Tuesday, September 20, 2011

"Azad Gənclik" İdarə Heyəti üzvlərinin sayını artırdı

 İH üzvlərinin sayı 7 oldu

Sentyabrın 18-də "Azad Gənclik" Təşkilatının İdarə Heyətinə elavə seçkilər keçirilib. Bir müddət əvvəl təşkilatın idarə heyyəti üzvlərinin sayını 5 nəfərdən 7 nəfərə artırmağı qərara almışdı. İdarə Heyətindəki bir boş və iki elavə yerə, yəni ümumilikdə 3 yerə seçkilər keçirilib. Təşkilatın 7 üzvü namizədliyini irəli sürmüşdü. Bunlar Şamxal Nəsibbəyli, Gülnar Xəlilova, Rəşad Talıblı, Təbriz Önər, Tural Mərdanlı, Orxan Abdulla və Emin İsmayıl idi. Səsvermə başlamamışdan Orxan Abdulla namizədliyini geri götürdüyünü bildirib. Səs vermə bitəndən sonra 
Rəşad Talıblı, Təbriz Önər və Emin İsmayıl İdarə Heyyətinə seçildilər. Təşkilatın İdarə Heyəti üzvlərinin tam siyahısı isə belədir: Ülvi Həsənli, Ziya Zamanlı, Nərmin Həsənli, Rübabə Quliyeva, Rəşad Talıblı, Təbriz Önər və Emin İsmayıl. 


Yeni seçilmiş İdarə Heyəti üzvlərini təbrik edirik, fəaliyyətlərində uğurlar arzulayırıq!