Monday, September 19, 2011

"Azad Gənclik" Təşkilatının növbəti filmi || FOTO

Film nümayişləri davam edir

Sentyabrın 18-də "Azad Gənclik" Təşkilatı növbəti film nümayişini təşkil edib. "Dalğa" ya da almanca "Die Welle" adlanan film Dennis Ganselin rejissorluğu ilə 2008-ci ildə çəkilib.  Film ssenarisi "The Third Wave" adlı real həyatda baş vermiş bir hadisədən danışan "Die Welle" adlı kitabdan götürülmüşdür. Filmin prodüsseri "Christian Becker", ssenari müəllifləri isə rejissior "Dennis Gansel" və "Peter Thorwarth"dır. Filmin baş rollarını "Jürgen Vogel", "Max Riemelt", "Jennifer Ulrich", "Jacob Matschenz" və "Frederick Lau" oynamışdır. Film satışa çıxdıqdan sonrakı 10 həftə ərzində 2,3 milyon insan izləmişdir. 

1967-ci ildə Kaliforniyada real bir hadisəni dövrümüzün Almanyasına uyğunlaşdıran rejissor, faşizmin köklərinə dair faciəvi bir hekayə olaraq cəmiyyətdə, özəlliklə də cəmiyyətin dinamikliyini yaradan gənclər üzərində hər zaman avtokratik bir sosial qrupun yaradıla biləcəyini göstərmişdir.