Tuesday, October 30, 2012

"Cəhənnəm iztirabları" hekayələr kitabı artıq satışda


Azad Gənclik Təşkilatının və yazıçı Seymur Baycanın birgə layihəsi olan "Cəhənnəm iztirabları" hekayələr toplusunu Bakı və Sumqayit şəhərlərindəki kitab kitab mağazalarından əldə edə bilərsiniz. 

Satiş məntəqələri

Bakı şəhərində:

1. "Akademiya" Kitab Mərkəzi - "Nizami" ədəbiyyat muzeyinin altı;
2. "Rebus" dəftərxana ləvazimatları mağazası (Elmlər Akademiyası metrosunun çıxışı ilə üzbəüz);
3. "İçəri şəhər" kitab evi - Elman dayı, Qız Qalasının yanı;
4. Azərbaycan Respublikası Prezident İşlər İdarəsinin kitab evi;
5. Səməd Vurğun parkı yaxınlığında kitab mağazası, yolun vaqzal olan hissəsində;
6. Elmlər Akademiyası metrosunun girişi (sol tərəf küncdə);
7. “Əli və Nino” kitab mağazalarında;


Sumqayıt şəhərində:

1. Bazarın yaxınlığındakı Kitab Evi;
2. Diamed və Pioner arasındakı Kitab evi;

Tuesday, October 23, 2012

"Azad Gənclik" Təşkilatının 20 oktyabr aksiyası ilə bağlı bəyanatı


Oktyabrın 20-sində bir qrup fəal gənc şəhərin mərkəzində parlamentin buraxılması tələbi ilə aksiya keçirmişdir. Sərbəst toplaşmaq haqqında qanunun müvafiq bəndlərinə uyğun olaraq aksiyanın təşkil olunacağı Bakı Şəhər İcra Hakimiyyətinə bildirilsə də, meriya bu dəfə də qanunsuz olaraq aksiyanın keçirilməsi barədə müraciətə mənfi cavab vermişdir.

Saturday, October 20, 2012

"Cəhənnəm iztirabları" hekayələr kitabı çapdan çıxıb

"Azad Gənclik" Təşkilatı yazıçı Seymur Baycanla birgə "Cəhənnəm iztirabları" hekayələr kitabı çap etdirib. 

Oktyabrın 21-i, bazar günü saat 15:00 da Vətəndaş Həmrəyliyi Partiyasının akt zalında hekayələr kitabının təqdimat mərasimi olacaq. 


”Cəhənnəm iztirabları” hekayələr kitabı “Azad Gənclik” Təşkilatı tərəfindən hazırlanıb. Kitabda yapon, rus, fransız, italyan, azərbaycanlı, norveç və serb yazıçılarının müxtəlif dövrlərdə yazdıqları 20 hekayə yer alır.



Tədbirdə hekayələrlə və ümumiyyətlə kitabla bağlı Şahvələd Çobanoğlu, Zamin Hacı, Elnur Astanbəyli və Seymur Baycan  təqdimat edəcəklər.

Təqdimat zamanı kitabı 4 manata əldə edə bilərsiniz. 

«Cəhənnəm İztirabları» hekayələr kitabını aşağıda göstərilmiş ünvanlardan əldə etmək olar

Monday, September 17, 2012

“Walk the line” filminin nümayişi





"Kino Klubu" sentyabrın 15-də VHP-nin akt zalında növbəti nümayişini təşkil edib. Bu dəfə “ “Walk the line”  filmi nümayiş etdirilib. 

Ssenari müəllifi və rejissorunun James Mangoldun olduğu bu film "cantry" üslubunun əfsanəvi ifaçısı Johnny Cash və onun June Carter ilə münasibətlərindən bəhs edir. 
  
Baş rollarda Joaquin Phoenix, Reese Witherspoon çəkilmişdir. Oskar, eləcə də bir neçə nominasiya üzrə Qızıl qlobus mükafatına layiq görülüb. 

Film 2005-ci ildə ABŞ-da istehsal olunub, Oskar və Qızıl Qlobus mükafatlarının bir neçə naminasiyada qalibi olub. 

Monday, July 23, 2012

"İqtidar da, müxalifət də, xalq da..." || Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev
“Twitterdə cavab verəcəm”in növbəti qonağı keçmiş vicdan məhbus, gənc fəal Bəxtiyar Hacıyev olub. Bəxtiyar Twitter sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.

"Rüşvət verməmək ilk addımdır"


"Vahid namizədim müəyyənləşən kimi toy da olacaq"


"2013-də müxalifət 5 namizədə parçalansa güc olmayacaq"



"AGAT-a 50 000 dollar verilirsə, bu normal jestdir"


"İndi ən böyük problemimiz təhsil problemidir"


"Həbsim böyük mənəvi missiyanın bir hissəsi"


"... öncə əsgərlik"

Davamı »

"Kitaboxuma" flashmobu || Fotolar



İy­­­­­­ulun 22-si “Azad Gənclik” təşkilatı bir qrup gənclə birlikdə Sumqayıt şəhərində 22 iyul Mətbuat günü münasibətilə “kitaboxuma flashmobu” keçirib.
19:00-da şəhərin “Göyərçin” parkında baş tutan aksiyada təxminən 40-a yaxın gənc iştirak edib. Aksiyanın məqsədi insanların, xüsusilə də gənclərin kitaba və mətbuata marağını artırmaq, onlara kitab sevgisini aşılamaq olub.

Friday, June 29, 2012

Vatslav Havel: Kürsüdəki son filosof // FOTO

I hissə

Vatslav Havel - 1990-cı il
XX əsr tarixində totolitar və avtoritar rejimlərın dağılaraq özlərindən sonra xaos, dağıntılar və yaxud daha qəddar diktatorlar qoyub getdiyi dövrlər olub.
Bugünki rus müxalifəti dağınıq görünür, onların konkret lideri yoxdur, bu cür şərait dəyişiklik tərəfdarlarını çox məyus edir. Bəziləri Aleksey Navalninin xarizmasına inanır, bəziləri Boris Akuninin müdrikliyinə və mədəniyyətinə üstünlük verir, bəziləri üçünsə Oksana Dmitriyevanın qadın kimi yaradıcılığı və peşəkar bilgiləri ürəyincədir. 

Lakin liderlər özbaşına peyda olub, özbaşına qeyb olmurlar. Hakimiyyəti ələ almağı bacaran və yerdə qalan siyasi sərvətləri dağıtmayan müxalifət hərəkatlarının təcrübəsi göstərir ki, onların liderləri müxtəlif keyfiyyətlərinə görə də fərqlənə bilirlər. 

Tuesday, June 26, 2012

"Bütün sistem çürükdür" - Adnan Hacızadə

Adnan Hacızadə
“Twitterdə cavab verəcəm”in aprelin 28-də növbəti qonağı keçmiş siyasi məhbus, gənc bloqqer, OL! Gənclər Hərəkatının həmtəsisçisi Adnan Hacızadə olub. Adnan Twitter sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.


"Mən musiqiyə qulaq asmıram"


"Azərbaycan vətəndaşlarının üçüncü oyanışı: Demokratiya və insan haqları"


"Jamal Ali və Cirttanın musiqilərini çox bəyənirəm"


"İnsanlar irrasionaldır, bir dənə göysatanın özünün yandırması ilə dünya bir-birinə dəydi..."


"İnqilablarda rəqəmlər rol oynamır" 


"Loser o insandır ki, yer kürəsinə gəlməsi ilə getməsi arasında heç bir fərq olmur"


Davamı »

Monday, June 25, 2012

"Azad Gənclik" Elçibəyi andı // Video

"Azad Gənclik" Elçibəyi andı
İyunun 24-də - Azərbaycanın mərhum prezidenti, Azərbaycan xalq hərəkatının liderlərindən olan Əbülfəz Elçibəyin doğum günüdür. Bununla əlaqədar Azad Gənclik Təşkilatının 20-ə yaxın üzvü Bakıda, Fəxri Xiyanabda onun qəbrini ziyarət edib. 

Monday, May 28, 2012

"Business & Human Rights Resource Center"-in növbəti araşdırması// Eurovision Song Contest sponsorlarına


Business & Human Rights
Resource Center
Müstəqil, Beynəlxalq qeyri-kommersiya təşkilatı

Press reliz


Avroviziya Mahnı Müsabiqəsi: Sponsor şirkətlərin bəziləri Azərbaycanda insan hüquqlarının pozulması ilə əlaqədar narahatlıqlara məhəl qoymur?

London, 23 May 2012 – Bu şənbə, finalı Azərbaycanda olacaq Avroviziya Mahnı Müsabiqəsi davam etdikcə, tədbirə sponsorluq edən bəzi şirkətlər, Azərbaycanda insan hüquqlarının pozulması ilə əlaqədar narahatlığa reaksiya verməkdən imtina edirlər.

Business & Human Rights Resource Center (Biznes və İnsan Hüquqları Araşdırma Mərkəzi) Avroviziya 2012-nin rəsmi sponsoru və ya partnyoru olan (və ya milli nümayəndəliklərin sponsor və ya portnyoru olan) 7 şirkətlə əlaqə saxlayıb. Mərkəz hər bir şirkətə Avroviziya 2012-nin insan hüquqlarının pozulması ilə əlaqədar olan narahatlıçılığın güclü olduğu ölkədə, Azərbaycanda keçirilməsi üzrə fikirlərini öyrənməyə çalışıb.

Azərbaycan hökümətinin insan hüquqlarının geniş və sistematik pozulması halları illər boyu yerli hüquq müdafiyəçiləri, Amnesty İnternational və Human Rights Watch tərəfindən məruzə edilmişdir. Son zamanlar hesabatlarda qeyd edilir ki, Avroviziya keçirilən saraya yolun düzəldilməsi ilə əlaqədar insanlar evlərindən məcburən çıxarılıb və tədbirdən öncə “etirazçıların səsinin kəsilməsi” ilə əlaqədar qəsdlər edilib.

Avroviziya 2012-nin sponsorları olan aşağıdakı üç Azərbaycan şirkətindən insan hüquqlarının pozulması ilə əlaqədar məlumat ala bilmədik:

Azad Gənclik Rəsulzadəni andı, bayramı qeyd etdi

Novxanı qəsəbəsi, Rəsulzadənin heykəli
28. 05. 2012
28 may Azərbaycanın Müstəqillik Günüdür. Bu gün Azad Gənclik Təşkilatı müstəqilliyin banilərindən olan M. Ə. Rəsulzadənin Novxanı qəsəbəsindəki heykəlini ziyarət edib və müstəqilliyin ildönümünü qeyd edib. 
Hər bir vətəndaşın bayramını təbrik edir və demokratik respublikanın bərpa olunmasını arzu edirik! 

Friday, May 18, 2012

Xarici turistlərə gizli kameralarla bağlı müraciətimizə hotellərdən cavab

Arxiv

7 HOTELDƏN GİZLİ VİDEO CAVABI

Biznes və İnsan Haqları Resurs Mərkəzi Eurovision 2012 mahnı yarışı günlərində Bakıda fəaliyyət göstərən hotellərdə otaqlara gizli kameralar yerləşdirilməsi haqda iddiaları araşdırıb.

Bu ilin martında Azad Gənclik Təşkilatı Bakıya gələcək turistlərə müraciət edərək, onları hotel otaqlarında sekslə məşğul olmaqdan çəkinməyə çağırıb. Təşkilat qeyd edib ki, Azərbaycanda hökumət onu tənqid edənlərin qaldıqları yerlərə kamera quraşdırıb sonradan onları həmin videolarla təhdid edir.

Biznes və İnsan Haqları Resurs Mərkəzi Azərbaycanda fəaliyyət göstərən 7 böyük hotel şəbəkəsinə müraciət edərək onlardan bu mövzuda fikirlərini soruşub.

Sunday, May 13, 2012

"For a moment freedom" filminin nümayişi

"Kino Klubu" mayın 12-də Azad Fikir Universitetində növbəti nümayişini təşkil edib. Nümayiş olunan film İran əsilli Avstriya rejissoru Arash T.Riahinin "Bir an azadlıq üçün" (For a moment freedom) filmi olub.

İranda 1978-79-cu illərdə qurulan İslam Respublikasından qaçan 3 mühacir qrupun azadlıq mübarizəsindən bəhs edən film, real hadisələr əsasında çəkilib. Filmdə evli bir cütlüyün, Avstriyada valideynləri ilə görüşmək istəyən iki gənc dost və onların azyaşlı qohumlarının, son olaraq İrandakı həyata dözə bilməyib, Türkiyə sərhədlərini təhlükəli kürt bölgəsindən keçərək qaçmaqdan başqa çarələri olmayan iki kürdün hekayəsi əks olunub.
 
İran-İraq sərhədini keçərək Türkiyəyə gəlməyi bacaran bu mühacirlər burada viza almaqda problem yaşayır.

Sunday, May 6, 2012

Orxan A.Tanın təqdimatında "Balto" cizgi filmi || FOTO


“Kino Klubu” mayın 5-də VHP-nin akt zalında növbəti nümayişini təşkil edib.  Bu dəfəki nümayiş gənc aktyor Orxan A.Tanın təqdimatında  “Balto” cizgi filmi olub. 



Cizgi filmi real hadisələrə əsaslanan, Alyaskanın kiçik bir şəhərində xəstə uşaqları xilas etmək üçün dərman gətirən bir itdən bəhs edir. Belə ki, yarı qurd, yarı evcil köpək olan Balto, uşaqların həyatını təhdid edən amansız xəstəliyə qarşı öz dostları ilə mübarizəyə qalxır.


Baltonun dostları da özü kimi fərqlidir. Çünki onlar aid olduqları təbiəti inkar edərək Alyaskada yaşayırlar. Beləliklə, Balto və dostları şəraitin çətinliyinə baxmayaraq 600 millik yolu qət edərək xəstəliyin qarşısını almaq üçün lazım olan tibbi ləvazimatların gətirilməsini təmin edir və uşaqları xəstəlikdən xilas edirlər.

Tuesday, April 24, 2012

Mixail Saakaşviliyə müraciətlə bağlı mətbuat konfransı


Thursday, April 19, 2012

Gürcüstan prezidenti Mixail Saakaşviliyə müraciət / az / en /


Azad Gənclik Təşkilatının təşəbbüsü, təşkilatçılığı və müstəqil gənclər qurumlarının ("Müsbət Dəyişiklik" GH, "Nida" VH, "Dalğa" GH, "Gənclər Klubu" İB), siyasi partiya gənclər təşkilatlarının (AXCP GK, Müsavat GT, VHP GT), QHT-lərin (İnsan Hüquqları Klubu), yazarların, jurnalistlərin, incəsənət xadimlərinin, Azərbaycanda və xaricdə oxuyan tələbələrin, hüquqşunasların, həkimlərin, müəllimlərin, cəmiyyətin digər təbəqələrinin dəstəyi ilə yeni bir kampaniya başlayır. Kampaniyanın məqsədi Qafqazın mərkəzi, Gürcüstanın paytaxtı - Tiflisdə - Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Məhəmməd Əmin Rəsulzadənin heykəlinin ucaldılmasına nail olmaqdır. 


Bununçün ilk növbədə Gürcüstan prezidenti Mixail Sakaşviliyə müraciət hazırlandı. Müəyyən qədər imza toplanandan sonra müraciət Gürcüstan prezidentinə göndərildi. Həmçinin müraciət Mixail Sakaşvilinin saytından müraciət kimi göndərilir. Kampaniyanın növbəti mərhələləri Sakaşvilinin müraciətə cavabından sonra dəqiqləşəcək. 


Müraciətin mətni aşağıdakı kimidir:

Sunday, April 15, 2012

"Green Street Hooligans" filminin nümayişi

Aprelin 14-də Azad Gənclik Təşkilatının "Kino Klubu" növbəti film nümayişini təşkil edib. Lexi Alexanderin rejissorluğu ilə çəkilmiş "Green Street Hooligans" filmi təqdim edilib.



Filmdəki hadisələr Harvard Universitetində jurnalistika ixtisası üzrə təhsil alan Matt adlı tələbənin ətrafında cərayan edir. Belə ki, yanlış anlama səbəbilə oxuduğu universitetedən qovulan Matt İngiltərəyə bacısının yanına köçmək məcburiyyətində qalır. Burada o, qaynının "West Ham United" fanatı olan qardaşı - Ben ilə tanış olur. Futbol haqqında kiçikcik bir məlumatı belə olmamasına baxmayaraq qısa müddətdən sonra özünü "West Ham United" tərəfdar qrupu olan GSE-in ("Green Street Elite") içində tapır. Ben və yoldaşları ilə oyunlara getməyə və döyüşlərə qatılmağa başlayır. 

Saturday, March 24, 2012

"17 mart - Gələcək naminə" mitinqindən FOTO və VİDEOlar

"17 Mart - Gələcək naminə" gənclərin mitinqindən fotolar
Montaj AGT-yə məxsusdur

Friday, March 23, 2012

Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin 17 mart mitinqi ilə bağlı müraciəti

17 mart mitinqi

Gənclərin Hüquqlarını Müdafiə Komitəsi (GHMK) nəzərinizə çatdırmaq istəyir ki, gənclərin “17 mart – Gələcək naminə” mitinqindən sonra konsert zamanı baş verən kiçik insidentdə GHMK – ya daxil olan heç bir təşkilatın rolu yoxdur və baş verənlər “mülki geyimli” şəxslər tərəfindən həyata keçirilən təxribatdır.

GHMK hər kəsə çağırış edərək mitinqdəki hadisəyə görə komitəyə daxil olan ayrı-ayrı təşkilatların günahkar çıxarılmasına son qoymağa və mitinqin müsbət təbliğatı ilə məşğul olmağa səsləyir.

Wednesday, March 14, 2012

“Eurovision-2012” ilə bağlı turistlərə müraciətimiz / az/ en/ ru/ de/


Azad Gənclik
Təşkilatı
"Azərbaycan otellərində ehtiyyatlı olun, gizli kameralar ola bilər"



Hörmətli xarici ölkə vətəndaşları!

22-26 may 2012-ci ildə Azərbaycanın paytaxtı Bakıda “Eurovision-2012” mahnı müsabiqəsi keçiriləcək. Bununla bağlı ölkəmizin paytaxtına Avropa, Amerika, Asiya və digər qitələrdən minlərlə turistin gələcəyi gözlənilir. Biz Azərbaycan Respublikasında ictimai fəaliyyətlə məğul olan azad gənclər olaraq, turistləri ölkəmizə səfər etməzdən öncə avtoritar ölkələr üçün səciyyəvi olan bəzi ənənə və reallıqlar barədə məlumatlandırmaq istərdik.

Hörmətli turistlər!

Biz sizi xəbərdar edirik ki, Azərbaycan ifadə azadlığı, toplaşmaq və birləşmək hüquqularının kobud şəkildə pozulduğu, habelə azad hərəkət imkanlarının zəif təmin olunduğu ölkə olduğu üçün siyasi hakimiyyətin dövlətin bütün sosial-iqtisadi sahələri və cəmiyyət üzərində avtoritar nəzarəti mövcudur. Belə bir sahələrdən biri də biznes strukturları və ictimai-iaşə xidməti obyektləridir.