasioya ona təcavüz edən rahip Manolodan, məktəb illərində bu uşağın vurulduğu və qarşılıq gördüyü eşqin rahip tərəfindən hiss edilməsi ilə dini məktəbdən qovulan sinif yoldaşı Enrikedən və eyni zamanda İqnasionun həyatının belə gedişatından təsirlənən ailəsindən bəhs edir. Dolayısıyla pedofiliya və homoseksualimzdən bəhs edən bu film məhşur ispan rejissoru Pedro Almodovar tərəfindən 2004-cü ildə çəkilib.