Sunday, September 11, 2011

"The Wall" filminin nümayişi - Foto



Sentyabrın 10-da "Azad Gənclik" Təşkilatı "The Wall" filminin nümayişini təşkil edib. Filmin nümayişində təşkilatın üzvləri iştirak edib. 
Film 1982-ci ildə rejissor Alan Parker tərəfində çəkilib. Rejissor Pink Floydun 1979-cu ildə çıxartdığı "The Wall" adlı albomundan sonra filmi çəkmək qərarı gəlir. Demək olarki filmdə dialoqlardan istifadə olunmayıb.


Film "The Wall" albomunun musiqilərindən ibarətdir. Baş rolda Bob Geldof oynayır. Film də albom kimi çox uğurlu alınır.
Film Pink Floydun "In The Flesh" konsertindən görüntülərlə başlayır. Sonra "The Thin Ice" və "Another Brick In The Wall" (1-ci hissə), 
Pinkin uşaqlığı və atasının 2-ci dünya muharibəsində ölümündən bəhs edilir. Divarda ilk kərpiclər burada qoyulur.
"The Happiest Days of Our Lives", "Another Brick in the Wall" (II hissə) Pinkin məktəb illərindən bəhs edir.




"Mother"də onu qoruyan ana,

"Empty Space"də getdikcə yalnızlaşan Pink görülür... "Young Lust"da artıq Pink bir rok ulduzu olur.
"Goodbye Cruel World"de artıq divar hörülür. "Hey You", "Is There Anybody Out There?" və "Nobody Home"də Pinkin yardım fəryadı eşidilir... Dünyadan qopmuş, konsertlərə davam edə bilməyəcəyi bir vəziyyətə gəlmiş olur.


"Comfortably Numb", "The Show Must Go On"da konsertlərə davam edə bilməsi üçün Pinkə narkotik vasitələr verilir. Bundan sonra psixoloji sarsıntı keçirən Pink bir faşistə çevrilir və divarların arxasında olmaqdan məmnun hala gəlir. "Stop" Pinkin tükendiyi andır. Sonrasında isə "The Trial"da hesablaşma vaxtı gəlir. Pinkin öz-özü ilə hesablaşmasından bəhs edir. Daha sonda divarlar dağıdılır və albom aydın bir sonluqla bitir.