Sunday, January 22, 2012

Rusiyanın incəsənət anarxistləri özlərindən bəhs edirlər || FOTO - VİDEO

Artist Banksinin yeni dostlar həbsxanadan danışırlar
Dünyaca məşhur küçə rəssamı, artist Banksi 2010-cu ildə çap satışlarından əldə ediləcək gəlirinin hamısını Rusiyanın anarxist incəsənət qrupu Voina”ya hədiyyə edəcəyini bildirmişdi. “Voina” aktivistləri St. Peterburqda yerləşən keçmiş KQB binası ilə üzbəüz körpüyə nəhəng penis şəkli çəkmişdilər. Bu da azmış kimi Voina muzeydə “sex party” də təşkil edə bilib.

“Voina” radikal incəsənət qrupudur. Öz ifrat və təhrikedici işləri ilə Rusiyada homofobiya, irqçilik, dövlətdəki totalitarizmə diqqəti cəlb etmək niyyətindədirlər. Qrupun iki üzvü - Oleq Vorotnikov və Leonid Nikolayev saxta ittihamlarla Peterburq həbsxanasında saxlanılırlar. 


Oleq VorotnikovLeonid Nikolayev müsahibə üçün onlara göndərilən suallara həbsxanadan cavab yazıblar. Həbsxanada olan qrup üzvləri bundan əvvəlki nümayişlərinə görə xuliqanlıqda ittiham olunurlar. “Voina”nın digər üzvləri - Aleksandr Plutser-Sarno Natila Sokol həbsxanada olan dostlarının cavablarını polisdən gizləndikləri gizli mənzildən mətbuata çıxara biliblər.

- Özünüzü təqdim edərək qrupun strukturu haqqında danışa bilərsinizmi?

Aleksandr Plutser-Sarno: Qrupun strukturunun mərkəzində dayanan Oleq Vorotnikov və Leonid Nikolayev hal- hazırda St.Peterburq həbsxanasının keçilməz divarları arxasındadırlar və tədricən “yox olmaqdadırlar”. Siz anlamalısınız ki, Rusiya həbsxanaları bir cəhənnəmdir. Qrupun fəaliyyətini saxlamaq üçün Natalia Sokol qrupun koordinasiya işləri ilə məşğuldur. Mən mətnlərin yazılması və fəaliyyət planının hazırlanması ilə məşğul oluram. Gördüyümüz işlər mənim bloqumda yayımlanır. Qrupumuzda çox vacib işlər görən başqa aktivistlər də var, amma onlar adlarının çəkilməsini istəmirlər. Yoxsa onlar vəhşi hökümət qüvvələri tərəfindən həbs edilə bilərlər.
Natalia Sokol: Qrupun strukturunun təməli aktivistlərin bərabər hüquqları üzərində qurulub və qrupun sərhədləri yeni aktivistlərə də açıqdır. Bizim qrup anarxist incəsənət “pank” dəstəsidir.


- Qrupun özünəməxsus fəlsəfəsi nədən ibarətidir?

Aleksandr Plutser-Sarno: Qrupun hər bir üzvünün özünə xas bir fəlsəfəsi var. Siyasi baxımdan biz əlbəttə ki, anarxistlərə, sosialistlərə və ümümilikdə radikal sola rəğbət bəsləyirik. Amma hər şeydən əvvəl bizim aktyorlarımız siyasətçi və ya filosof deyillər. Biz öz aktyorluq metodlarımızdan istifadə edərək köhnəlmiş repressiv-patriaxal ünsür və idealogiyaları dağıtmaqdayıq.

Oleq Vortonikov: Rusiyada sol yönümlü incəsənəti biz yaratmışıq. Bizim məqsədimiz incəsənətdə siyasi etiraz canlandırmaqdır.


Leonid Nikolayev: Bizim incəsənət qrupumuz ictimai-siyasi cəhalətdən və sağçıların münasibətindən əziyyət çəkir.


- Anarxiya sizin üçün nəyi ifadə edir? Rusiyanı bu yolla daha yaxşı yaşanılası ölkə etmək mümkündürmü?


Natalia Sokol: Anarxizim utopik xarakterdə bağlılığı, səmimiyyəti və qorxmazlığı birləşdirən gücdür.

Aleksandr Plutser-Sarno: Tamamilə doğru. Anarxizimə sayqı! Rusiya neft və qaz pulları hesabına uzun müddət yaşanılacaq bir yer olmayacaq. Qarşıdan gələn bir neçə il ərzində ölkəmiz təbii sərvətlərin talanacağı bir məkana çevriləcək və bütün bunları iki üzlü çirkin büroktlar və çaqqallar edəcək.


- Voina özünün hal- hazırkı müasir incəsənət meyllərini siyasi və insan haqqları konteksində hansı istiqamətdə qurur?

Oleq Vortonikov: Günümüzdə yenilikçi “incəsənət dili” ətrafımızdakı cəfəngiyyat və xaos dolu ksenofobiyanı başa düşmək üçün yeganə vasitədir. Biz öz fəaliyyətlərimiz ilə bu çirklənmiş dünyanın portretini təsvir edirik. Məsələn, bizim Medvedyevin seçimləri zaman hazırladığımız “Fuck for the heir – Medved`s little Bear!” səhnəsi Rusiyada seçki öncəsi hər kəsin məcazi olaraq bir-birini qayırmasının təsviri idi.

Leonid Nikolayev: Bizim incəsənətin dili həqiqətən də sağçıların artan aşırı reaksiyasına qarşı müqavimət göstərməyə qadirdir. Biz KQB binasının qarışısında yerləşən 65 metr hündürlüyündə olan Liteynı körpüsünün üzərinə penis çəkdikdə dövlət rəsmiləri buna bir cavab tapa bilmədi, amma əvəzində bizi qanunsuz yolla, saxta ittihamla həbsə atdılar.
- Siz ideyalarınızın arxasında duran anlayışları ümumi təsvir edə bilərsinizmi?

Leonid Nikolayev: Aktyorlar üçün ən vacib məsələ səmimi olmaları və kompromisə getməmələridir. Dövlət yenidən Rusiyada insanlara əzab verir. Həbsxanalar yenidən dissidentlərlə doludur. Gəlmələrə qarşı düşmənçilik və homofobiya hələ də hökm sürür. Yeni qul cəmiyyət qurulur. Polislər insanları döyür və öldürürlər. Biz buna görə “Saray inqilabı” aksiyası keçiririk və maşınları çeviririk.

Oleq Vortonikov: Və ya biz Moskvada Şəhər Günündə şəhərin ən böyük supermarketi “Auchan”da etiraz nümayişi elədik. Supermarketdə etiraz olaraq 3 Mərkəzi Asiyadan gəlmə işçi, bir yəhudi və bir homoseksualı “asdıq”. Biz “Voina” qrupu olaraq bununla korrupsiyalaşmış Moskva polisinin mayorunun insan haqlarına qarşı etdiyi vəhşiliyə etirazımızı göstərdik. Biz bununla  həm də 1826-cı ildə asılan 5 rus inqilabçısının xatirəsini yad etdik. Ona görə də bu aksiya “Dekabiristlərin yad edilməsi” adlanırdı. Biz ruslara ölkənin ilk azadlıq ideyalarını daşıyan inqilabçılarını xatırlatmaq istədik.


- Siz Rusiyadakı aktivizim və ya radikal incəsənət haqqında nə söyləyə bilərsiniz?


Natalia Sokol: Müasir incəsənət hər şeydən əvvəl bizim üçün bir fəaliyyətdir, biz bunu bir yığın zibil dolu incəsənət qalereyalarında saxlamaq üçün etmirik. Hazırda bu aktivizm Rusiyada sol yönümlü incəsənətin yeganə formasıdır və biz bunu canlandırmağa çalışırıq. Bir şeyi bilmək vacibdir ki, Rusiyada bir qrup incəsənət aktivistindən başqa heç kim radikal incəsənətlə məşğul olmur.


Aleksandr Plutser-Sarno: Anarxist incəsənət aktivizimi Rusiyada gözə çarpan yeganə aktivizimdir. Biz anarxizimin simvolu olan kəllə və sümükləri Rusiya Parlamentinin binası üzərində çəkdik. Bizim “Dəniz qulduru” lazer projektorumuz 50 metr hündürlüyündə idi və demək olar ki, Parlament binasının önünü tamamilə əhatə etmişdi. 
- Oleq Vorotnikov və Leonid Nikolayeva qarşı açılan ittiham nədən ibarətdir?

Natalia Sokol: Oleq Vorotnikov və Leonid Nikolayev qanunsuz həbs ediliblər. Artıq hadisələr 1937-ci ildə Stalinin zamanındakı kimi cərəyan edir. Artistlərin əlləri qandallı halda, başlarına torbalar keçirərək Moskovadan St.Peterburqa 10 saat mikroavtobusda gətiriblər. Bu zaman onları təpikləyiblər. Uzun zaman Oleq Vorotnikovun başında və böyrəklərinin ətrafında qançırlar qalmışdı. Bu fakt o saxlanılandan 2 həftə sonra onu təcridxanada ziyərət etmiş insan haqları müdafiəçiləri tərəfindən də qeydə alınmışdı. Qançır və sıyrıqlar o qədər dərin idi ki, iki həftə sonra belə görünürdü.


Aleksandr Plutser-Sarno: Bu gün Oleq və Leonid “ictimaiyyətə qarşı nifrət və düşmənçilik oyandırma”da ittiham olunur. Mən qrupun lideri olaraq “Kriminal qrup yaratmaqda və yönləndirməkdə” ittiham olunuram. Bu ittiham çərçivəsində 12-20 il arasında həbs cəzası nəzərdə tutulur. Mənim babalarımın hər ikisi Stalin zamanı 22 il həbsdə yatıblar. Mənim onlarla qohumum “Auschtwitz” islah düşərgəsində və Varşava gettosunda həyatlarını itiriblər. Aktivizimə görə Putin rejimində 20 il həbsdə yatmaq mənim ailəm üçün həddən artıq çoxdur.


- “Azad Voina” saytını nə məqsədlə yaratmısınız? Sadə vətəndaşlar sizin üzvlərinizin azad olunmasına necə kömək edə bilərlər?

Natalia Sokol: “Azad Voina” Voina qrupunu dəstəkləmək məqsədi ilə fəaliyyətlər göstərən azad və vicdanlı rusiyaları incəsənət xadimləri tərəfindən yaradılıb. Onlar internet səhifəsi yaradıblar və həbs olunanlar üçün pul toplayırlar və etiraz nümayişlərini davam etdirirlər. Hər bir kəs azadlıq üçün apardığımız mübarizədə bizə qoşula bilər.

Tərcümə: Tural Amin