Monday, July 23, 2012

"Kitaboxuma" flashmobu || Fotolar



İy­­­­­­ulun 22-si “Azad Gənclik” təşkilatı bir qrup gənclə birlikdə Sumqayıt şəhərində 22 iyul Mətbuat günü münasibətilə “kitaboxuma flashmobu” keçirib.
19:00-da şəhərin “Göyərçin” parkında baş tutan aksiyada təxminən 40-a yaxın gənc iştirak edib. Aksiyanın məqsədi insanların, xüsusilə də gənclərin kitaba və mətbuata marağını artırmaq, onlara kitab sevgisini aşılamaq olub.

Təxminən bir saata yaxın davam edən flashmob ətrafda olan insanlar tərəfindən çox müsbət qarşılanıb. Hətta yaşlı nəslin bəzi nümayəndələri, bu cür aksiyaların nəinki gənclərdə, yaşlı insanlarda da kitaba maraq oyatdığını bildiriblər.


Fotolar Nurlan Babazadəyə məxsusdur.