Monday, March 12, 2012

Mühazirə: "İslam və müasirlik: paradokslar və çıxış yolları" || FOTO

Əli Əkbər


Martın 11-i Azad Gənclik Təşkilatı VHP-nin akt zalında yazıçı, publisist Əli Əkbərin "İslam və müasirlik: paradokslar və çıxış yolları" mövzusunda mühazirəsini təşkil edib. 

Tədbirdə Əli Əkbər Məhəmməd peyğəmbərin peyğəmbərlikdən əvvəl və peyğəmbərlik dövrü, Xilafət dövrü, Xəlifələrin seçilmələri, idarəçilikləri, Xristian dinindəki reformalar, İslamdaki məzhəblər və muasir İslam filosofları ilə bağlı mühazirə deyib. Məruzədən sonra tədbirin müzakirələr hissəsi olub ve iştirakçilar fikir bildirib, lektora suallarını veriblər. Tədbirdə əsasən tələbələr, Azərbaycanın ictimai-siyasi sferasında tanınmış gənclər iştirak ediblər.