Wednesday, December 14, 2011

"Mənim bloqum ona görə var ki, KİV-də senzura var"

Aleksey Navalni
I YAZI

"Rusiyanın ən böyük problemi dövlətin mafiyaya çevrilməsidir"

Aleksey Navalni... Kimlərsə onu mikrobloqqer, kimlərsə aktivist, kimlərsə siyasətçi adlandırır. Navalni üçün bu çox da əhəmiyyətli deyil... Alekseyin əsas məqsədi korrusiyalaşmış, oğru və quldurlardan ibarət olan Vladimr Putin başda olmaqla onun komandasını Rusiyadan rədd etməkdir.

Ətrafındakılar ona "Rusiyanın gələcək prezidenti" deyə müraciət edir. O isə bunu gülüşlə zarafat adlandırır.

ABŞ-da çap olunan, dünyaca nüfuzlu Foreign Policy jurnalı bu yaxınlarda Aleksey Navalninin adını Anti-Putin Briqadasının lideri kimi göstərib.

Aleksey Navalni demək olar ki, hər yazısında, hər müsahibəsində, hər çıxışında Putini birbaşa oğru quldur adlandırır, onu rus xalqının sərvətlərini oğurlamaqda ittiham edir.

"Azad Gənclik" Təşkilatı Aleksey Navalniyin müsahibələrdən seçilmiş fikirləri oxucularla bölüşür:


İki ildən artıqdir ki, bloqumda şəxsi heç nə yazmıram.


Valideynləri hərbçi olanların uşaqlıq dostları olmur, çünki onlar həmişə köçürlər.



Əfqanıstanda müharibənin necə keçdiyini heç hiss etmədim. Hərbi şəhərçikdə yaşayanlar üçün Əfqanıstandan qayıdanlar müharibədən yox, xaricdən qayıdanlar kimi idi. Biz orda ölənləri görmürdük. Biz ordan yalnız “2 kasetli” maqnitofon, ya da zabitdirsə, videomaqnitofon, düz ekranlı televizor gətirənləri görürdük. Mənimlə bir sinifdə atası Əfqanıstanda məsləhətçi işləyən bir oğlan oxuyurdu, biz onların evine ekskursiyaya gedirmiş kimi gedirdik.


Mənim əsas qəhramanım Arnold Şvartsneqr olub və indi də odur.


Uşaqlıqda biz qan çıxana qədər dalaşırdıq. Kiminləsə bu cür dalaşmaq qalib gəlmək hesab olunurdu.



Yaxşı xatırlayıram, uşaqlıqda “Alisa”nın konsertindən sonra qopniklərlə (Rusiyada şəhər əhalisinin kriminal gənclərindən ibarət dəstəsi, rus dilinə jarqon ifadə, XX əsrin sonuna qədər SSRİ-də geniş istifadə olunub) dalaşmışdım. Mənə ən çox təsir edən o oldu ki, konsertdən “biz birlikdəyik” qışqıran 3 minə yaxın adam çıxdı və bu qədər adamın gözü qarşısında birini döyməyə başladılar. Onlar isə heçnə olmamış kimi keçib gedirdilər.



Mənim “nunçak”larım (yaponiyada istifadə olunan ənənəvi soyuq silah) hamıdakı kimi deyildi. Adi kətilin ayaqlarından və zəncirdən deyil, daha təkmil idi. Çünki mənim anam ağac emalı zavodunda işləyirdi.



Məktəbdə məni yalnız yuxarı sinifdə oxuyanlar döyə bilərdilər.


Həyatımda ilk dəfə barrikada SSRİ-də görmüşəm. 1986-cı ildə biz Obninskdə atom şəhərində yaşayırdıq. Çernobl qəzası zamanı Obninskin çıxışında əlində dozimetrik cihazlar olan adamlar durub maşınların təkərlərindəki radiasiyanı ölçürdülər. Çornobldan qaçanları isə tuturdular.



Mənim atam Çernobl ətrafından idi  hər yayı mən nənəngildə şəhərdən 1-2 km uzaqlıqda olan Zalesye kəndində keçirirdim. Qəza iyunda olsaydı, məndə orda olacaqdım. Panika yaratmamaq üçün əvvəl bütün kolxoz işçilərini – mənim qohumlarımı da - sahədən radioaktiv tozun içindən kartof yığmağa göndərdilər. Ancaq bundan sonra onları köçürməyə başladılar. Bu mənim və valideylərimin qurbanı olduğu əsl fəlakət idi. Mən keçən il orda idim. Nənəmin evinə baxdım. Yerdə mənim və qardaşlarımın geyindiyi palto, birdə bu paltoda qaçdığım şəkil vardı. Demək olar hər şeyi oğurlamışdılar, bunlar isə heç kimə lazım deyil.



Bizim vətənimizdə bütün sovet kəndlərində olduğu kimi müharibədə həlak olmuş əsgərlərə abidə var. Onun üzərində “Navalni...Navalni...Navalni...” yazılmışdı, amma fakt deyildi ki, onlar qohumdurlar. Ukraynada Navali nə qədər desən...



Mənim nəslimdə banderovşiklər (Ukrayna millətçilərinin hərəkatı) olmayıb.


Əlbəttə, mən soyadımın mənasını öyrənməyə çalışdım, amma heç nə tapmadım.



Ovu sevirəm, amma mən daha çox nəzəri ovçuyam. Bütün həyatım boyu mən bir tetra və meşəcüllütü ovlamışam. O, meşəcüllütünə görə arvadım hələ də məni bağışlamır. Mən onu evə gətirən o dedi: “özün təmizlə”. Biz məzuniyyətə hazırlaşırdıq deyə, onu soyuducunun buzxanasına qoyduq. Ümumiyyətlə, detallara girməsək, sonda soyuducunu tullamalı olduq.



Mən daha çox gözləmə ovunu xoşumlayıram.  Sadəcə oturursan və tetra gözləyirsən. 1 saat, 2 saat və o hələ də gəlmir. Tərpənmək olmaz, hündürdən nəfəs almaq olmaz və sən tam sükut içində oturub yaxşı bir şey haqqında fikirləşirsən.



Əsl ovçular – hansılarla ki,  mənə görüşmüşəm - “Greenpeace”in istənilən əmədaşına 100 xal verməyə hazırdılar. Ekologiya ilə daha bağlı olan adamları hələ görməmişəm. Onlar “populyasiya” anlayışına düşkündürlər – axı ov məhz bundan asılıdır. Amma mən əsl ovçulardan danışıram. Vertolyotdan dağ keçidlərinə atəş açan əclaflardan yox. O insanlar  bir növ Maxarac və leytenant Rjevski arasında bir oyun oynayırlar.



Ov hakimiyyətim əsas atributlarından birinə çevrilib. Səni heç kimin görmədiyi vaxtda hər şey haqqında razılığa gəlməyin ən ideal yoludur. Bürokratik eskapizm.



Yaş artdıqca mən çox təəccüblə başa düşdüm ki, bizim dözülməz hava şəraitimiz mənim xoşuma gəlməyə başlayır.



Mühacirət məsuliyyətdir. Kimlərsə hesab edir ki, mühacirət övladları qarşısında məsuliyyətdir, uşaqların yaxşı yaşaması üçün köçmək lazımdır. Amma mən hesab edirəm ki, məsuliyyət övladlarımın vətəndə qalmaq istəyini təmin etməyimdir.



Nədənsə, uşaqlarımdan hansınınsa memar olmaq istəyi çox xoşuma gəlir.



Mənim qızım hər yerdə deyir ki, mənim atam yaramazlarla (“julik”lərlə) mübarizə aparır. Hətta məktəbdə Putinin yaramaz olduğunu deməkdən belə çəkinmir. Həyat yoldaşım əsəbləşir, hesab edir ki, bu bizə problem yarada bilər. Buna baxmayaraq qızımızın atasının mübarizə aparması fikri xoşuna gəlir. Məncə indi o hələ anlamır atası Robin Quddur, ya yox. Doqquz yaşlı uşaq üçün atasının yalnız yaxşılar tərəfdə olması mümkündür.



Düşünmürəm ki, oyuncaq silahlar uşaqları zora meyilli edir. Uşaqlar müharibə oyunları oynamağı sevirlər. Amma bu o demək deyil ki, onlarda oyuncaq nüvə bombası varsa, gələcəkdə əsl atomdan istifadə etmək istəyəcəklər.



Cəza olaraq uşaqlarımı küncə qoyuram. Amma ən effektiv cəza televizora baxmağa qadağa qoymaqdı.


Mənim ən yaxın dostum həyat yoldaşımdır. Mən ona tez tez “Simpsonlar” cizgifilmindən olan bu ifadəni deyirəm: “Sən mənə baxmayanda, mən divanda uzanıb yemək yeyə bilmirəm“.



Mənim uşaqlarımın ən çox sevdiyi cizgifilmlər “Simsonlar” və “Futurami”dir. Cizgifilmlər və televizor uşaqlarda söz ehtiyatını artırır. Amerika siyasətindən daha yaxşı baş çıxartmaq üçün xəbər kanallarına yox, “ Cənub Parkı”na (South Park) baxmaq lazımdır.



“Birinci kanal”ın xəbərlərinə baxmağa çalışıram.



Bütün kanallar demək olar ki, eyni yalanları danışırlar. Amma mənə ən çox NTV-nin yalanları toxunur, çünki onlar daha hiyləgərcəsinə yalan danışırlar. Mənə Yekaterina Andreyevnanın necə yalan danışması maraqlı deyil. Çünki o sadəcə ekranda olan cansız bir simadır. Amma canlı insana oxşayanlar yalan danışanda adam daha çox əsəbləşir.



Mənim bloqum ona görə var ki, KİV-də senzura var.



Tez-tez eşidirəm ki: “Navalni filan şeyi yazmadı, qorxdu”. Axı mən hər korrupsiya çəkişmələri, oğurlanan milyardlar haqqında yaza bilmərəm. Onda gərək mən hər gün 10 dənə yazı yazım.



Mənim informasiya mənbələrim elə də yüksək səviyyəli deyil. Məsələn, hansısa şirkətdə bir nəfər işləyir və aldığı normal miqdardakı maaşının yarısını ipoteka kreditinə verir. Və birdən fikir verir ki, hansısa eybəcərlər heç nə etmədən bütün xuliqanlıq işinlərini onun üstünə atıb, yüz milyonlar qazanırlar. Bu da həmin adamı hirsləndirir və kiməsə danışmaq istəyir.



Deyirlər ki, mən Seçinə işləyirəm və onun əmrləri ilə Qazpromu ləkələyirəm. Bir də deyirlər ki, mən Stas Belkovskiyə işləyirəm, bu artıq milliyətçilikdir. Radikal millətçilər isə deyirlər ki, mən yəhudilərə işləyirəm. Mən Yel Universitetinə (ABŞ, Konnektikut ştatı, Nyu-Heyven şəhəri – “Azad Gənclik”) oxumağa gedəndə amerikalılara işləməyim versiyası daha çox məhşurlaşdı. “TransNeft”in rəhbəri Tokarev ümumiyyətlə deyirdi ki, mən Makkeynin tapşırıqlarını yerinə yetirirəm. Bunu mən heç anlaya bilmirdim ki, niyə məsələn Sara Peylin yox, məhz Makkeyn?



Bizdə hər yerdə dəyirmanlar qurulub. Nə edirsənsə, elə hesab olunur ki, sən kiminsə dəyirmanına su tökürsən.



Korrupsiya ilə mübarizə üçün iki əsas şərt olmalıdır – siyasi rəqabət və azad mətbuat. Azad KİV Rusiyada demək olar ki, yoxdur. Onda deməli, siyasi rəqabət yaratmaq lazımdır.



Artıq yaxşı insanları pis hakimiyyət işlərinə cəlb etmək fikri işləmir. Mən bunu Kirov rayonunda məsləhətçisi işlədiyim Nikita Belıxın misalında başa düşdüm. Əlbəttə, yaxşı insan özü üçün mənfəət güdməyəcək, amma əgər o gündəlik kimisə hərifləməsə, effektiv mer və yaxud da qubernator ola bilməz. Nazir zəng edir: ”Eşitmişəm sənə su kanalı üçün pul lazımdır. Ona görə də zəhmət olmasa, mənim sahibkarlarımın məsələlərini həll et”. Və buna görə də sənə gündəlik hamının tapşırığını həll etmək lazım gələcək.



“Vahid Rusiya” partiyasında mənim bəyəndiyim insanlar da var. Amma yenə də əgər sən “Vahid Rusiya”ya üzv olmusansa, deməli sən oğrusan. Oğru deyilsənsə də, deməli  xuliqansan, çünki adınla digər xuliqanların və oğruların yanındasan. Bu gün heç kimin başına Yekaterina Andreyevna olmadığı üçün tapanca dirəməzlər. Ən pis halda, əgər sən “Vahid Rusiya”nın üzvüsənsə, heç olmasa sakit otur. Sizin jurnalınızda ana söyüşü olar?  Bax, deyin görək Maşkovun dilindən kim dartırdı, niyə o yaxşı aktyor kimi qalmaq üçün sakit durmaq şansını əldən verdi?


“Vahid Rusiya” - oğrular və xuliqanların partiyasıdır. “Final FM”də efirində olanda aparıcı məndən “Vahid Rusiya”ya qarşı olan münasibətimi soruşdu.  Məndə dedim: “Vahid Rusiya” oğrular və xuliqanların partiyasıdır.


Rusiyanın ən böyük problemi dövlətin mafiyaya çevrilməsidir.


İnqilab qaçılmazdır. Ona görə ki, insanların əksəriyyəti sistemin düzgün olmadığını başa düşürlər. Məmurların məclislərində oturanda görürsən ki, söhbətlərinin əksəriyyətinin mövzuları bunlardır: kim nə qədər oğurladı, niyə heç nə işləmir və hər şey necə dəhşətlidir.


Hamı vicdanla yaşamağa hazırdı. Gürcüstana baxın. Əgər ən yuxarıda oturan 20 nəfər qanunlara riayət etməyə başlasa, qalanlarını da qanun və qaydalara riayət etməyə məcbur edərlər.


Dəyişikliklər süni olmayan inkişafdan başlayacaq. Tunisdə hər şey bir nəfərin özünü meydanda yandırması ilə başladı. Hələ bu hadisələrdən xeyli əvvəl  “Yel”ə məhşur tunisli müxalifətçi gəlmişdi. O mənə deyirdi: “ Siz Rusiyada necə də xoşbəxtsiniz, sizdə azad internet, “twitter” var, bizdə isə bunların hamısı müxalifətlə birlikdə sıxışdırırlar, azadlıqları boğurlar”. O, tunisli müxalifətçilərin aksiyalarından videolar göstərirdi: bizim “Strategiya-31” onların yanında minnilliyin inkişafı idi. Onların aksiyalarında, təxminən on nəfər adam ağ gödəkçədə etiraz əlaməti olaraq kafedə oturmuşdular, bu vaxt 30 xarici jurnalist kafeyə daxil olmuş və sonra hamısını polis həbs etmişdi. Və son! Keçən dekabrda onlar Parisə  getməyi, ordan mübarizə aparmağı planlaşdırırdılar. Bir aydan sonra o nazir oldu. Bununla belə, Tunisdə xüsusi elita var idi, əhali qonşu ölkələrə nisbətdə yaxşı yaşayırdı, bütün xuliqanlar Bin Əlini dəstəkləyirdi, çünki Fransanın cənub sahilində dəbdəbəli yaşamaq imkanına malik idilər. Və bir ay ərzində balaca bir şəhərdə hansısa alverçi özünü yandırdığına görə hər şey alt-üst oldu..


Dəyişikliyi yalnız narazı insanlar edə bilər. İndi isə belələrinin sayı çoxdur.


Əgər Putin bizimçün Sinqapurun baş naziri Li Kuan Yu ( 1959-1990-cı illərdə Sinqapurun baş naziri, belə desək sinqapur iqtisadi möcüzəsinin müəllifi. - Esquire) olsaydı, mən ona çox şeyi bağışlayardım. Bəli, o totalitar rejim yaradardı, amma eyni zamanda xuliqanları da qovardı. Amma Putin Li Kuan Yu ola bilməz. O ruslar üçün heç Lukaşenko da ola bilməz.



Mən bilmək istəyərdim ki, Putin öz yaratdığı sistemə nə dərəcədə inanır, nə qədər əmindir ki, onun sistemi sona qədər dayanacaq? Xüsusəndə Qəddafinin edam kadrlarını gördükdən sonra. Axı o da “zor” oğlanlardan idi.


Putinin bəzi müsbət xidmətləri var. Mənim yadımdadır ki, bizim yaşadığım hərbi şəhərcikdə konkret bir bandit yaşayırdı, ona hətta polislər də qulaq asırdılar. O gürcü idi, ağ corabda gəzirdi. Silahla gəzən hərbçilər də onunla bacara bilmirdilər.  İndi isə həmin gürcü yoxdu, bu müəyyən mənada Putinin xidmətidir.


Təssəvür etsək ki, mənə “Birinci kanal”da bir dəqiqə efir verilir, çətin ki mən bu vaxtda insanlara həqiqəti çatdıra bilim. Mənim heç belə metafizik sözlər ehtiyatım da yoxdur. Amma mən ən əsas yalan haqqında danışmağa cəhd göstərərdim. Ölkəmizin ən böyük yalanı budur - baxmayaraq ki, Rusiya əsas neft ixracatçısıdır və son üç il ərzində iki trilyon dollar qazanmışıq, bu pullar Putinin gətirdiyi konkret adamlar tərəfindən oğurlanır. Bu da onların soyadları. Onlar rus vətəndaşlığından imtina etməklə ölkəni satdılar. Bizi isə soyurlar, ona görə də gəlin çalışaq bu adamları həbsxanaya salaq.


Seçkilərdə “Vahid Rusiya” partiyasından başqa istənilən partiyaya səs vermək olar. Seçkilərin baykot edilməsi düzgün mövqedir, amma ardıcıl mübarizə baxımından effektiv deyil. Belə addımlar insanları həm ayırır, həm də demotivasiya edir. Mən “Vahid Rusiya”nın rəqiblərinə səs verəndə “Almalar”, kommunistlər və qalanları məni alışlayırlar. Biz bütün bülletenləri qaralamağı təklif edəndə isə ilk növbədə “Vahid Rusiya”nın deyil, digərlərinin səsilərini əlindən alırıq.


Nədənsə hamı məndən “Gəlin həyətlərimizi abadlaşdıraq, təsərrüfatımızı təkmilləşdirək” cümləsini gözləyir. Amma məncə ilk növbədə öyrənmək lazımdır ki, indiyə qədər həyətləri abadlaşdırmaqçün üç dəfə ayrılan pullar hara gedir. Əvvəlcə həyəti yox, Kremli səliqəyə salmaq lazımdır.


Xeyriyyəçilik indi günahlarını yumaq kimi bir şeyə çevrilib. Kimdənsə soruşursan: “Niyə oturmusan heç nə etmirsən?” O isə cavab verir: “Mən kimsəsiz uşaqlara yardım edirəm, siz siyasətçilər isə ancaq danışırsız. Mən isə konkret işlə məşğulam”. Amma bunları müqayisə etmək yalana bərabərdir: “Mən aktiv siyasi mövqe tutmayacam, çünki mən uşaqları kömək edirəm”. Konkret bir uşağa kömək etməkdənsə, çalışıb minlərə kömək etmək lazımdır.


Mən fikirləşirəm ki, 1976-1982-ci il təvəllüdlülər siyasətdə iştirak etməyə başlayanda  həyat daha tez dəyişəcək.


Mən “hipster”lərin lideriyəm? Elə hesab etmirəm. Mən daha çox palto ilə “keta” geyiməyi sevən Marinodan olan oğlanam.


Mənim qollarım çox uzundur. Pencək almaq əsl zülm olur.


Ən yaxşı istirahət uzağa gedib, hamıdan gizlənmək və heç kimlə danışmamaqdır. Amma iki-üç gündən sora insanlarçün darıxmağa başlayıram.


Muzeyləri sevmirəm. Sadəcə piyada gəzməyi sevirəm.


Mən xaç suyuna salınmışam, provaslavam. Amma sovet provaslavlarındanam: Kilsə görəndə xaç çəkirəm, ancaq kilsəyə getmirəm.


Mən assimlyasiyanın lehinəyəm, deportasiyanın yox. Əgər sən burda yaşamaq istiyirsənsə rus ol. Əgər uşaq Rusiyada böyüyübsə, tacik olmaq onun nəyinə lazımdı? Qoy sözün əsl mənasında rus olsun. Axı Amerikaya köçməklə adamların çoxu amerikalı olur.


Rusların Ruandadakı kimi soyqurumu olmayıb. Amma mənə Türkmənistanda qovulan rusların problemləri daha yaxındır. Çünki Türkmənistanda olan ruslar mənə daha doğmadır.


Mən 4 ildi “Rus Marşı”na gedirəm və ona münasibətim belədir: Əgər sizin “Rus Marşı”ndan xoşunuz gəlmirsə, onu yaxşı etməyin yaganə yolu orda olmaqdır. Əgər ora normal adamlar gəlməsələr, onda orda ilk növbədə son zolaq - sionist qəsdi ilə mübarizə apararaq ağlını itirənlər olacaq. Mən yenədə gedəcəm, çünki mən demək olar ki, yeganə biriyəmki, məni həm orda, həm burda qəbul edirlər, yenədə orda məni hansısa hissə liberal əclaf, burda isə hansısa hissə satqın faşist hesab edir. Bu belədir “yadların içində doğma, doğmaların içində yad”. Siz sonuncu “Bəsdir Qafqazı yedizdirdik” mitinqi görmüsüz? Orda lövhə asılmışdı: ““Vahid Rusiya”nın bayraqları və ziq-zaqlar qadağandır”. Bu demək olar böyük inkişafdır.


“Bəsdir Qafqazı yedizdirdik” şüarı məncə çox cırnadıcıdır. Biz ona aydın nəzər salsaq, burda Cənubi Qafqazın daha çox “doymuş” elitası nəzərdə tutulduğunu görərik. Amma şüara bütün mənfi cəhətləri yazmaq olmur. “Torpağı kəndlilərə” -  şüarı yaxşıdı, amma bütün torpaq sahibləri oğraş deyil axı, yazıçı – torpaq sahibləri – yaxşıdırlar, ona görə də gəlin belə yazaq: “Torpağı – kəndlilərə, amma yalnız Aleksandr Blokun əmlakını yandıraq!”


İlk şaurmam çox gözəl yadımdadır, o meqaşaurma idi. Mən onda “Xalqlar dostluğu” universitetində oxuyurdum və yataqxananın 7-ci mərtəbəsində livanlılarla ilk dəfə şaurmanın dadına baxmışdım.


Ailə əfsanəsinə görə mən çox dadlı alma piroqu hazırlaya bilirəm. Əslində cəmi bir dəfə hazırlamışam. Çoxları üçün əvvəl yemək hazırlayıb, sonra yemək maraqlı gəlir. Amma mən heç vaxt bunu anlamırdım ki, bunda maraqlı nə ola bilər.


Tərcümə etdilər: 
Leyla Aliverdiyeva
Ulduz Məmmədova


Ardı olacaq...