Saturday, October 20, 2012

"Cəhənnəm iztirabları" hekayələr kitabı çapdan çıxıb

"Azad Gənclik" Təşkilatı yazıçı Seymur Baycanla birgə "Cəhənnəm iztirabları" hekayələr kitabı çap etdirib. 

Oktyabrın 21-i, bazar günü saat 15:00 da Vətəndaş Həmrəyliyi Partiyasının akt zalında hekayələr kitabının təqdimat mərasimi olacaq. 


”Cəhənnəm iztirabları” hekayələr kitabı “Azad Gənclik” Təşkilatı tərəfindən hazırlanıb. Kitabda yapon, rus, fransız, italyan, azərbaycanlı, norveç və serb yazıçılarının müxtəlif dövrlərdə yazdıqları 20 hekayə yer alır.



Tədbirdə hekayələrlə və ümumiyyətlə kitabla bağlı Şahvələd Çobanoğlu, Zamin Hacı, Elnur Astanbəyli və Seymur Baycan  təqdimat edəcəklər.

Təqdimat zamanı kitabı 4 manata əldə edə bilərsiniz. 

«Cəhənnəm İztirabları» hekayələr kitabını aşağıda göstərilmiş ünvanlardan əldə etmək olar

Akademiya Kitab Mərkəzi - Əziz Əliyev 13, Bakı;
"Rebus" dəftərxana ləvazimatları mağazası - Bakı,Yasamal,Hüseyn Cavid,28 (Elmlər akademiyası metrosunun çıxışı ilə üzbəüz);

Iceri seher kitab evi. Elman dayı;
Azerbaycan Respublikasi Prezident Işlər Idarəsinin Kitab evi;
Semed Vurğun parkı yaxınlığında, yolun 
vağzal olan hissəsində;
Elmlər akademiyası metrosunun girişi.

Sumqayıt şəhərində
Bazarın yaxınlığındakı Kitab Evi;
Diamed və Pinoner arasındakı Kitab evi.

Əlaqə üçün:
055 284 38 28 – Vəfa
050 410 34 45 – Ulduz
055 296 54 33 – Ülvi