Monday, May 28, 2012

"Business & Human Rights Resource Center"-in növbəti araşdırması// Eurovision Song Contest sponsorlarına


Business & Human Rights
Resource Center
Müstəqil, Beynəlxalq qeyri-kommersiya təşkilatı

Press reliz


Avroviziya Mahnı Müsabiqəsi: Sponsor şirkətlərin bəziləri Azərbaycanda insan hüquqlarının pozulması ilə əlaqədar narahatlıqlara məhəl qoymur?

London, 23 May 2012 – Bu şənbə, finalı Azərbaycanda olacaq Avroviziya Mahnı Müsabiqəsi davam etdikcə, tədbirə sponsorluq edən bəzi şirkətlər, Azərbaycanda insan hüquqlarının pozulması ilə əlaqədar narahatlığa reaksiya verməkdən imtina edirlər.

Business & Human Rights Resource Center (Biznes və İnsan Hüquqları Araşdırma Mərkəzi) Avroviziya 2012-nin rəsmi sponsoru və ya partnyoru olan (və ya milli nümayəndəliklərin sponsor və ya portnyoru olan) 7 şirkətlə əlaqə saxlayıb. Mərkəz hər bir şirkətə Avroviziya 2012-nin insan hüquqlarının pozulması ilə əlaqədar olan narahatlıçılığın güclü olduğu ölkədə, Azərbaycanda keçirilməsi üzrə fikirlərini öyrənməyə çalışıb.

Azərbaycan hökümətinin insan hüquqlarının geniş və sistematik pozulması halları illər boyu yerli hüquq müdafiyəçiləri, Amnesty İnternational və Human Rights Watch tərəfindən məruzə edilmişdir. Son zamanlar hesabatlarda qeyd edilir ki, Avroviziya keçirilən saraya yolun düzəldilməsi ilə əlaqədar insanlar evlərindən məcburən çıxarılıb və tədbirdən öncə “etirazçıların səsinin kəsilməsi” ilə əlaqədar qəsdlər edilib.

Avroviziya 2012-nin sponsorları olan aşağıdakı üç Azərbaycan şirkətindən insan hüquqlarının pozulması ilə əlaqədar məlumat ala bilmədik:




  • Gilan Holding
  • Silk Way Airlines
  • Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)

“Əfsuslar olsun, göstərilən üç şirkət sponsorluq etdikləri Avroviziya ilə tam əlaqədar insan hüquqlarının pozulmasına münasibətini bildirmədilər – ümid edirik çox yaxında münasibət bildirərlər. Biz Birləşmiş Millətlər Təşkilatının Biznes və İnsan Hüquqları işçi qrupunu tezliklə bu məsələ üzrə hər bir şirkətin necə cavab verdiyi və ya vermədiyi haqda məlumatlandıracıyıq” - Daniel McMulan, Biznes və İnsan Hüquqları Məlumat mərkəzinin araşdırmacısı


·         Azercell, TeliaSonnera (İsveç) şirkətinin bir hissəsi – Azercell Avroviziya 2012-nin təqdimatçı partnyorudur.
·         Schwarzkopf, Henkel şirkətinin bir hissəsi (Almaniya)  - Schwarzkopf Avroviziya 2012-nin rəsmi sponsorudurə
·         Metro Sweden, Metro İntl. Şirkətinin bir hissəsi (İsveç) ­– Metro Sweden İsveçrəli iştirakçının rəsmi partnyoru/Sponsorudur.
·         MTN Cyprus (Kipr), MTN Groupun (Cənubi Afrika) hissəsi – MTN


Cyprus, Kiprlı iştirakçının sponsorudur.
Biznes və İnsan Hüquqları məlumat Mərkəzinin rəhbəri Christofer Averinin qeyd etdiyi kimi “Biz bu yeddi şirkətlə əlaqə saxladıq ki, onların, insan hüquqlarının pozulması hallarının geniş yayıldığı ölkələrdə belə tədbirlərə sponsorluq, iqtidar hökümətinə dəstək kimi qəbul edilməsinə münasibətlərini öyrənək. BMT-nin Biznes və İnsan hüquqlarının əsas prinsiplərində qeyd olunduğu kimi, şirkətlər öz fəaliyyətində bilavəsitə və ya dolayı olaraq insan hüquqlarını pozursa, bu faktları araşdırmalı və aradan qaldırmalıdır”.

Keçən həftə, Biznes və İnsan Hüquqları Məlumat mərkəzi Azərbaycan barəsində növbəti press relizi çap etdirdi: “Avroviziyamüsabiqəsi yaxınlaşdıqca, Azərbaycan otellerində gizli kameralar barədə narahatçılıq artır”. Marta Kasztelan, Biznes və İnsan Hüquqları Məlumat mərkəzinin araşdırmacısı. Biz Azərbaycanda otel sahibləri olan bir çox şirkətlə əlaqə saxlayıb, otel otaqlarına kameraların yerləşdirilməsi barədə məlumat istədik. Məlum olduğu kimi, belə hallar əvvəlcə də olub, kameralarla iqtidar hökümətin tənqidçilərinin və jurnalistlərin seksual xarakterli videoları şantaj vasitələri kimi istifadə edilib. Bunun qurbanlarından biri qeyd edib ki, Azərbaycanlara gələnlər bu otel otaqlarına qurulan kameralar barədə xəbərdar olmalıdırlar”. Otel Kompaniyaların hamısı müraciətimizə cavab verdilər. Onların cavabları ilə burda tanış ola bilərsiniz. (Azərbaycanca bu linkdən)
Əgər hər hansı bir təşkilat və ya şəxs bu məsələ üzrə və ya şirkət cavabdehliyi üzrə öz fikrini bildirmək istəyirsə, Məlumat Mərkəzi onların fikirlərini bu web səhifədə yerləşdirəcək. Əgər həmin fikirlərdə şirkətlər üzrə tənqid olarsa, Məlumat Mərkəzi şirkətləri bu tənqidə cavab verməyə çağıracaq.


Məlumat Mərkəzi haqqında
Biznes və İnsan Hüquqları Məlumat Mərkəzi müstəqil, qeyri-kommersiya təşkilatı olub, şəffaflığı təbliğ edərək şirkətlərə insan hüquqlarına hörmət etməyə çağırır. Bizim internet səhifəmizdə 5100 biznes şirkətinin insan hüquqları ilə əlaqədar məlumatları göstərilib (mənfi və müsbət), bu sahədə işləyən qeyri-hökumət təşkilatları üçün məlumat bazası var və istiqamətləndirici kimi fəaliyyət göstərir.

İnsan hüquqları üzrə narahatlıq vətəndaş cəmiyyəti tərəfindən qaldırıldıqda, təşkilatımız həmin narahatlıqlar üzrə şirkətləri cavabdehliyə çağırır və şirkətlərin cavabları da səhifəmizdə yerləşdirilir. Dünya üzrə ümumi cavab faizi 75%-dir. 2005-ci ildən bəri, mərkəzimiz müraciətlər üzrə şirkətlərin 1000 dən çox cavabını yerləşdirib. İndiyədək olan cavabların hamısını bu səhifədən tapa bilərsiniz. Qurbanlar və qeyri-hökümət təşkilatları bizə narahatçılıq suallarını qaldırdığımız üçün və şirkətlərdən cavab aldığımız üçün bizə minnətdarlıqlarını bildirirlər. Şirkətlər, vəziyyətə onların yanaşmasını tam təqdim etməyə imkan yaratdığımız üçün minnətdardılar. Bu prosses çox zaman reallıqda pozitiv dəyişikliklərə gətirir.

Meri Robinson, BMT-nin İnsan Hüquqları üzrə keçmiş Ali Komissarı və İrlandiyanın keşmiş prezidenti, Beynəlxalq Məsləhət mərkəzinin sədridir. Bizim həmkarlıq etdiyimiz partnyorlarımız 23 akademik təşkilatdan ibarətdir. Mərkəzin araşdırma mərkəzləri Kolumbiyada, Hong Konqda, Hindistanda, Urdunda, Kenyada, Livanda, Seneqalda, Cənubi Afrikada, Böyük Britaniyada, Ukraynada və ABŞ-da yerləşir.
Əlavə məlumatları Bizim haqda linkindən tapa bilərsiniz.

Bu press reliz barəsində əlavə məlumatlar üçün, əlaqə saxlayın:

Christofer Averi, Bussines və İnsan Hüquqları məlumat Mərkəzinin rəhbəri (London)
+44 20 7636 7774

Annabel Short, proqram direktoru, Bussines və İnsan Hüquqları məlumat Mərkəzi (Nyu-York)
+1 212 564 9160