Saturday, December 3, 2011

Əsgər ölümlərinə etiraz! || Foto

Gənclərin aksiyası
Dekabrın 3-də bir neçə gənclər təşkilatı paytaxtın mərkəzində - «Fəvvarələr meydanı»nda aksiya keçirib. Aksiyanın məqsədi 2011-ci ildə qeyri-döyüş şəraitində həlak olan əsgər ölümlərinə etiraz etmək olub. Gənclər «Əsgər ölümlərinə YOX!», «Şəhidlər ölməz, Vətən bölünməz!» şüarları səsləndirib, Azərbaycan himnini oxuyublar. «Azərbaycan» kinoteatrının qarşısından başlayan aksiya Nəsimi heykəlinə qədər davam edib. 


Xatırladaq ki, bu ilin dekabr ayına qədər orduda 90 əsgər həlak olub.
Aksiyada iştirak edən təşkilatlar: 


"Azad Gənclik" təşkilatı
N!DA Vətəndaş Hərəkatı
"Müsbət Dəyişiklik" Gənclər Hərəkatı
ADP Gənclər Təşkilatı 
AXCP Gənclər Komitəsi
VHP Gənclər Təşkilatı 
Müsavat Gənclər Təşkilatı

FOTO: MEHMAN HÜSEYNOV