Kampaniyalar


M.Ə. RƏsulzadənin Tiflisdə heykəlinin qoyulması ilə bağlı 



Azad Gənclik Təşkilatının təşəbbüsü, təşkilatçılığı və müstəqil gənclər qurumlarının ("Müsbət Dəyişiklik" GH, "Nida" VH, "Dalğa" GH, "Gənclər Klubu" İB), siyasi partiya gənclər təşkilatlarının (AXCP GK, Müsavat GT, VHP GT), QHT-lərin (İnsan Hüquqları Klubu), yazarların, jurnalistlərin, incəsənət xadimlərinin, Azərbaycanda və xaricdə oxuyan tələbələrin, hüquqşunasların, həkimlərin, müəllimlərin, cəmiyyətin digər təbəqələrinin dəstəyi ilə yeni bir kampaniya başlayır. Kampaniyanın məqsədi Qafqazın mərkəzi, Gürcüstanın paytaxtı - Tiflisdə - Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Məhəmməd Əmin Rəsulzadənin heykəlinin ucaldılmasına nail olmaqdır. 


Bununçün ilk növbədə Gürcüstan prezidenti Mixail Sakaşviliyə müraciət hazırlandı. Müəyyən qədər imza toplanandan sonra müraciət Gürcüstan prezidentinə göndərildi. Həmçinin müraciət Mixail Sakaşvilinin saytından müraciət kimi göndərilir. Kampaniyanın növbəti mərhələləri Sakaşvilinin müraciətə cavabından sonra dəqiqləşəcək. 

____________________________________________________
____________________________________________________


Twitterdə Cavab Verəcəm!

"Azad Gənclik" Təşkilatı twitter-də yeni kampaniyaya başlayır. Kampaniyanın adı “Twitter-də cavab verəcəm”dir və kampaniya çərçivəsində müxtəlif fəaliyyət formaları müəyyən edilib. Fəaliyyət formaları olaraq müsahibələr, video-roliklər, müsabiqələr, sorğular və s. tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Hələlik həftədə bir dəfə cəmiyyətdə tanınan, maraqla qarşılanan, sosial şəbəkə istifadəçilərindən müsahibələr götürüləcək. Müsahibə twitter-də əvvəlcədən elan edilmiş bir vaxtda canlı təşkil ediləcək. Twitter istifadəçiləri müsahibə canlı suallar verəcək və müsahib onlara canlı TWITTERDƏ CAVAB VERƏCƏK. Kampaniyanın məqsədi həm Azərbaycanda TWITTER-ə marağın artırılması, yeni istifadəçilərin cəlb edilməsi, bu trendin brendə çevrilməsi, həm də bu maraqlı müsahibə forması ilə insanların fikirlərinin yayılmasına yardımçı olmaqdır.