İyulun 22-si “Azad Gənclik”
təşkilatı bir qrup gənclə birlikdə Sumqayıt şəhərində 22 iyul Mətbuat günü
münasibətilə “kitaboxuma flashmobu” keçirib.
19:00-da şəhərin “Göyərçin”
parkında baş tutan aksiyada təxminən 40-a yaxın gənc iştirak edib. Aksiyanın məqsədi insanların, xüsusilə də gənclərin kitaba və mətbuata marağını artırmaq, onlara kitab sevgisini aşılamaq olub.

