Showing posts with label yazıçı. Show all posts
Showing posts with label yazıçı. Show all posts

Monday, March 12, 2012

Mühazirə: "İslam və müasirlik: paradokslar və çıxış yolları" || FOTO

Əli Əkbər


Martın 11-i Azad Gənclik Təşkilatı VHP-nin akt zalında yazıçı, publisist Əli Əkbərin "İslam və müasirlik: paradokslar və çıxış yolları" mövzusunda mühazirəsini təşkil edib. 

Tədbirdə Əli Əkbər Məhəmməd peyğəmbərin peyğəmbərlikdən əvvəl və peyğəmbərlik dövrü, Xilafət dövrü, Xəlifələrin seçilmələri, idarəçilikləri, Xristian dinindəki reformalar, İslamdaki məzhəblər və muasir İslam filosofları ilə bağlı mühazirə deyib. Məruzədən sonra tədbirin müzakirələr hissəsi olub ve iştirakçilar fikir bildirib, lektora suallarını veriblər. Tədbirdə əsasən tələbələr, Azərbaycanın ictimai-siyasi sferasında tanınmış gənclər iştirak ediblər.

Wednesday, February 8, 2012

Umberto Eko “Xalqlar yer üzündən necə silinir, qaradərililər yadplanetlilərdən nə ilə fərqlənir və ziyalılar hara baxır?” haqqında

Umberto Eko

Yazıçı, filosof, tarixçi və mədəniyyət nəzəriyyəçisi Umberto Eko, 1932-ci ildə İtaliyanın Alessandriya şəhərində doğulub. Turin universitetini bitirib. Orta əsrlər tarixi, ədəbiyyat və fəlsəfə sahəsində ixtisaslaşıb, semiotika (sözlərin simvolik anlamlarını öyrənən elm) ilə məşğuldur. İtalyan televiziyasında tarixlə bağlı verilişlərin aparıcısı olub, “Espresso” qəzetində köşə yazıları yazır. İtaliyanın, Fransanın və Almaniyanın yüksək mükafatlarına layiq görülmüş,   “İtaliya Respublikasına xidmətlərinə görə” kavaler ordeninə, Fransanın şərəf ordeninə, “Almaniya Federativ Respublikasına xidmətlərinə görə” alman ordeninə layiq görülmüşdür. 1980 –ci ildə 50 milyon nüsxə ilə çap olunan, beynəlxalq bestsellerə çevrilmiş “Gülün adı” adlı ilk romanını dərc etdirmişdir. Ekonun ümumilikdə 6 romanı var.

Saturday, February 4, 2012

"Bu qüvvənin qarşısında heç kim dayana bilməz"

Yazıçı, publisist Seymur Baycan
Seymur Baycan: "Əgər Azərbaycanda oxumuş, geyinməyi bacaran, sağlam düşüncəli, modern təfəkkürlü yüz qız olsa, yaxşı mənada ölkənin altını üstünə çevirmək olar"

“Azad Gənclik” Təşkilatı yeni layihəyə başlayır. Ölkənin tanınmış şəxsləri ilə hazırlanacaq müsahibələrdə sualları təşkilatın üzvləri verirlər. Belə ki, ilk müsahibimiz yazıçı, publisist Seymur Baycandır. S.Baycan həm yaradıcılığı, həm də digər müxtəlif mövzularlı əhatə edən suallara cavab verib.