Wednesday, March 7, 2012

Kino Klubu: İbrahim Tatlısesin "Yalan" filmı

Fevralın 25-i Azad Gənclik Təşkilatının "Kino Klubu"nda İbrahim Tatlısesin baş rol oynadığı "Yalan" filmi yazıçı, publisist Seymur Baycanın  təqdimatında nümayiş olunub. 
VHP-nin akt zalında keçirilən tədbirdə əvvəlcə Seymur Baycan  kiçik məruzə edib, filmin nümayişindən sonra, film və həmin dövr haqqında ətraflı olaraq fikirlərini gənclərə çatdırıb. 


Tanınmış yazıçı bildirib ki, həmin dövrdə xalqımız Sovet İttifaqından yeni müstəqillik əldə etmişdi və hind filmlərinin təsirindən yeni çıxmışdıq. Belə bir dövrdə Türkiyə istehsalı janrsız filmlər həyatımıza daxil oldu, insanlara bayagılıgı aşıladı.