Tuesday, October 23, 2012

"Azad Gənclik" Təşkilatının 20 oktyabr aksiyası ilə bağlı bəyanatı


Oktyabrın 20-sində bir qrup fəal gənc şəhərin mərkəzində parlamentin buraxılması tələbi ilə aksiya keçirmişdir. Sərbəst toplaşmaq haqqında qanunun müvafiq bəndlərinə uyğun olaraq aksiyanın təşkil olunacağı Bakı Şəhər İcra Hakimiyyətinə bildirilsə də, meriya bu dəfə də qanunsuz olaraq aksiyanın keçirilməsi barədə müraciətə mənfi cavab vermişdir.

Konstitusion hüquqlarından istifadə edən iştirakçılara, xüsusən gənclərə və qadlnlara qarşı aksiya müddətində polis sərt müdaxilə etmiş, aksiya iştirakçıları hüquq mühafizə orqanları əməkdaşlarının zorakılığına məruz qalmışlar. Qanunsuz həbs olunanlar arasında Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli (7), NİDA Vətəndaş Hərəkatının İH üzvü Turqut Qəmbər (7), AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı (8), Müsavat partiyası GK-nın sədri Tural Abbaslı (10), Dəyanət Babayev (7) da olmuş, məhkəmənin qərarı ilə inzibati həbs cəzasına məhkum olunmuşlar.

Azad Gənclik Təşkilatı olaraq sədr Ülvi Həsənlinin, eləcə də digər fəal gənclərə qarşı zorakılıqları və onların həbsini Azərbaycanda sərbəst toplaşmaq azadlığından əlavə ifadə azadlığına zidd hərəkət olduğunu ictimaiyyətin nəzərinə çatdırır, həbs olunanların tezliklə azad edilməsini tələb edir, eləcə də beynəlxalq ictimaiyyətdən vətəndaşların konstutision hüquqlarına hörmət edilməməsini qınamağa çağırırıq.



_________________________________________________________________


The statement of the Free Youth Organization about the 20th october protest action

On 20th October,  a group of young activists held a protest action in the center of the city demanding the release of the parliament. Although The Executive Authority of Baku City was informed that protest action will be held in accordance with the relevant provisions of the Law on Freedom of Assembly, mayor  illegally gave the negative response to the request.
The Participants, especially the young people and women subjected to violence by the law enforcement officers. Among the illegally arrested young activists there is the chairman of the Free Youth Organization Ulvi Hasanli, the board member of NIDA Citizen Action Turgut Gambar, the chairman of the Youth Committee of the Popular Front Party Abulfaz Gurbanli, the chairman of the Youth Committee of the Musavat Party Tural Abbasli and Dayanat Babayev. According to the decision of the court Ulvi Hasanli was sentenced to  7, Turgut Gambar to 7, Abulfaz Gurbanli to 8, Tural Abbasli to 10, and Dayanat Babayev 7 days in prison.

From the name of the Free Youth Organization we bring to the public attention that the violence against the Ulvi Hasanli and other young activists and their detention is contrary to the freedom of assembly and the freedom of expression, require the immediate release of them and call international community to condemn the violation of the constitutional rights of the citizens.