Showing posts with label azad. Show all posts
Showing posts with label azad. Show all posts

Monday, May 28, 2012

Azad Gənclik Rəsulzadəni andı, bayramı qeyd etdi

Novxanı qəsəbəsi, Rəsulzadənin heykəli
28. 05. 2012
28 may Azərbaycanın Müstəqillik Günüdür. Bu gün Azad Gənclik Təşkilatı müstəqilliyin banilərindən olan M. Ə. Rəsulzadənin Novxanı qəsəbəsindəki heykəlini ziyarət edib və müstəqilliyin ildönümünü qeyd edib. 
Hər bir vətəndaşın bayramını təbrik edir və demokratik respublikanın bərpa olunmasını arzu edirik! 

Wednesday, March 14, 2012

“Eurovision-2012” ilə bağlı turistlərə müraciətimiz / az/ en/ ru/ de/


Azad Gənclik
Təşkilatı
"Azərbaycan otellərində ehtiyyatlı olun, gizli kameralar ola bilər"



Hörmətli xarici ölkə vətəndaşları!

22-26 may 2012-ci ildə Azərbaycanın paytaxtı Bakıda “Eurovision-2012” mahnı müsabiqəsi keçiriləcək. Bununla bağlı ölkəmizin paytaxtına Avropa, Amerika, Asiya və digər qitələrdən minlərlə turistin gələcəyi gözlənilir. Biz Azərbaycan Respublikasında ictimai fəaliyyətlə məğul olan azad gənclər olaraq, turistləri ölkəmizə səfər etməzdən öncə avtoritar ölkələr üçün səciyyəvi olan bəzi ənənə və reallıqlar barədə məlumatlandırmaq istərdik.

Hörmətli turistlər!

Biz sizi xəbərdar edirik ki, Azərbaycan ifadə azadlığı, toplaşmaq və birləşmək hüquqularının kobud şəkildə pozulduğu, habelə azad hərəkət imkanlarının zəif təmin olunduğu ölkə olduğu üçün siyasi hakimiyyətin dövlətin bütün sosial-iqtisadi sahələri və cəmiyyət üzərində avtoritar nəzarəti mövcudur. Belə bir sahələrdən biri də biznes strukturları və ictimai-iaşə xidməti obyektləridir. 

Saturday, February 4, 2012

"Bu qüvvənin qarşısında heç kim dayana bilməz"

Yazıçı, publisist Seymur Baycan
Seymur Baycan: "Əgər Azərbaycanda oxumuş, geyinməyi bacaran, sağlam düşüncəli, modern təfəkkürlü yüz qız olsa, yaxşı mənada ölkənin altını üstünə çevirmək olar"

“Azad Gənclik” Təşkilatı yeni layihəyə başlayır. Ölkənin tanınmış şəxsləri ilə hazırlanacaq müsahibələrdə sualları təşkilatın üzvləri verirlər. Belə ki, ilk müsahibimiz yazıçı, publisist Seymur Baycandır. S.Baycan həm yaradıcılığı, həm də digər müxtəlif mövzularlı əhatə edən suallara cavab verib.

Sunday, October 9, 2011

AFİŞA: Almodovarın "Pis tərbiyə" filmi Əli Əkbərin təqdimatında

"Kino Klubu" fərqli formada film nümayişlərinə başlayır. Tədbirlərdə hansısa bir filmlə (hadisə, mövzu) bağlı bir nəfər ekspertin dəvət ediləcək. Ekspert mövzu ilə bağlı məruzə edəcək, sonra filmin nümayişi və nümayişdən sonra isə müzakirələr olacaq. 

Thursday, October 6, 2011

“Azad Gənclik” Təşkilatının ordudakı vəziyyətlə bağlı BƏYANATI


2011-ci ilin 10-cu ayında Azərbaycan ordusunda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 73-ə çatıb. 2001-ci ildən ordumuzda bu qədər əsgər ölümü olmayıb. Azərbaycan hakimiyyəti hər il hərbi büdcəni artırır və bu artımla fəxr edir. Hərbi büdcə artdıqca orduda ölən əsgərlərin sayı da artır. Son zamanlar tək ölüm hadisələri yox, orduda özbaşınalıq hadisələri də dəhşətli dərəcədə artıb. Bu hadisələrə görə Müdafiə Nazirliyi heç bir məntiqli, ciddi açıqlama vermir və məsuliyyəti öz üstündən atır.

 Son əsgər ölümlərindən olan hadisə isə dəhşətli idi. Əsgər Eldar Novruzovun hərbi xidməti başa vurub qayıtmağına günlər qalmışdı. Lakin məlum hadisələrdən sonra əsgərin Türkiyəyə göndərilməsinin gecikdirilməsi onun ölümü ilə nəticələndi. Hətta Türkiyəyə göndərilməsi qərarı veriləndən sonra Eldar Novruzova iynə vurulması və bundan qısa bir müddət sonra əsgərin ölməsi də şübhəli məsələ olaraq qalır. Buna görə də Mərkəzi Hərbi Klinik Hospitalının rəhbərliyi və həkimləri məsuliyyət daşıyır.

Sunday, September 25, 2011

"Kino Klubu"nun növbəti film nümayişi || Sinan Çetin - "Kağıt" || FOTO

Sentyabrın 25-də “Azad Gənclik” Təşkilatının "Kino Klubu" VHP-nin akt zalında nöbvəti film nümayişini  təşkil edib.  Film 2011-ci ildə çəkilib və rejissoru, ssenari müəllifi Sinan Çetindir. Sinan Çetin bu filmində qadağalardan danışır. Rejissor film haqqında "mənasız qanunlar yaradanların heç vaxt mühakimə olunmamasını tənqid elədim" deyir: "Zeytun yeməyin qadağa olunması ilə insanların başına nə taxacaqlarının, nə geyinəcəklərinin qadağa olunması arasında fərq yoxdur". Filmdə

Friday, July 29, 2011

RockOut party

RockOut İnternet Radio Stationun təşkilatçılığı və "Azad Gənclik" Təşkilatının dəstəyi ilə 30 iyul saat 18:00-dan 23:30-dək "The Rock Club" (Rəşid Behbudov küç. 66/68) RockOut İnternet Radio Station-ın açılış party-si olacaq. Party-də Strange Gattering,Sıfırın Altında,Padzehir,Bende qruplarının canlı musiqisi və sürpriz şou olacaq.

Biletləri CRAZY accessories mağazasından (Nizami küç 63, McDonalds-ın arxası) və ya 0773331300 (Amil); 0505500849 (Ziya); 0555996914 (Orxan) nömrəli telefonlara zəng edərək əldə edəbilərsiniz. 
Biletin qiyməti:5 AZN

Wednesday, May 18, 2011

Aqşin Yeniseylə mühazirə

"Azad Gənclik" Təşkilatı sizi 21 may saat 19:00-da gənc şair Aqşin Yeniseyin təqdimatında "Tale və Yaradıcılıq" mövzusunda interaktiv mühazirəyə dəvət edir. Mühazirə Azad Fikir Universitetində keçiriləcək.

Tədbir bütün iştirakçılara açıqdır, giriş sərbəstdir. Maraqlanan dostlarınızı da dəvət edə bilərsiniz.

Məkan:

Monday, May 16, 2011

"Kitab oxuma" aksiyası || FOTO



"Azad Gənclik" Təşkilatı 29 yanvarda metroda "Kitab oxuma" aksiyası keçirib. Əsas məqsəd insanlara kitab oxumanı təlqin etmək, əvvəllər vətəndaşlarımızda olan kitab oxuma mədəniyyətinin, vərdişinin yenidən geri qaytarılmasıdır. Həmçinin insanların metroda və digər nəqliyyat vasitələrində boş vaxtlarını kitab oxumaqla daha səmərəli keçirə biləcəklərini nümayiş etdirmək olub. Bir saat ərzində  40-dan artıq gənc metronun stansiyalarında, vaqonlarda kütləvi kitab oxuyublar. 

Qeyd edək ki, "Azad Gənclik" Təşkilatı bu tipli aksiyaları davamlı edir. Çünki ümumilikdə ölkədə mütaliənın səviyyəsi aşağıdır və məqsəd insanların, əsas da gənclərin diqqətini, fikrini mütaliəyə yönəltməkdir.

Foto: Mehman Hüseynov