Monday, October 31, 2011

Rus dissidenti, Nobel mükafatçısı, anti-sovet yazıçısı, Soljenitsın haqqında

Aleksandr Soljenitsın
Nobeldən imtina etmiş yazıçı

Z. Freyd yazırdı: “Əqlin səsi gur deyil, lakin inadkardır və o eşidilməyənəcən susmaz”. Yazıçı və tarixçi Aleksandr İsayevic Soljenitsının qanlı sovet gerçəkliyini ifşa edən asta, lakin bir an da səngiməyən səsinə bütün dünya beləcə qulaq kəsilmişdi.

Soljenitsın 1918-ci ildə Kislovodskda varlı kazak ailəsində doğulub. Rostov Universitetinin riyaziyyat fakültəsini bitirdikdən sonra orta məktəbdə riyaziyyat və astronomiya fənlərindən dərs deyib, eyni zamanda qiyabi olaraq Moskva Universitetinin ədəbiyyat kursunu başa vurub. Muharibənin başlanması ilə Soljenitsın cəbhəyə yollanır, orada artilleriya kapitanı rütbəsinə çatır.

Thursday, October 27, 2011

Gənclərdən Türkiyəyə dəstək aksiyası || FOTO

Azərbaycanda fəaliyyət göstərən bir neçə gənclər təşkilatı oktyabrın 26-da Türkiyə səfirliyi önündə bu ölkəyə dəstək aksiyası keçirib. Aksiyanın təşəbbüskarı AXCP Gənclər Komitəsi olub.

AXCP, Müsavat, Azad Gənclik, VHP, ADP, NİDA və başqa gənclər təşkilatlarının aktiv fəalları səfirliyin önündəki Atatürk parkına yığışaraq son günlər Türkiyədə baş verən PKK terrorunu lənətlədiklərini bildiriblər. Gənclər hər zaman qardaş ölkənin yanında olacaqlarını və ona dəstək verəcəklərini qeyd ediblər.

Tuesday, October 18, 2011

"Enemy at the gates" filminin nümayişi || FOTO

"Kino Klubu"nda film nümayişləri davam edir. Bu həftə təqdim edilən film fransız rejissoru Jean-Jacques Annaud tərəfindən çəkilən "Qapıdakı düşmən" (Enemy at the Gates) filmidir. 


Oktyabrın 16-da "Kino Klubu" 2001-ci ildə çəkilmiş və  II Dünya Müharibəsi zamanı Stalinqrad döyüşündə iki düşmən syanperdən bəhs edən filmin nümayişi keçirib. Film Stalinqrad döyüşü zamanı şöhrəti hər yana yayılmış rus snayperi Vassili Zaitsevin qəhrəmanlığından bəhs edir. Düşmənlərini səssizcə aradan götürən Vasili qısa müddət sonra bu şöhrətinə görə özünü nasistlərin ən yaxşı snayperi olan mayor Koniq ilə döyüş meydanında görür. Filmdə həmçinin digər sovet hərbçisi Danilovun Vasilinin qəhrəmanlığından necə propoqanda vasitəsi kimi istifadə etdiyini və rus ordusunun əhvalını qaldırdığını göstərir. 

"Kino Klubu"nun film nümayişləri Vətəndaş Həmrəyliyi Partiyasının akt zalında təşkil edilir. 
Yer üçün VHP-yə təşəkkürümüzü bildiririk! 

Monday, October 17, 2011

Gənclər rəssam Toranın sərgisinə gedib || FOTO

Oktyabrın 7-də saat 18:00-da “Kichik GalArt” sərgi salonunda yeni nəsil rəssamlardan olan TORAnın sərgisi açılıb. 
  
"Azad Gənclik" Təşkilatının üzvləri 15 oktyabrda sərgidə iştirak edib, gənc rəssamın əsərləri ilə tanış olublar. Həmçinin rəssamla yaradıcılığı ilə bağlı söhbət etmək imkanı əldə ediblər. 

Qeyd edək ki, 

Tuesday, October 11, 2011

"Kino Klubu" Əli Əkbərin təqdimatında "Pis tərbiyə" filminin nümayişini keçirib || FOTO

Yazıçı Əli Əkbər
"Kino  Klubu"nun film nümayişləri davam edir. Bu dəfə ki film nümayişi fərqli formatda təşkil edilib.  Filmdən əvvəl filmlə bağlı məruzə olub, sonra nümayiş və diskussiya.

Oktyabrın 8-də "Kino Klubu" dünyaca məhşur ispan rejissoru Pedro ALMODOVARın "Pis tərbiyə" filminin nümayişini təşkil edib. Filmdən əvvəl yazıçı Əli Əkbər Almodovar və onun "Pis tərbiyə" filmi ilə bağlı məruzə edib.


“Pis tərbiyə” filmi 60-cı 80-ci illərdə kilsədə təhsil alan şagird İqnasionun həyatı haqqındadır. Film həmçinin İqnasioya ona təcavüz edən rahip Manolodan, məktəb illərində bu uşağın vurulduğu və qarşılıq gördüyü eşqin rahip tərəfindən hiss edilməsi ilə dini məktəbdən qovulan sinif yoldaşı Enrikedən və eyni zamanda İqnasionun həyatının belə gedişatından təsirlənən ailəsindən bəhs edir. Dolayısıyla pedofiliya və homoseksualimzdən bəhs edən bu film məhşur ispan rejissoru Pedro Almodovar tərəfindən 2004-cü ildə çəkilib.

Sunday, October 9, 2011

AFİŞA: Almodovarın "Pis tərbiyə" filmi Əli Əkbərin təqdimatında

"Kino Klubu" fərqli formada film nümayişlərinə başlayır. Tədbirlərdə hansısa bir filmlə (hadisə, mövzu) bağlı bir nəfər ekspertin dəvət ediləcək. Ekspert mövzu ilə bağlı məruzə edəcək, sonra filmin nümayişi və nümayişdən sonra isə müzakirələr olacaq. 

Thursday, October 6, 2011

“Azad Gənclik” Təşkilatının ordudakı vəziyyətlə bağlı BƏYANATI


2011-ci ilin 10-cu ayında Azərbaycan ordusunda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 73-ə çatıb. 2001-ci ildən ordumuzda bu qədər əsgər ölümü olmayıb. Azərbaycan hakimiyyəti hər il hərbi büdcəni artırır və bu artımla fəxr edir. Hərbi büdcə artdıqca orduda ölən əsgərlərin sayı da artır. Son zamanlar tək ölüm hadisələri yox, orduda özbaşınalıq hadisələri də dəətli dərəcədə artıb. Bu hadisələrə görə Müdafiə Nazirliyi heç bir məntiqli, ciddi açıqlama vermir və məsuliyyəti öz üstündən atır.

 Son əsgər ölümlərindən olan hadisə isə dəətli idi. Əsgər Eldar Novruzovun hərbi xidməti başa vurub qayıtmağına günlər qalmışdı. Lakin məlum hadisələrdən sonra əsgərin Türkiyəyə göndərilməsinin gecikdirilməsi onun ölümü ilə nəticələndi. Hətta Türkiyəyə göndərilməsi qərarı veriləndən sonra Eldar Novruzova iynə vurulması və bundan qısa bir müddət sonra əsgərin ölməsi də şübhəli məsələ olaraq qalır. Buna görə də Mərkəzi Hərbi Klinik Hospitalının rəhbərliyi və həkimləri məsuliyyət daşıyır.