Showing posts with label anti-putin. Show all posts
Showing posts with label anti-putin. Show all posts

Sunday, January 15, 2012

Putinin qorxunc röyası - Aleksey Navalnı

Aleksey Navalni /Foto: navalny.ru
Putini həbs etdirmək istəyən bloqqer, hüquqşunas

Rusiyada avtoritarizmə qarşı başlanan etiraz dalğasının hərəkətverici qüvvəsinə çevrilən 34 yaşlı bloger Aleksey Navalnıdan bəhs edən Avropanın aparıcı nəşrlərindən biri hələ bir il əvvəl onu "Putinin qorxunc röyası" adlandırıb. Dünyanın ən böyük dövlətlərindən biri üzərində özünün qeyri-rəsmi imperatorluğunu qurmuş, cəmiyyəti süst kütləyə çevirmiş bir avtoritar lider üçün bir blogerin qorxulu olacağına o zaman inanmaq çətin idi. Amma müsəlman dünyasının ən böyük ölkələrindən biri olan Misirdə general Hüsnü Mübarəkin 32 illik diktaturasına son qoyan inqilabın hazırlanmasında və idarə olunmasında blogerlərin xüsusi rolu məlum olduqdan sonra, Navalnının və yaxud başqasının bir gün Putin üçün qorxunc röyaya çevriləcəyi günün uzaqda olmadığı gözlənilən idi. 

Wednesday, December 14, 2011

"Mənim bloqum ona görə var ki, KİV-də senzura var"

Aleksey Navalni
I YAZI

"Rusiyanın ən böyük problemi dövlətin mafiyaya çevrilməsidir"

Aleksey Navalni... Kimlərsə onu mikrobloqqer, kimlərsə aktivist, kimlərsə siyasətçi adlandırır. Navalni üçün bu çox da əhəmiyyətli deyil... Alekseyin əsas məqsədi korrusiyalaşmış, oğru və quldurlardan ibarət olan Vladimr Putin başda olmaqla onun komandasını Rusiyadan rədd etməkdir.

Ətrafındakılar ona "Rusiyanın gələcək prezidenti" deyə müraciət edir. O isə bunu gülüşlə zarafat adlandırır.

ABŞ-da çap olunan, dünyaca nüfuzlu Foreign Policy jurnalı bu yaxınlarda Aleksey Navalninin adını Anti-Putin Briqadasının lideri kimi göstərib.

Aleksey Navalni demək olar ki, hər yazısında, hər müsahibəsində, hər çıxışında Putini birbaşa oğru və quldur adlandırır, onu rus xalqının sərvətlərini oğurlamaqda ittiham edir.

"Azad Gənclik" Təşkilatı Aleksey Navalniyin müsahibələrdən seçilmiş fikirləri oxucularla bölüşür: