Thursday, February 23, 2012

Azad Gənclik Təşkilatının I Qurultayı // FOTO - VIDEO

Fevralın 18-də Azad Gənclik Təşkilatı I qurultayını Vətəndaş Həmrəyliyi Partiyasının akt zalında keçirilib və dövlət himninin oxunması ilə başlayıb. Tədbirdə ilk öncə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Rəşad Talıblı çıxış edib və qurultayı açıq elan edib. O bildirib ki, 62 nümayəndədən 50-i qurultayda iştirak etdiyindən və bunun nizamnamədə nəzərdə tutulan minimum iştirak həddini keçdiyindən qurultay öz işinə başlaya bilər. 

QHTK-nın üzvü, Məcid Mərcanlı və QHTK-nın rəhbəri Rəşad Talıblı

Rəşad Talıblıdan sonra QHTK-nin üzvü Məcid Mərcanlı təşkilat haqqında qurultay iştirakçılarına, qonaqlara, media nümayəndələrinə məlumat verib.


Nizamnamə dəyişikliyi ilə bağlı hissədə Nərmin Həsənli təklifinin olduğunu bildirib. O qeyd edib ki, ölkəmizin müharibə şəraitində olduğundan və 2009-cu ildə prezidentliyə namizəd olmaqçün qoyulan məhdudiyyətin konstitusiyadan aradan qaldırıldığından və Azərbaycanın analoqsuz inkişafından, uzun zaman idarəçiliyin bir insanın əlində olan zaman inkişafı gördüyümüzdən, bizim də nizamnaməyə dəyişiklik edilsin və sədr ömürlük olsun. Bu təklif aksiya xarakteri daşıyıb və ölkədəki qeyri-rəsmi monarxiya üsul-idarəsinə etiraz olaraq səsləndirib. Təklif səs qoyulub və yekdilliklə qəbul olunmayıb.

Nərmin Həsənli


Təklifdən sonra təşkilatın promo videosu nümayiş olunub.





Qurultayın gündəliyinə uyğun olaraq təşkilatın keçmiş sədri Ülvi Həsənli bir illik fəaliyyətlə bağlı hesabat verib: “2010-cu ilin parlament seçkilərindən sonra 5 tələbə qərara aldıq ki, ictimai fəaliyyətimizi bir təşkilatda davam etdirək və təşkilat yaradaq. Çünki Azərbaycanda sosial, siyasi, ictimai vəziyyət çox pisdir. Bunun üçün gənclər nəsə etməlidirlər, ölkəmizdə bir gənclər hərəkatı başlamalıdır və gənclər öz hüquqlarını bilməli, onları müdafiə etməyi bacarmalıdırlar. Düşünürdük ki,  Azərbaycanın gələcəyini gənclər müəyyənləşdirməlidir. İlk fəaliyyətimiz kitaboxuma ilə başladı. Təşkilatımızı ictimaiyyətə elan etməmişədən əvvəl 50-dən artıq gənclə metroda və şəhərin mərkəzində kitabı təbliğ etmək məqsədilə kitaboxuma aksiyası keçirdik.

Ötən il müxtəlif gənclər təşkilatları ilə birgə Gənclərin Hüquqlarını Müdafiə Komitəsini yaratdıq və bu komitədə fəaliyyətimizi davam etdiririk. Müxtəlif aksiyalar, forumlar təşkil etmişik. Şəhidlərlə, siyasi məhbuslarla bağlı müxtəlif aksiyalarda iştirak edirik“.

Ülvi Həsənli

Sonra qonaqların çıxışı başlandı. VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, politoloq Ərəstun Oruclu, Nida Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü  Rəşadət Axundov, Müsavat Gənclər təşkilatının sədr müavini Səxavət Soltanlı, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, VHP-çi gənclərdən Samir Əsədli, “Bulistan” qrupunun üzvü Orxan Ata,  Mübət Dəyişiklik Gənclər Hərəkatı İH-nın üzvü Rəşad Həsənov, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev çıxış edərək Azad Gənclik Təşkilatını qurultayı münasibətilə təbrik edib, təşkilat haqda xoş sözlər dedilər.
Aktyorlar - İlqar Cahangirov, Orxan Ata və bəstəkar Firudin Allahverdi

Qurultayda siyasi partiya rəhbərləri, gənclər təşkilatlarının rəhbərləri, QHT nümayəndələri, yazarlar, beynalxalq qurumların nümayəndələri, aktivistlər, bloqqerlər, incəsənət nümayəndələri, həmçinin Polşanın nüfuzlu “Viborça” qəzetinin iki əməkdaşı da iştirak edib.


Qonaqların çıxışından sonra təşkilatın sədrliyinə namizədlər öz platformalarını təqdim ediblər.

Ziya Zamanlı

Orxan Abdulla


Sədrliyə namizəd Təbriz Önər və təşkilatın üzvləri qutu başında 

Təqdimatdan sonra seçkilər başlayıb. İctimai-siyasi sektorda ilk dəfə olaraq Azad Gənclik Təşkilatı ictimai rəyi öyrənməkçün paralel səsvermə təşkil edib. Seçkilər iki qutudan keçirilirib. Bir qutuda qurultay nümayəndələri, bu səsvermə sədri və idarə heyətini müəyyənləşdirilib. İkinci qutuda isə ictimiayyət nümayəndələri, qonaqlar səs verərək ictimai rəyi müəyyənləşdiriblər.

İctimai rəyi müəyyənləşdirməkçün səsvermə 
Bəstəkar Firudin Allahverdi və yazar Zamin Hacı
Namizədlər Orxan Abdulla, Ziya Zamanlı, Ülvi Həsənli Təbriz Önər idi. (soldan sağa)

Öncə ictimai rəyin nəticələri açıqlanıb. İctimai rəyin nəticələrinə görə Ülvi Həsənli 66.7 faiz (24 səslə) qalib olub.

Sonra təşkilat üzvlərinin səsverməsinin nəticələri açıqlanıb. Seçkilərin müşahidəsini aparan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı bildirib ki, qurultay nümayəndələrindən əlli nəfər mandat alaraq seçkidə iştirak edib. On iki qalıq bülleten kəsilərək ləğv edilib. Bəşir Süleymanlı nəticələri elan edib, keçmiş sədr Ülvi Həsənli otuz altı səs qazanaraq növbəti bir il müddətinə Azad Gənclik Təşkilatının sədri seçilib. 
VHP Gənclər Təşkilatının sədri Emil Bağırov

Vüqar Bəhmanzadə və Asim Əhmədzadə

Qurultayın ikinci hissəsində İdarə Heyətinə və Nəzarət Təftiş Komissiyasına seçkilər keçirilib. İdarə Heyətinə yeddi yerə on nəfər, NTK-a üç yerə üç nəfər namizədliyini irəli sürüb.
Səsvermə keçirilib və İH-a Ziya Zamanlı, Nərmin Həsənli, Kənan Əlizadə, Emin İsmayıl, Samir Məmmədov, Məcid Mərcanlı və Asim Əhmədzadə, NTK-ya isə Ülvi Xəlil, Sara Qaragözlü və Camal Rəfiyev  seçiliblər.

Məcid Mərcanlı

SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı

Səsvermə prosesi - Sərxan Mehdi, Xəyal Sərxanzadə,
Aqşin Rəcəbov

AXCP GK-nın sədri Əbülfəz Qurbanlı


Rail Abbasov - Müsbət Dəyişiklik Gənclər Hərəkatının NTK üzvü

Yazıçı, publisist Əli Əkbər

Bloqqer Turxan Qarışqa və tərcüməçi Namiq Hüseynov

Zamin Hacı səs verir - İctimai səsvermə

Müsbət Dəyişiklik Gənclər Hərəkatının İH üzvü
Rəşad Həsənov


Qurultayın katibi Ulduz Məmmədova və
QHTK-nın üzvü Məcid Mərcanlı

Sədri, İdarə Heyətini və Nəzarət Təftiş Komissiyasını
müəyyənləşdirən seçki qutusu