![]() |
Underground |
Noyabrın 13-də Azad Gənclik Təşkilatının "Kino Klubu" növbəti film nümayişi təşkil edib. Gənc bəstəkar Firudin Allahverdinin təklifi və təddimatında məhşur serb rejissor Emir Kusturicanın "Underground" filmi nümayiş olunub. Filmdən əvvəl Firudin Allahverdi rejissorla, filmdəki hadisələrlə bağlı qısa məruzə edib.
Filmdəki hadisələr 1941-ci il Belqradda başlayır. Marko və Blanky adında iki əyləncəli həyat keçirən dost aktrisa olan bir qadına aşiq olurlar. Ancaq almanların Belqradı işğal etməsi bu günlərə son qoyur. Faşistlərə qarşı müdafiə olunmalarında razılaşan Marko və Blanky gizli silah istehsal etməyə qərar verirlər. Blanky və dostları yeraltında silah istehsal edəcək, Marko isə yuxarıda müharibənin gedişatını izləyəcək və bu silahları ehtiyacı olan müdafiəçilərə çatdıracaq. Ancaq yeraltını bir müddət sonra Marko şəxsi məqsədləri üçün istifadə etdiyi bir hala gətirir. Müharibənin çoxdan qurtarmasına baxmayaraq, yeraltında işləyən insanları gələcəkdə tamam başqa həyat gözləyir. Film II dünya müharibəsindən sonra 90-ci illərdəki Yuqoslaviyadakı hadisələrlə davam edir.
Musiqi: Goran Bregovic
Filmin janrı: Komediya, dram
Orijinal adı : Underground
İstehsalçı şirkət: Barrandov Studios
İstehsal ili: 1995
İstehsal edən ölkələr: Fransa, Yuqoslaviya, Almaniya
Orijinal dili : ingilizcə, serbcə, almanca, fransızca
Filmin müddəti: 167 dəqiqə
Filmin janrı: Komediya, dram
Orijinal adı : Underground
İstehsalçı şirkət: Barrandov Studios
İstehsal ili: 1995
İstehsal edən ölkələr: Fransa, Yuqoslaviya, Almaniya
Orijinal dili : ingilizcə, serbcə, almanca, fransızca
Filmin müddəti: 167 dəqiqə