Haqqımızda

"Azad Gənclik" Təşkilatı 10 yanvar 2011-ci il tarixində bir qrup gənc tərəfindən yaradılıb. Təşkilatın əsas məqsədi gənclər arasında demokratik dəyərlərin təbliği, gənclərin ictimai fəallığının artırılması, maarifləndirilməsi və tələbələrin hüquqlarının müdafiə olunmasıdır. Təşkilat həmçinin, gənclərin sosial problemlərinin araşdırılması və qabardılması, təhsil sahəsində yeniliklərin təbliğ olunması istiqamətində fəaliyyət göstərir. Ümumilikdə, təşkilatın fəaliyyəti gəncliyin inkişafına yönələn tədbirlər həyata keçirməkdir. “Azad Gənclik” təşkilatı siyasi təşkilat deyil, lakin siyasi proseslərə qiymət verəcək. Təşkilat öz hədəflərinə çatmaq üçün ölkə gəncliyi, həmçinin yerli və beynəlxalq gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməyi qərara alıb.