Sunday, April 15, 2012

"Green Street Hooligans" filminin nümayişi

Aprelin 14-də Azad Gənclik Təşkilatının "Kino Klubu" növbəti film nümayişini təşkil edib. Lexi Alexanderin rejissorluğu ilə çəkilmiş "Green Street Hooligans" filmi təqdim edilib.



Filmdəki hadisələr Harvard Universitetində jurnalistika ixtisası üzrə təhsil alan Matt adlı tələbənin ətrafında cərayan edir. Belə ki, yanlış anlama səbəbilə oxuduğu universitetedən qovulan Matt İngiltərəyə bacısının yanına köçmək məcburiyyətində qalır. Burada o, qaynının "West Ham United" fanatı olan qardaşı - Ben ilə tanış olur. Futbol haqqında kiçikcik bir məlumatı belə olmamasına baxmayaraq qısa müddətdən sonra özünü "West Ham United" tərəfdar qrupu olan GSE-in ("Green Street Elite") içində tapır. Ben və yoldaşları ilə oyunlara getməyə və döyüşlərə qatılmağa başlayır. 

Qadın bir rejissorun futbolun artıq yalnız futbol olmadığına dair sarsıdıcı bir filmidir. Futbolun ürəyinin atdığı İngiltərədə gedərək artmağa başlayan xuliqanlığı, vandalizmi və fanatizmi ən sərt şəkildə ortaya qoyan "Green Street Hooligans", "Milwall" və "West Ham United" klubları arasındakı rəqabətə dair səhnələrlə də zəngindir.

Film 2005-ci il istehsalıdır. Baş rolları Elijah Wood, Charlie Hunnam and Claire Forlanı çəkilmişdir.