Wednesday, January 4, 2012

İranda qadağan olunmuş filmin nümayişi - FOTO

2011-ci ildə "Azad Gənclik" Təşkilatı son tədbirini həyata keçirib. Dekabrın ayının 29-da  "Kino Klubu" növbəti film nümayişini təşkil edib. Bəstəkar Firudin Allahverdinin təqdimatında "Persepolis" filmi nümayiş olunub. Fransız İnstitutunda təşkil olunan tədbirdə  əvvəl Firudin Allahverdi 1978-79-cu illər İran inqilabı ilə bağlı kiçik məruzə edib, film nümayişindən sonra müzakirə olub. 

İran İnqilabi zamanı - 1978-79-cu illərdə və ondan sonrakı dövrdə baş verən hadisələrdən bəhs edən "Persepolis" animasiya filmidir. 2007-ci ildə İran əsilli Fransa vətəndaşı Marjane Satrapi və Vincent Paronnaud tərəfindən çəkilən film Fransa və ABŞ-ın birgə istehsalıdır. Film ilk dəfə 2007-ci ilin dekabrnda ABŞ-da nümayiş olunub. 

"Persepolis" 2007-ci ildə "Kann Film Festivali"nda xüsusi mükafata, sonra isə Oskarın "Ən yaxşı animasiya filmi" naminasiyasına layiq görülüb. 
Xatırladaq ki, filmin İran İslam Respublikasında nümayişi qadağandır.