"Kino Klubu" mayın 12-də Azad Fikir Universitetində növbəti nümayişini
təşkil edib. Nümayiş olunan film İran əsilli Avstriya
rejissoru Arash T.Riahinin "Bir an azadlıq üçün" (For a moment
freedom) filmi olub.
İranda 1978-79-cu illərdə qurulan İslam Respublikasından qaçan
3 mühacir qrupun azadlıq mübarizəsindən bəhs edən film, real hadisələr əsasında
çəkilib. Filmdə evli bir cütlüyün, Avstriyada valideynləri ilə görüşmək istəyən iki gənc dost və onların azyaşlı qohumlarının, son olaraq İrandakı həyata dözə bilməyib, Türkiyə sərhədlərini təhlükəli kürt bölgəsindən keçərək qaçmaqdan başqa çarələri olmayan iki kürdün hekayəsi əks olunub.
İran-İraq sərhədini keçərək
Türkiyəyə gəlməyi bacaran bu mühacirlər burada viza almaqda problem yaşayır.
