Thursday, October 27, 2011

Gənclərdən Türkiyəyə dəstək aksiyası || FOTO

Azərbaycanda fəaliyyət göstərən bir neçə gənclər təşkilatı oktyabrın 26-da Türkiyə səfirliyi önündə bu ölkəyə dəstək aksiyası keçirib. Aksiyanın təşəbbüskarı AXCP Gənclər Komitəsi olub.

AXCP, Müsavat, Azad Gənclik, VHP, ADP, NİDA və başqa gənclər təşkilatlarının aktiv fəalları səfirliyin önündəki Atatürk parkına yığışaraq son günlər Türkiyədə baş verən PKK terrorunu lənətlədiklərini bildiriblər. Gənclər hər zaman qardaş ölkənin yanında olacaqlarını və ona dəstək verəcəklərini qeyd ediblər.
Gənclər əllərində Azərbaycan və Türkiyə bayraqlarını, Atatürkün rəsmlərini tutublar. Polis aksiyaya müdaxilə etməyib.