Tuesday, April 12, 2011

Gənclər təşkilatlarının BƏYANATI

Son aksiyalar zamanı insanların konstitusiya hüquqlarından istifadə edərək hakimiyyətin avtoritar siyasətinə narazılıq və islahatlar tələb etməsi zamanı polislərin aksiyaçılara qarşı qanunsuz və zorakılığa yol verilməsi tərəfimizdən qətiyyətlə pislənilir.
Gənclər olaraq hakimiyyəti insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağı, aksiya zamanı polisin qanunsuz hərəkətlərinə rəvac verməməyi, dinc aksiyada iştirak edənlərə qarşı zorakılığa son qoymağı, insanların sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmamağa çağırırıq.
Biz hakimiyyətdən 2 aprel mitinqində iştirakına görə həbs olunanların, o cümlədən Müsavat Gənclər Təşkilatı sədri Tural Abbaslı, müavini Əhəd Məmmədli, həmçinin öncədən həbs olunmuş AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının, müstəqil gənc Bəxtiyar Hacıyevin təcili və qeyri–şərtsiz azadlığa buraxılmasını, siyasi baxışlarına görə universitetlərdən qovulan gənclərin bərpasını tələb edirik.
Ölkədə olan beynəlxalq təşkilatları və səfirlikləri Azərbaycan hakimiyyətinin beynəlxalq konvensiyaların şərtlərinə, Beynəlxalq İnsan Hüquqlarına və Avropa Şurasının qarşısında demokratiyanın inkişafı yolunda götürdüyü öhdəliklərə əməl etməkdə təsir etməyə çağırırıq.


Bəyanata aşağıda adları göstərilən gənclər təşkilatları qatılır.

Azad Gənclik Təşkilatı
AXCP Gənclər Komitəsi
Müsavat Gənclər Təşkilatı
ADP Gənclər Təşkilatı
Ümid Paritası Gənclər Təşkilatı
VHP Gənclər Təşkilatı
NIDA Vətəndaş Hərəkatı
Hədəf Gənclər Koalisiyası
Dalğa Gənclər Hərəkatı
VİP Gənclər Təşkilatı
“10” Dekabr Gənclər Təşkilatı