Alber Kamyu
Sənət həm coşqunluq, həm də süstlükdür. Nitsşe deyir ki: “Heç bir sənətkar reallığı qəbul edə bilməz”. Düzdü. Amma heç bir sənətkar reallıqdan əl götürə də bilməz. Yaradıcılıq həm birliyə, ümumiyə varmaq istəyir, həm də dünyanı heçə sayır. Ancaq bu dünyanı “heç nə” hesab etmək və ondakı əskiklikdən ötrüdür, bir də dünyanın bəzən qovuşduğu bütünlüyə görədir.
