Friday, December 2, 2011

Metroda gedişhaqlarının artırılmasına etiraz || VIDEO

Dekabrın 1-də "Azad Gənclik" Təşkilatının üzvləri Elmlər Akademiyası metrosunun qarşısında metroda gedişhaqlarının artırılmasına etiraz olaraq səssiz aksiya keçiriblər. Təşkilatın üzvləri əllərində şüarlar tutaraq diləniblər. "Metromuz kasıblayıb 5 qəpik yardım edin", "Tağı Əhmədov üçün dilənirəm", "5-15-20-? Əəə bir-bir!", "Help me, İ need 0,05 man" şüarları yazılmış plakatlar tutublar. 

"Azad Gənclik" Təşkilatı olaraq metroda gedişhaqlarının qaldırılmasını pisləyirik. Son 2 ildə gedişhaqlarının 4 dəfə də artırılmasına baxmayaraq, tələbələrin təqaüdləri heç bir dəfə  artırılmayıb. 

Aksiya txəminən 10 dəqiqə davam edib və kənardakı insanların diqqətini çəkib. Sonda polis 2 nəfəri saxlayıb və bir neçə saatdan sonra sərbəst buraxıb.