Sunday, December 11, 2011

"Kitaboxuma" aksiyası - "Sarı Gəlin" || Fotolar

"Kitaboxuma" - "Sarı Gəlin"
Dekabrın 10-u  "Azad Gənclik" Təşkilatı növbəti "Kitaboxuma" flaşmobunu keçirib. Fəvvarələr meydanında keçirilən flaşmobda əsasən  kütləvi şəkildə Əli Əkbərin “Sarı Gəlin” romanı oxunub. Aksiyanın keçirilməsində məqsəd kitabı, ümumilikdə mütaliəni, “Sarı Gəlin” romanını kütləvi şəkildə oxumaqla isə, həm də xüsusi olaraq bu kitabı təbliğ etmək olub.

Bu dəfəki aksiyaya polis müdaxilə etməyib, sadəcə aksiyaçıları kənardan müşahidə etməklə kifayətlənib. Sadəcə flaşmobun sonunda, Axundov adına Milli Kitabxananın qarşısında toplu şəkil çəkdirildikdə sonra polis "toplaşmaq olmaz!" deyərək, iştirakçıları dağıtdıblar. Flaşmob insidentsiz başa çatıb.


Xatırladaq ki, bir müddət əvvəl də Azad Gənclik Təşkilatı buna bənzər aksiya keçirib. Həmin aksiyada “Fikir Sexi” kitabını kütləvi şəkildə şəhərin müxtəlif yerlərində oxunmuşdu.