Showing posts with label flaşmob. Show all posts
Showing posts with label flaşmob. Show all posts

Monday, July 23, 2012

"Kitaboxuma" flashmobu || Fotolar



İy­­­­­­ulun 22-si “Azad Gənclik” təşkilatı bir qrup gənclə birlikdə Sumqayıt şəhərində 22 iyul Mətbuat günü münasibətilə “kitaboxuma flashmobu” keçirib.
19:00-da şəhərin “Göyərçin” parkında baş tutan aksiyada təxminən 40-a yaxın gənc iştirak edib. Aksiyanın məqsədi insanların, xüsusilə də gənclərin kitaba və mətbuata marağını artırmaq, onlara kitab sevgisini aşılamaq olub.

Sunday, January 22, 2012

Rusiyanın incəsənət anarxistləri özlərindən bəhs edirlər || FOTO - VİDEO

Artist Banksinin yeni dostlar həbsxanadan danışırlar
Dünyaca məşhur küçə rəssamı, artist Banksi 2010-cu ildə çap satışlarından əldə ediləcək gəlirinin hamısını Rusiyanın anarxist incəsənət qrupu “Voina”ya hədiyyə edəcəyini bildirmişdi. “Voina” aktivistləri St. Peterburqda yerləşən keçmiş KQB binası ilə üzbəüz körpüyə nəhəng penis şəkli çəkmişdilər. Bu da azmış kimi Voina muzeydə “sex party” də təşkil edə bilib.

“Voina” radikal incəsənət qrupudur. Öz ifrat və təhrikedici işləri ilə Rusiyada homofobiya, irqçilik, dövlətdəki totalitarizmə diqqəti cəlb etmək niyyətindədirlər. Qrupun iki üzvü - Oleq Vorotnikov və Leonid Nikolayev saxta ittihamlarla Peterburq həbsxanasında saxlanılırlar. 

Sunday, December 11, 2011

"Kitaboxuma" aksiyası - "Sarı Gəlin" || Fotolar

"Kitaboxuma" - "Sarı Gəlin"
Dekabrın 10-u  "Azad Gənclik" Təşkilatı növbəti "Kitaboxuma" flaşmobunu keçirib. Fəvvarələr meydanında keçirilən flaşmobda əsasən  kütləvi şəkildə Əli Əkbərin “Sarı Gəlin” romanı oxunub. Aksiyanın keçirilməsində məqsəd kitabı, ümumilikdə mütaliəni, “Sarı Gəlin” romanını kütləvi şəkildə oxumaqla isə, həm də xüsusi olaraq bu kitabı təbliğ etmək olub.

Bu dəfəki aksiyaya polis müdaxilə etməyib, sadəcə aksiyaçıları kənardan müşahidə etməklə kifayətlənib. Sadəcə flaşmobun sonunda, Axundov adına Milli Kitabxananın qarşısında toplu şəkil çəkdirildikdə sonra polis "toplaşmaq olmaz!" deyərək, iştirakçıları dağıtdıblar. Flaşmob insidentsiz başa çatıb.

Sunday, December 4, 2011

"Kitab oxuma" aksiyası - "Fikir Sexi" || FOTOlar

Gənclər "Fikir Sexi"ni oxuyur

"Azad Gənclik" Təşkilatı dekabrın 4-də növbəti "Kitab oxuma" flaşmobunu keçirib.  Bu dəfə əvvəlki flaşmoblardan fərqli olaraq məqsəd  həm də "Fikir Sexi"  kitabının təbliği olub. Əvvəldən elan edilmişdi ki, gənclər özləri ilə "Fikir Sexi" kitabını gətirsinlər və o kitabı oxusunlar. Flaşmob birinci metronun İçərişəhər - Ulduz stansiyaları arasında vaqonlarda, sonra isə "Fəvvarələr Meydanı"nda davam edib. Təxminən 1 saat yarım davam edən flaşmoba "Tarqovı"da polislər müdaxilə edib, gənclərə kitab oxumağa imkan verməyiblər. Polislərin gəncləri "Fəvvarələr Meydanı"ndan uzaqlaşdırandan sonra Azad Gəncliyin üzvləri və digər gənclər Sahil bağında flaşmobu davam etdirib. 

Monday, May 16, 2011

"Kitab oxuma" aksiyası || FOTO



"Azad Gənclik" Təşkilatı 29 yanvarda metroda "Kitab oxuma" aksiyası keçirib. Əsas məqsəd insanlara kitab oxumanı təlqin etmək, əvvəllər vətəndaşlarımızda olan kitab oxuma mədəniyyətinin, vərdişinin yenidən geri qaytarılmasıdır. Həmçinin insanların metroda və digər nəqliyyat vasitələrində boş vaxtlarını kitab oxumaqla daha səmərəli keçirə biləcəklərini nümayiş etdirmək olub. Bir saat ərzində  40-dan artıq gənc metronun stansiyalarında, vaqonlarda kütləvi kitab oxuyublar. 

Qeyd edək ki, "Azad Gənclik" Təşkilatı bu tipli aksiyaları davamlı edir. Çünki ümumilikdə ölkədə mütaliənın səviyyəsi aşağıdır və məqsəd insanların, əsas da gənclərin diqqətini, fikrini mütaliəyə yönəltməkdir.

Foto: Mehman Hüseynov