Tuesday, September 6, 2011

"Azad Gənclik" Təşkilatı Twitter-də kampaniyaya başlayır

Məqsəd sosial şəbəkə istifadəçilərinin twitter-ə marağın artırılmasıdır 


"Azad Gənclik" Təşkilatı twitter-də yeni kampaniyaya başlayır. Kampaniyanın adı “Twitter-də cavab verəcəm”dir və kampaniya çərçivəsində müxtəlif fəaliyyət formaları müəyyən edilib. Fəaliyyət formaları olaraq müsahibələr, video-roliklər, müsabiqələr, sorğular və s. tədbirlərin həyata keçirilməsi planlaşdırılır. 


Hələlik həftədə bir dəfə cəmiyyətdə tanınan, maraqla qarşılanan, 
sosial şəbəkə istifadəçilərindən müsahibələr götürüləcək. Müsahibə twitter-də əvvəlcədən elan edilmiş bir vaxtda canlı təşkil ediləcək. Twitter istifadəçiləri müsahibə canlı suallar verəcək və müsahib onlara canlı TWITTERDƏ CAVAB VERƏCƏK. Kampaniyanın məqsədi həm Azərbaycanda TWITTER-ə marağın artırılması, yeni istifadəçilərin cəlb edilməsi, bu trendin brendə çevrilməsi, həmdə bu maraqlı müsahibə forması ilə insanların fikirlərinin yayılmasına yardımçı olmaqdır.