Saturday, September 24, 2011

Azad Gənclik Təşkilatının aksiyası || FOTO

Bəyanat oxunur
24 sentyabrda “Azad Gənclik” Təşkilatı İran səfirliyi qarşısında aksiya keçirib. Təşkilatın üzvləri səfirliyin önünə qərənfillər düzüb, plakat qaldırıblar. Plakatlarda “İnsan hüquqları başın sağ olsun”, “Human rights?“ şüarları yazılıb. Sonda səfirlik qarşısında bəyənat oxunub və səfirliə təqdim edilib. Aksiya insidentsiz başa çatıb və saxlanılan olmayıb.
Bəyanat
Urmiya gölunun qurumasına laqeyd münasibət göstərən, bu ekoloji problemlə bağlı heç bir tədbir görməyən İran hökuməti etiraz aksiyası keçirən azərbaycanlılara qarşı beynəlxalq hüquqa sığmayan, insanlıq adına ləkə gətirən,
şovinist hərəkətlər nümayiş etdirir. Təbriz, Urmiya, Ərdəbil və digər şəhərlərdə dinc aksiyalar keçirilir. Ancaq molla rejimi  insanların təbii haqlarını əllərindən alıb, onların etiraz etmək, azad şəkildə sözlərini demək hüququnu tapdalayır. İran hökuməti şəhərlərə hərbi birləşmələr yeridir, azərbaycanlılara qarşı zorakılıq tətbiq edir, aksiya iştirakçılarına qarşı rezin güllələr, elektron dəyənəklərdən istifadə edir. Verilən məlumatlara görə aksiya zamanı yüzlərlə azərbaycanlı həbs olunub, hətta ölənlər var.
Biz - "Azad Gənclik" Təşkilatı olaraq insanları bu məsələdə diqqətli olmağa, Xarici İşlər Nazirliyini Azərbaycan hökuməti olaraq İrandakı azərbaycanlılara lazımi yardım və dəstək verməyə çağırır, Urmiya gölünün qurumasının gələcəkdə ciddi ekoloji problemlər törədə biləcəyini, İranda yaşayan azərbaycanlıların irqi diskriminasiyaya məruz qaldığını və hüquqlarının kobud şəkildə pozulduğunu çatdırmaq istəyirik. Həmçinin biz İran hökumətinin insanlığa zidd, irqçi addımlarını pisləyir, orada yaşayan azərbaycanlıların hüquqlarının dərhal təmin olunması, həbsdə olanların qeyd-şərtsiz azadlığa buraxılması, Urmiya gölundəki ekoloji problemlərin tez bir zamanda həll olunmasını tələb edirik.


Bakı / 24.09.2011                        Azad Gənclik Təşkilatının İdarə Heyyəti