Showing posts with label qurultay. Show all posts
Showing posts with label qurultay. Show all posts

Thursday, February 23, 2012

Azad Gənclik Təşkilatının I Qurultayı // FOTO - VIDEO

Fevralın 18-də Azad Gənclik Təşkilatı I qurultayını Vətəndaş Həmrəyliyi Partiyasının akt zalında keçirilib və dövlət himninin oxunması ilə başlayıb. Tədbirdə ilk öncə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Rəşad Talıblı çıxış edib və qurultayı açıq elan edib. O bildirib ki, 62 nümayəndədən 50-i qurultayda iştirak etdiyindən və bunun nizamnamədə nəzərdə tutulan minimum iştirak həddini keçdiyindən qurultay öz işinə başlaya bilər. 

QHTK-nın üzvü, Məcid Mərcanlı və QHTK-nın rəhbəri Rəşad Talıblı

Rəşad Talıblıdan sonra QHTK-nin üzvü Məcid Mərcanlı təşkilat haqqında qurultay iştirakçılarına, qonaqlara, media nümayəndələrinə məlumat verib.

Sunday, January 22, 2012

AGT gənclərinin müsahibəsi

Ötən həftə Azad Gənclik Təşkilatının fəalları mətbuata açıqlamalar veriblər. Müsahibələri təqdim edirik.
Təbriz Önər - Foto: Ayxan Tan
2012-ci ilə diktatura qətiyyən yaraşmır

Cəmiyyətin fəal kəsimi gənclərdir. Bu gün onlar ön sıradadır. Az da olsa keçirilən kütləvi aksiyalarda məhz gəncliyin səsi daha gur gəlməyə başlayıb. Son illər onlar bir-birindən maraqlı, cəmiyyət üçün yeni olan aksiyalarla yadda qalıb. Indi gənclik təşkilatlanmış formada mübarizəyə daha çox üstünlük verir. Bu gün Azərbaycanda fəaliyyət göstərən belə təşkilatlardan biri də Azad Gənclik Təşkilatıdır. Bu təşkilatın fəallarından biri - Təbriz Önərlə gənclərin fəaliyyətinə işıq salmağa çalışdıq.

- Təbriz, Azad Gənclik Təşkilatının 1 illiyi münasibəti ilə sizi təbrik edir, yeni uğurlar arzulayıram. Bu bir il ərzində nə işlə məşğul olmusunuz?