Tuesday, January 31, 2012

Gənclər M. Ə. Rəsulzadənin doğum gününü qeyd etdi // FOTOLAR

31 yanvar 2012-ci il Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 128-ci ad günüdür. Bu münasibətlə gənclər təşkilatlarının birləşdiyi Gənclərin Hüquqlarının Müdafiə Komitəsi Novxanıda Rəsulzadənin heykəlini ziyarət ediblər. 
Gənclər kəndin girişindən Rəsulzadənin heykəlinə qədər yürüş edib və  doğum günü tədbirinə qoşulublar. 

Monday, January 23, 2012

"Bakı – açıq luklar, bakirə qızlar" || Camal Əli

“Twitterdə cavab verəcəm”in son qonağı "Bulistan Group"un üzvü, musiqiçi Camal Əli olub. Camal TWITTER sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırıb. Sual-cavabın redaktə olunmuş formasını sizə təqdim edirik.

“Meteroid zərbəsindən ölmək istəyirəm”

“Lotoreya oynamışıq, udub təzə kinolar çəkəcəyik”

“Axırıncı dəfə aşuranı gördüm ...”

"Qurub dağıdıb, təzəsini qurmağı. Sonra yenə…"

“Bruce Lee döyər, dəqiq”

Sunday, January 22, 2012

AGT gənclərinin müsahibəsi

Ötən həftə Azad Gənclik Təşkilatının fəalları mətbuata açıqlamalar veriblər. Müsahibələri təqdim edirik.
Təbriz Önər - Foto: Ayxan Tan
2012-ci ilə diktatura qətiyyən yaraşmır

Cəmiyyətin fəal kəsimi gənclərdir. Bu gün onlar ön sıradadır. Az da olsa keçirilən kütləvi aksiyalarda məhz gəncliyin səsi daha gur gəlməyə başlayıb. Son illər onlar bir-birindən maraqlı, cəmiyyət üçün yeni olan aksiyalarla yadda qalıb. Indi gənclik təşkilatlanmış formada mübarizəyə daha çox üstünlük verir. Bu gün Azərbaycanda fəaliyyət göstərən belə təşkilatlardan biri də Azad Gənclik Təşkilatıdır. Bu təşkilatın fəallarından biri - Təbriz Önərlə gənclərin fəaliyyətinə işıq salmağa çalışdıq.

- Təbriz, Azad Gənclik Təşkilatının 1 illiyi münasibəti ilə sizi təbrik edir, yeni uğurlar arzulayıram. Bu bir il ərzində nə işlə məşğul olmusunuz?

Rusiyanın incəsənət anarxistləri özlərindən bəhs edirlər || FOTO - VİDEO

Artist Banksinin yeni dostlar həbsxanadan danışırlar
Dünyaca məşhur küçə rəssamı, artist Banksi 2010-cu ildə çap satışlarından əldə ediləcək gəlirinin hamısını Rusiyanın anarxist incəsənət qrupu Voina”ya hədiyyə edəcəyini bildirmişdi. “Voina” aktivistləri St. Peterburqda yerləşən keçmiş KQB binası ilə üzbəüz körpüyə nəhəng penis şəkli çəkmişdilər. Bu da azmış kimi Voina muzeydə “sex party” də təşkil edə bilib.

“Voina” radikal incəsənət qrupudur. Öz ifrat və təhrikedici işləri ilə Rusiyada homofobiya, irqçilik, dövlətdəki totalitarizmə diqqəti cəlb etmək niyyətindədirlər. Qrupun iki üzvü - Oleq Vorotnikov və Leonid Nikolayev saxta ittihamlarla Peterburq həbsxanasında saxlanılırlar. 

Sunday, January 15, 2012

Gənc yazar və bloqqerlər üçün məsləhətlər

Şahvələd Çobanoğlu / Montaj - AGT
Foto: Abbas Atilay
Necə yazmalı?

Şahvələd Çobanoğlu

Mən növbəti dəfə qəzetə rəhbərlik etdikdə vəzifəmi baş redaktor yox, başlıq redaktoru adlandıracağam. Çünki işdə bununla çox məşğul oluram.
Azərbaycan jurnalistikasında başlıqlarla bağlı çox əməyim olub.

Bu gün böyük əksəriyyət yaxşı başlıq qoyur. Amma nədəsə aldanırlar (adlarda aldananlar! - belə başlıqlar da olur). Təsəvvür edin ki, siz mənimlə müsahibə götürmüsünüz.

Mən sizə əsas işimin başlıq qoymaqdan ibarət olduğunu danışıram. Siz də yazını belə adlandırırsınız: “Başlıq redaktoru”.

Putinin qorxunc röyası - Aleksey Navalnı

Aleksey Navalni /Foto: navalny.ru
Putini həbs etdirmək istəyən bloqqer, hüquqşunas

Rusiyada avtoritarizmə qarşı başlanan etiraz dalğasının hərəkətverici qüvvəsinə çevrilən 34 yaşlı bloger Aleksey Navalnıdan bəhs edən Avropanın aparıcı nəşrlərindən biri hələ bir il əvvəl onu "Putinin qorxunc röyası" adlandırıb. Dünyanın ən böyük dövlətlərindən biri üzərində özünün qeyri-rəsmi imperatorluğunu qurmuş, cəmiyyəti süst kütləyə çevirmiş bir avtoritar lider üçün bir blogerin qorxulu olacağına o zaman inanmaq çətin idi. Amma müsəlman dünyasının ən böyük ölkələrindən biri olan Misirdə general Hüsnü Mübarəkin 32 illik diktaturasına son qoyan inqilabın hazırlanmasında və idarə olunmasında blogerlərin xüsusi rolu məlum olduqdan sonra, Navalnının və yaxud başqasının bir gün Putin üçün qorxunc röyaya çevriləcəyi günün uzaqda olmadığı gözlənilən idi. 

Korrupsiyaya qarşı mübarizəyə maneə olan miflər

Nə üçün korrupsiya bəzi ölkələrdə sosial-ictimai münasibətlərin bir hissəsinə çevrilir, lakin digər ölkələrdə isə heç mövcud da deyil?


FORBES / MARK LEVİN

Nə üçün korrupsiya bəzi ölkələrdə sosial-ictimai münasibətlərin bir hissəsinə çevrilir, lakin digər ölkələrdə isə heç mövcud da deyil? İqtisad elmi artıq neçə vaxtdır ki korrupsiyanını təbiətinə dair suallara cavab axtarır. Lakin Rusiyadakı mif və steriotiplər cəmiyyətə bu problemi düzgün qiymətləndirməyə imkan vermir. Onlardan ən əsası da odur ki, biz korrupsiya haqqında çox şeyi başa düşürük. Bu mövzu ilə 1996-cı ildən məşğul olan biri kimi deyə bilərəm ki, korrupsiyanın yaranma səbələri öz kökünü müxtəlif sahələrdən götürür. Korrupsiya – özündə dövlət idarəçiliyi keyfiyyətlərini, milli ənənələri, norma və mənəviyyatı əks etdirən mürəkkəb fenomendir. Elə buna görə də müxtəlif ölkələrdə korrupsiya ilə mübarizədə eyni metodlardan istifadə etmək qeyri-mümkündür. Bu antibiotiklərin müxtəlif xəstəliklər ilə mübarizəsi kimidir. Steriotiplərə müqavimət göstərmək vacibdir.

Wednesday, January 11, 2012

1 yaşımızla bağlı açıqlamamız // VİDEO

Bu gün – 10 yanvar 2012-ci il “Azad Gənclik” Təşkilatının yaranmasından 1 il keçir. Bu müddət ərzində təşkilat bir sıra tədbirlər - flaşmoblar, aksiyalar, mühazirələr, kitab müzakirələri təşkil edib, videoroliklər çəkib, ictimai sorğular keçirib. Təşkilat bu tədbirlərlə müəyyən qədər gənclərin ictimai aktivliyinin artırılmasına nail olub, cəmiyyətdəki bəzi problemlərə diqqəti cəlb etməyə çalışıb. Həmçinin ölkədəki bərbad təhsilin hökm sürdüyü bir mühitdə gənclər arasında vacib hesab olunan maarifləndirmə işini davam etdirib.

Wednesday, January 4, 2012

İranda qadağan olunmuş filmin nümayişi - FOTO

2011-ci ildə "Azad Gənclik" Təşkilatı son tədbirini həyata keçirib. Dekabrın ayının 29-da  "Kino Klubu" növbəti film nümayişini təşkil edib. Bəstəkar Firudin Allahverdinin təqdimatında "Persepolis" filmi nümayiş olunub. Fransız İnstitutunda təşkil olunan tədbirdə  əvvəl Firudin Allahverdi 1978-79-cu illər İran inqilabı ilə bağlı kiçik məruzə edib, film nümayişindən sonra müzakirə olub. 

İran İnqilabi zamanı - 1978-79-cu illərdə və ondan sonrakı dövrdə baş verən hadisələrdən bəhs edən "Persepolis" animasiya filmidir. 2007-ci ildə İran əsilli Fransa vətəndaşı Marjane Satrapi və Vincent Paronnaud tərəfindən çəkilən film Fransa və ABŞ-ın birgə istehsalıdır. Film ilk dəfə 2007-ci ilin dekabrnda ABŞ-da nümayiş olunub. 

"Persepolis" 2007-ci ildə "Kann Film Festivali"nda xüsusi mükafata, sonra isə Oskarın "Ən yaxşı animasiya filmi" naminasiyasına layiq görülüb. 
Xatırladaq ki, filmin İran İslam Respublikasında nümayişi qadağandır.