Tuesday, January 31, 2012

Gənclər M. Ə. Rəsulzadənin doğum gününü qeyd etdi // FOTOLAR

31 yanvar 2012-ci il Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 128-ci ad günüdür. Bu münasibətlə gənclər təşkilatlarının birləşdiyi Gənclərin Hüquqlarının Müdafiə Komitəsi Novxanıda Rəsulzadənin heykəlini ziyarət ediblər. 
Gənclər kəndin girişindən Rəsulzadənin heykəlinə qədər yürüş edib və  doğum günü tədbirinə qoşulublar. 


Qeyd edək ki, GHMK-ya aşağıdakı təşkilatlar daxildir:
Azad Gənclik Təşkilatı
Müsbət Dəyişiklik Gənclər Hərəkatı
AXCP Gənclər Komitəsi
Müsavat Gənclər Təşkilatı
İnsan Hüquqları Klubu
Dalğa Gənclər Hərəkatı
Nida Vətəndaş Hərəkatı
VHP Gənclər Təşkilatı
ADP Gənclər Təşkilatı
Ümid Partiyası Gənclər Təşkilatı


Tədbirdən şəkillərı tədqim edirik. 

FOTO by Mehman Huseynov (c) IRFS