Sunday, May 6, 2012

Orxan A.Tanın təqdimatında "Balto" cizgi filmi || FOTO


“Kino Klubu” mayın 5-də VHP-nin akt zalında növbəti nümayişini təşkil edib.  Bu dəfəki nümayiş gənc aktyor Orxan A.Tanın təqdimatında  “Balto” cizgi filmi olub. 



Cizgi filmi real hadisələrə əsaslanan, Alyaskanın kiçik bir şəhərində xəstə uşaqları xilas etmək üçün dərman gətirən bir itdən bəhs edir. Belə ki, yarı qurd, yarı evcil köpək olan Balto, uşaqların həyatını təhdid edən amansız xəstəliyə qarşı öz dostları ilə mübarizəyə qalxır.


Baltonun dostları da özü kimi fərqlidir. Çünki onlar aid olduqları təbiəti inkar edərək Alyaskada yaşayırlar. Beləliklə, Balto və dostları şəraitin çətinliyinə baxmayaraq 600 millik yolu qət edərək xəstəliyin qarşısını almaq üçün lazım olan tibbi ləvazimatların gətirilməsini təmin edir və uşaqları xəstəlikdən xilas edirlər.



Cizgi filminin hazırlanmasında Steven Spielberg, James Horner, Simon Wells kimi məhşur adamlar iştrak edib.