Wednesday, December 28, 2011

84 dəfə təkrarlanan ifadə - "Siz Surkov propoqandasısız" - VİDEO

İnternet istifadəçiləri tərəfindən hazırlanmış
"Surkov propaqandası" loqosu
Rusiyada seçkilərlə bağlı ən çox baxılan video haqqında


"Afisha.ru" saytı Rusiyada "Qolos" seçki təşkilatnın sədri olan Qriqoriy Melkonyandan müsahibə alıb. Müsahibə son zaman Rusiyada ən çox baxılmış və müzakirəyə səbəb olmuş Youtube” videosu barədədi. 

NTV kanalının jurnalistləri "Qolos"un ofisinə "müsahibə" üçün gəldikləri zaman Qriqoriy jurnalistlərə müsahibə verməkdən imtina edib və 7 dəqiqənin içində 84 dəfə jurnalistləri "Surkov propoqandaçıları" adlandırıb.



ARAYIŞ: SURKOV KİMDİR?
Vladislav Yuri Surkov (1964) Rusiya dövlət xadimi, Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini, "Suveren demokratiya" konsepsiyasının müəllifi. Moskvada Beynəlxalq Universiteti bitirib. İqtisadi elmlər üzrə magistr dərəcəsi olan Surkov komsomolda işləyib, reklam biznesiylə məşğul olub. Surkov Rusiyada söz azadlığını boğan əsas ideoloqlardan biri hesab edilir. Bundan əlavə Surkov Rusiyada jurnalistlərin və müxalif siyasi partiya üzvlərinin təqib edilməsində maraqlı şəxs kimi tanınır. Milyarder sahibkar Mixail Proxorov 2010-cu ildə Surkovu "siyasi prosesin əsas kukla teatrı artisti" adlandırıb. Surkov 27 dekabr 2011-ci ildə baş nazirin müavini vəzifəsinə təyin edilib.

NTV kanalı məşhur video barədə açıqlama verməkdən imtina edib. 
"Azad Gənclik" Təşkilatı müsahibədən bir hissəni sizlərə təqdim edir:

- Nə baş verib?
- Hansısa möcüzəli bir yolla, Rusiyadakı seçki zamanı özbaşınalıq haqda hazırladığımız sayt - kartanarusheniy.ru- hökümətin hazırladığı seçki saytlarıyla rəqabətə girib iyirmiliyə düşmüşdü. Bizim ofisə NTV-dən zəng gəldi, müsahibə verməyi xahiş etdilər. Çəkiliş üçün iki nəfər ofisimizə gəlmişdi

- Onlar özlərini təqdim etmişdilər?
- Cavan oğlanla, xanım gəlmişdi. Hər şeyi təşkil edən redaktor Yula adlı birisi idi. Onlar bizim təşkilat haqqında suallar verirdilər. Sonra söhbət təşkilatın pulla təmin edilməsinə keçdi və mən anladım ki, bu adi bir müsahibə deyil. Mən buna əhəmiyyət vermədim. Sabahsı gün bizim mətbuat mərkəzimizdə qapalı treninq keçirilirdi. İşə başlayırıq və anlayırıq ki, zalda jurnalist var. Mən ondan zalı tərk etməyi xahiş edirəm və qapını açıram, orda isə kameralı iki nəfər içəri daxil olmağa çalışır. Üstü açılır ki, zalda başqa bir jurnalist də var və o “İrəli, irəli, irəli” qışqıraraq həmkarlarıyla içəri soxulmağa başlayır. Hamısı böyük kameralarla və NTV-nin mikrofonlarıyla. Əminəm ki, onlarda gizli kamera da var idi. Özlərini çox həyasızca aparırdılar və hey o yan-bu yana gedib-gəlirdilər. Vəsiqələrini göstərmirdilər. Hamıya “Siz Mərkəzi Kəşfiyyat İdarəsinin işçilərisiz? (ABŞ)” sualını verirdilər. İstək və bacarıq olduqda hər şeyi istədiyin kimi qələmə verə bilərsən: ya biz düzgün seçkilərin tərəfdarı olanlarıq, ya da pis və alçaq insanlarıq.

Necə istəyirsiz elə də düzəldin məlumatı. İki sual verirsiz “Siz Mərkəzi Kəşfiyyat İdarəsinin işçilərisiz?” “Yox”, “Siz düzgün seçkilərin tərəfdarısız?” “Hə”. Və bu suallardan sonra müsahibəni necə istəyirsiniz düzəldə bilərsiniz. Görünür treninqdə satqınlar var idi. İnsan çox idi, hamsının adını çəkmək mümkün deyil. Sonra onlar yoxa çıxdı, biz fikirləşirik ki, ola bilsin onlar “Qolos”un adından rəngarəng şərhlər verəcək. Heç bilmirəm, ola bilsin onlar bizim vəsiqələrimizi də oğurlayıblar. Görünür bu yetərli olmadı və birinci gün ofisimizin qapısı yenə açıldı.

- Sizin ofisə sərbəst daxil olmaq olar?
- Onlar mühafizəçilərin yanından qaçıb, ofisə icazəsiz daxil olub “Siz niyə müxalifətin tərəfindəsiz?” sualını verdilər.

- Treninqə gələn adamlarıydı?
- Operator həmin adam idi, jurnalist başqasıydı. Adının Maksim olduğunu dedi. Onlara dedim ki,  artıq 3 dəfə müsahibə vermişəm. Dedi ki, ona şəxsən müsahibə verməmişəm. Operator üzümə gülürdü, mən də masamın üstündən mobil telefonumu götürüb onu çəkməyə başladım, o dəqiqə “Məni çəkməyin” dedi. Anladım ki, müsahibəni düzəltmək üçün onlara yeni sözlər lazımdı və mənim dediyim hər bir söz kəsilib efirə veriləcək. “Siz Surkov propoqandasısız” cümləsini efirə verə bilməyəcəylərini almayıb onu deməyə başladım. Ofisdə hamı gülməydən ölürdü. Jurnalist qızarıb, tərləməyə başladı. Heç vaxt rastlaşmadığı bir şeylə üzləşmişdi və başa düşdü ki çıxıb getmək ən yaxşısıdı.



- “Siz Surkov propoqandasısız” cümləsiylə siz nə demək istiyirdiz?
- Aydındı ki, siyasi sistem yönləndirilir. Belə məsələlər elə-belə ortaya çıxmır. Bu işlərlə siyasi texnoloqlar məşğul olur və cürbəcür kampaniyalar hazırlayıb KİV-lərə verirlər.

- Niyə məhz indi sizə belə maraq göstərirlər? Axı höküməti sərt tənqid edən çoxlu məqalələr var. Amma bunlara elə də önəm verilmir...
- Təzyiq çoxalır. Təşkilat yeni olanda onu heç kim ciddiyə almır. Lakin biz artıq böyümüşük, öz sözümüzü deməyi bacarırıq, xalqın çoxu bizim tərəfmizdədir. Onlar bunda təhlükə görürlər. İndi hər şeyin düzgün olması üçün insanlar çalışmağa hazırdı. Rusiyada partiyaların 7-si hökümətin idarəsi altındadır və biz bu meydanda tək qalmışıq, biz seçkilər haqqında düzgün danışırıq. “Qolos”u aradan götürməküçün hələ imkanları yoxdu, lakin bütün propoqandalarını işə salıblar.

- Söhbət hansı imkanlardan gedir?
- Regionlarda güc istifadə edirlər. Koordinatorlarımıza “FSB” (Rusiya Federal Təhlükəsizlik Xidməti) hədə-qorxu gəlir. Ödənişli bloqqerler var ki, bizim xalqa, ölkəyə qarşı çıxmağımız haqda yazırlar. Bizi ittiham edirlər ki, Avropa təşkilatımızı maliyyələşdirir. İnkar eləmirəm, bizim bəzi maliyyəmizi Avropa Komissiyası ödəyir.

- Qrantlar sayəsində yaşayırız?
- Bəli. Elə belə bizə heç kim pul vermir. Bizim donorlar hər bir təşkilatın iştirak edə biləcəyi yarışlar hazırlayır. Biz ərizə yazırıq “Demokratik hüquqların qorunması üçün”, ya da müşahidəçilər üçün məlumat kitabçası buraxmaq istədiymizi deyirik. Layihəmiz qəbul edilsə, bizə bu barədə bildiriş məktubu gəlir. Sözsüz ki, bizə konvertdə pul gəlmir.

- Bəs rus pulları var?
- Biz çox çalışmışıq ki, prezident aparatından qrant alaq, biz seçkiləri müşahidə edən yeganə təşkilatıq ki, bu qrantı almamışıq, həmişə tanınmayan və bilinməyən təşkilatlar alır bu qrantı. Bu növbəti korrupsiya sxemidi. Biz kommersiya kompaniyalarına da müraciət etmişik. Onlar da Xodorkovski söhbətindən sonra qorxublar. Biznesmenler azad, tənqidi fikirlərini bildirən təşkilatları maliyyələşdirməkdən qorxurlar. Biz dövlətdən asılı deyilik və düz sözü deyə bilirik. Ümumiyətlə hansısa seçkiləri müşahidə edən təşkilatların dövlətdən pul alması elə də düzgün deyil.

- “Qolos” indi nə işlə məşğuldur?
- Biz 11 ildən artıqdı ki, seçkiləri müşahidə edirik. Hər kəsin zəng edib, seçki pozuntuları haqda məlumat verə biləcəyi qaynar xətlər təşkil edirik. “Qazet.ru”ilə birgə təşkil etdiyimiz “Qayda pozuntuları xəritəsi” lahiyəmiz var, bura 4000-ə yaxın ismaric gəlib. Biz seçicilərin hüquqları haqqında materiallar hazırlayırıq. Yəni, tək tənqidlə məşğul olmuruq. Səsvermə zamanı, səsvermə məntəqələrində çalışırıq. 2005-ci ildə dövlət qeydiyyatına alınmamış təşkilatların müşahidədə iştirak etməsinə qadağa qoyuldu və müşahidəçi kimi yalnız partiyadan təyin olunmuş təşkilatlar iştirak edə bilərdi. İndi bizim «Vətəndaş səsi» adlı qəzetimiz var.

- Onda demək olar ki siz jurnalist kimi müşahidə edə bilirsiz?
- Hə.

- Bəs qəzetin çap olunmasını dayandırmağa çalışımırlar?
- Son yarım ildə iki yoxlama keçmişik. Yalnız sənədlərimiz təmiz və düzgün olduğundan heç nəyə ilişə bilməyiblər.

- Təəssüflənmirsiz ki?
- Əsla. Rolikdən sonra telefonumuz və poçtumuz demək olar partlayır. Hamı öz köməyini təklif edir. Yəqin ki, NTV-nin hazırladığı sujet bizim üçün yaxşı piar olacaq.





Tərcümə etdi:
Leyla Aliverdiyeva