Sentyabrın 25-də “Azad Gənclik” Təşkilatının "Kino Klubu" VHP-nin akt zalında nöbvəti film nümayişini təşkil edib. Film 2011-ci ildə çəkilib və rejissoru, ssenari müəllifi Sinan Çetindir. Sinan Çetin bu filmində qadağalardan danışır. Rejissor film haqqında "mənasız qanunlar yaradanların heç vaxt mühakimə olunmamasını tənqid elədim" deyir: "Zeytun yeməyin qadağa olunması ilə insanların başına nə taxacaqlarının, nə geyinəcəklərinin qadağa olunması arasında fərq yoxdur". Filmdə
