Thursday, October 6, 2011

“Azad Gənclik” Təşkilatının ordudakı vəziyyətlə bağlı BƏYANATI


2011-ci ilin 10-cu ayında Azərbaycan ordusunda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 73-ə çatıb. 2001-ci ildən ordumuzda bu qədər əsgər ölümü olmayıb. Azərbaycan hakimiyyəti hər il hərbi büdcəni artırır və bu artımla fəxr edir. Hərbi büdcə artdıqca orduda ölən əsgərlərin sayı da artır. Son zamanlar tək ölüm hadisələri yox, orduda özbaşınalıq hadisələri də dəətli dərəcədə artıb. Bu hadisələrə görə Müdafiə Nazirliyi heç bir məntiqli, ciddi açıqlama vermir və məsuliyyəti öz üstündən atır.

 Son əsgər ölümlərindən olan hadisə isə dəətli idi. Əsgər Eldar Novruzovun hərbi xidməti başa vurub qayıtmağına günlər qalmışdı. Lakin məlum hadisələrdən sonra əsgərin Türkiyəyə göndərilməsinin gecikdirilməsi onun ölümü ilə nəticələndi. Hətta Türkiyəyə göndərilməsi qərarı veriləndən sonra Eldar Novruzova iynə vurulması və bundan qısa bir müddət sonra əsgərin ölməsi də şübhəli məsələ olaraq qalır. Buna görə də Mərkəzi Hərbi Klinik Hospitalının rəhbərliyi və həkimləri məsuliyyət daşıyır.

Əsgərin ailəsinin bir neçə gün əvvəl prezidentə və müdafiə nazirinə müraciəti cavabsız qalıb. Bu müraciətlərə vaxtında cavab verilsəydi, əsgərin həyatı xilas edilə bilərdi. Bu hərəkətləri ilə də ordu və ölkə rəhbərliyi bir daha vətəndaşlarına nə dərəcədə əhəmiyyət verdiyini göstərdi.

Oktyabrın 5-də isə daha 2 əsgərimizi itirdik. 20 yaşlı Novruz Əliyev və müddətdən artıq xidmət edən hərbi qulluqçu 22 yaşlı Süleyman Əsgərov həlak olublar. Bununla da bu il ərzində həlak olan əsgərlərimizin say 75-ə çatıb. Artıq insanların beynində ordu əsgər ölümü ilə assosasiya olur. Valideynlər övladlarını əsgərliyə ümidsizcəsinə göndərir və hər an övladlarını itirə biləcəkləri hissi ilə yaşayırlar.

“Azad Gənclik” Təşkilatı olaraq biz ordudakı özbaşınalığı, “dedovşina”nı, ordu rəhbərliyinin məsuliyyətsizliyini pisləyirik. Bizi orduda gənc əsgərlərin ölməsi, yaralanması, cəmiyyətdə orduya olan inamsızlığın artması, münasibətin pisləşməsi bizi narahat edir. Səlahiyyətli şəxsləri bu problemlərin həllinə və görüntüdə hərbi büdcənin şişirdilib büdcənin dağıdılmasının qarşısını almağa çağırırıq. Həmçinin prezidentdən  Qarabağ probleminin tezliklə həll edilməsini, günahsız insanların, xüsusilə də gənclərin həlak olmalarınının qarşısının alınmasını tələb edirik.