
Xatırladaq ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Şuşada anadan olub. 1899-1904-cü illərdə Zaqafqaziya müəllimlər seminariyasında təhsil alıb. 1907-ci ildə, 22 yaşında “Leyli və Məcnun” operası üzərində işləyib və beləliklə bəstəkarlıq fəaliyyətinə başlayıb.
Bəstəkarın bədii irsindən “Sənsiz”, “Sevgili canan” romansları, “Koroğlu” operası, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Əsli və Kərəm” və s. musiqili komediyaları incəsənət tarixində unudulmayan əsərlər olaraq qalacaq.
FOTO: Əziz Elxanoğlu